Firqələrdə

Ana səhifə
Xəbərlər xətti
Xəbər
Şərh
Siyasət
Firqələrdə
İş günü
Mədəniyyət
Sağlamlığ
İdman
Ulduz falı
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#110(334)
...güman edirlər

Yeni yaradılmış Mühafizəkarlar Partiyasının sədri Nadir Quliyev yaxın günlərdə partiyanın məramnamə və fəaliyyət prinsiplərini açıqlayacaqlarını deyib. "Bizim ƏSR"in: "Aldığımız məlumata görə siz yaxın vaxtlarda Demokratik Konqres-2-yə qoşulacaqsınız"- sualına cavab olaraq N.Quliyev bildirdi ki, hələlik bloklara qoşulmaq məsələsi müzakirə olunmayıb. N.Quliyev bu həftə ərzində partiyanın sənədlərinin Ədliyyə Nazirliyinə təqdim olunacağını dedi. Sosial baza məsələsinə gəlincə isə, N.Quliyev söylədi ki, partiyanın əsas bazası İ.Ağazadənin sədr olduğu Vətəndaş Birliyi Partiyası əsasında yaradılıb, bundan başqa "indi cəmiyyətdə kifayət qədər mühafizəkarlığa meyllilik var. Ona görə də, güman edirəm ki, bizim sosial bazamız xeyli geniş olacaq."

... iki "istiqlalçı"nın bir binası?

Azərbaycan Demokratik İstiqlal Partiyası parçalanandan sonra alternativ ADİP-in sədri Vaqif Kərimovun adı məhkəmələrdə hallandırılır. İndi də Vaqif Kərimov özünün əmlak məsələsi ilə bağlı məhkəmə prosesini gözləyir. Partiyanın baş katibi Şöhrət İsmayılov "Bizim ƏSR"ə bildirib ki, Vaqif Kərimov özünün obyektlərini (Vaxtı ilə ADİP-in yerləşdiyi qərargah da daxil olmaqla. Qeyd edək ki, qərərgah Nizami 96-da yerləşirdi - A.) geri almaq üçün məhkəməyə müraciət etmişdi, "indi bu məsələni gözləyirik. Ş.İsmayılov bildirdi ki, ADİP-in keçmiş qərərgahını indi AMİP arendaya götürüb. "Bu da V.Kərimovun əmlakıdır. Əgər məhkəməni udsaq, o da geri alına bilər. Arenda üçün isə AMİP Vaqif Kərimova pul ödəməlidir."

... olsun gələn dəfə!

ADP Ali Şurasının bazar günü keçirilən yığıncağında Şura üzvləri sentyabrın 29-na nəzərdə tutulan mitinqin keçirilməsində israr ediblər. Əgər Bakı Şəhər İcra Hakimiyyəti "Qələbə" kinoteatrına nişan göstərsə, mitinqçilər ya Cəfər Cabbarlı meydanına, ya da Füzuli meydanına yığışacaqlar. Bu barədə "Bizim ƏSR"ə məlumat verən, ADP mətbuat xidmətinin rəhbəri Şahin Nəcəfov heç bir partiyanın onlara qoşulmadığını təəssüflə qeyd etdi. Ş.Nəcəfov bu dəfə olmasa da, gələn dəfəki mitinqlərdə AXCP-nin (klassiklər) onlara qoşulacaqları haqda ilkin razılaşma olduğunu bildirdi. "Əgər DK aktiv siyasi fəaliyyətə başlamazsa, ACXP özü bu barədə ciddi qərar verəcək."

... Tovuzda bir olacaqlar

Ədalət Partiyası Tovuz rayon təşkilatının sədri Gülağa Ağazadə "Bizim ƏSR"ə bildirib ki, bu rayonun Müsavat, AXCP (klassiklər) və VHP rayon təşkilatının üzvləri 87 saylı Tovuz şəhər seçki dairəsindən öz namizədliyini vermiş, Ədalət Partiyasının funksioneri İlham Rəhimovun namizədliyini dəstəkləyəcəkləri haqda ilkin razılaşma əldə ediblər. Onun sözlərinə görə, neqativ halların baş verməməsi üçün bu partiyaların rayon təşkilatları həmin rayonun İcra Hakimiyyətinə müraciət ediblər. Bu müraciətə görə, əgər İcra Hakimiyyəti seçkidə təyinetmə mexanizminə əl atarsa, qanunun müvafiq maddələrinə uyğun olaraq, müxalifətçilər aksiya keçirəcəklər. Bu aksiya mitinq, piket və küçə yürüşü ola bilər.

... beyin yaşamaz ürəkdən ayrı

ASDP-nin heç bir həmsədri Bakıda deyil. Amerikaya gedən Zərdüşt Əlizadənin ardınca Araz Əlizadə də SOSİNTER-nin mərkəzi və Şərqi Avropa ölkələri üzrə görüşündə iştirak etmək üçün, Yuqoslaviyaya yola düşüb. A.Əlizadə "Bizim ƏSR"in müxbiri ilə söhbətində bu görüşün iki gün çəkəcəyini və onun da Azərbaycandakı daxili vəziyyətlə bağlı çıxış edəcəyini bildirib. Qeyd edək ki, görüş sentyabrın 18-də başlanacaq. Partiyadakı vəziyyətlə bağlı "Bizim ƏSR"in: "Aldığımız məlumata görə qurultayda sizin sədr seçiləcəyiniz ehtimalı daha böyükdür"- sualına cavab olaraq, A.Əlizadə nizamnaməyə dəyişiklik olmayacağı haqda öz fikirini söylədi: "Zərdüşt Əlizadə nizamnaməyə dəyişiklik edilməsini, iki həmsədrdən birinin qalmasının təklif edib. Mənim fikrimcə bu düzgün deyil, partiyanın nizamnaməsinə dəyişiklik edilməməlidir. Zərdüşt bəy ASDP-nin düşünən beyni, Araz Əlizadə döyünən ürəyidir. Onlar həmişə bir yerdə olmalıdırlar".

Copyright©by Media LTD,2001

©WEB Design Group Media Ltd