|
|
|
|
#110(334)
|
 |
"Dörələr"in xartiyası açıqlandı
Nazim İmanov: "Bu, mini referendumdur"
|
Dünən nəhayət ki, "Dördlər"in Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə hazırladıqları ümummili xartiyanın təqdimetmə mərasimini keçirdilər. Mərasimin başlanğıcında bəlli oldu ki, "Dördlər" şənbə günü xartiyanı prezident Heydər Əliyevə də təqdim ediblər. Amma dövlət başçısının xartiyaya münasibətini hələ də açıqlamayıb.
Xatrıladaq ki, xartiyada DQ münaqişəsinin həlli üçün üç əsas prinsip nəzərdə tutulur.
1. Azərbaycan Respublikasının işğal altındakı əraziləri azad edilməli, dövlətin ərazi bütövlüyü bərpa edilməlidir.
2. Məcburi köçkünlər öz yerlərinə (Şuşa, Xocalı və DQ-dəki digər məntəqələr də daxil olmaqla) qayıtmalı və onların təhlükəsizliyinə təminat yarıdılmalıdır.
3. DQ-nin erməni və azərbaycanlı əhalisinə özünüidarə hüququ verilə bilər, lakin Azərbaycan Respublikasının dövlət suverenliyini təmin edən səlahiyyətlər ali dövlət hakimiyyət orqanlarının icraatında saxlanılmalıdır.
Xartiyaya əksər siyasi partiyalar, ictimai təşklitlar imza atıb.
Xartiyada həmçinin göstərilir ki, problemin sülh danışıqları ilə həlli mümkün olmadığı təqdirdə Azərbaycan Respublikasının Konstitusiyasına, BMT-nin nizamnaməsinə və onun Təhlükəsizlik Şurasının müvafiq qərarlarına uyğun olaraq güc tətbiq etməklə təcavüzkar Azərbaycan ərazisindən çıxarılmalıdır. Bundan başqa "Dördlər" prezidentə yolladıqları məktubu da jurnalistlərə təqdim etdilər.
AMİP funksioneri, keçmiş millət vəkili Nazim İmanov bildirdi ki, Azərbaycan cəmiyyəti Ermənistan-Azərbaycan probleminin həlli üçün hazırladıqları xartiyanı dəsətkləyib. Bunun çox ciddi bir hadisə olduğunu önə çəkən Nazim İmanov dedi ki, cəmiyyət onlara lazım olan bütün dəstəyi verib.
Prezidentin sabiq köməkçisi Eldar Namazovun sözləinə görə, artıq Dağlıq Qarabağ probleminin həlli üçün ictimaiyyətin rolunun önəmi daha da artıb: "Ermənilər bu məsələdə bizdən cəld tərpəndilər.ÿOnlar iqtidar və müxalifət nümayəndələrinin birgə iştirakı ilə erməni ictimaiyyətinin mövqeyini əks etdirən sənəd hazırlayıblar. Ermənilər hazırladığı sənəddə ultimativ şəkildə tələb edirlər ki, DQ-nin Azərbaycana heç bir şaquli tabeçiliyi olmasın, beynəlxalq ictimaiyyət DQ-nin təhlükəsizliyinə təminat yaratsın. Ən nəhayət, onlar tələb edir ki, DQ anklav şəklində qalmasın. Biz də öz növbəmizdə Azərbaycan ictimaiyyətinin mövqeyini əks etdirən xartiya hazırladıq. Bu xartiya sosial sifarişdir. Əslində, bu sənddə yenilik axtarmağına dəyməz. Onu da deyim ki, bu xartiya mini referendumdur".
Eldar Namazovun qənaətinə görə, bu xartiyanın daxili siyasətə də təsiri olacaq:"Bundan sonra Minsk qrupunun həmsədrləri danışıqlar zamanı daxili vəziyyəti, ictimaiyyətin mövqeyini nəzərə alacaq. Yəqin ki, yaxın günlərdə Minsk qurupunun üzvləri ilə görüşüb xartiyanı onlara da təqdim edəcəyik".
Akif Nağı Müsavatdan çıxarıla bilər
Partiya rəhbərliyi QAT sədrinin yeritdiyi müstəqil siyasətdən narazıdır
|
Müsavat rəhbərliyi Qarabağ Azadlıq Təşkilatının (QAT) fəaliyyətindən narazıdır. Yayılan məlumatlara görə, Müsavat üzvü olan Akif Nağının rəhbərlik etdiyi QAT-ın ADP-nin keçirəcəyi mitinqə qoşulmaq barədə qərar verməsi başqan İsa Qəmbəri razı salmayıb. Bildirilir ki, artıq Müsavat rəhbərliyi Akif Nağının müstəqil siyasətə meyllənməsindən təşvişə düşüb və bunun qarşısını almaq barədə düşünür. Vəziyyət o yerə çatıb ki, artıq partiyanın Akif Nağı ilə üzülüşəcəyi, sabiq səfir Tamerlan Qarayevin isə QAT-a sədr gətiriləcəyi də istisna olunmur.
Eyni zamanda, Müsavat Partiyasının liberal qanadının nümayəndələri də onları ittiham edən Akif Nağının cəzalandırılmasını tələb edirlər. Məlumat üçün deyək ki, QAT sədri sabiqlərin yaratdığı "İctimai Forum"da təmsil olunan liberal müsavatçıları - Hikmət Hacızadə və Rasim Musabəyovu milli maraqlardan çıxış etməməkdə günahlandırmışdı. Məlumatlarda həmçinin qeyd olunur ki, Akif Nağı özü də Müsavat rəhbərliyinin Qarabağ problemi ilə bağlı mövqeyindən narazıdır. Belə ki, partiyanın bu mövzuda keçiriləcək kütləvi aksiyalardan imtina etməsi QAT sədrinin ürəyincə olmayıb.
"Bizim ƏSR"in müxbiri ilə söhbətində Akif Nağı Müsavatdan çıxarılması üçün əsas ola biləcək hansısa addım atmadığını söyləyib. Qarabağ Azadlıq Təşkilatının ADP-nin keçirəcəyi kütləvi aksiyaya rəsmi olaraq qoşulmayacağını bildirən Akif Nağı əlavə edib ki, sıravi üzvlərin yürüş-mitinqlərdə iştirakına yasaq qoyula bilməz: "ADP siyasi motivlərlə mitinq keçirdiyinə görə, biz təşkilat olaraq bu aksiyada iştirak etməyəcəyik. Sadəcə olaraq QAT üzvləri fərdi qaydada aksiyaya qatılacaq. Eyni zamanda, sıravi müsavatçıların fərdi qaydada kütləvi aksiyalarda iştirakına yasaq qoyulmayıb".
Müsavat Partiyasında liberal və millətçilər arasında mübarizənin olduğunu etiraf edən QAT sədri Akif Nağı bəzi partiya funksionerlərinin sabiqlərin yaratdığı "İctimai Forum"a qoşulmasından narahatlığını diqqətə çəkib: "Liberal qanadın nümayəndələrinin "İctimai Forum"a qoşulması həqiqətən də məni qane etmir. Hazırki vəziyyətdə "İctimai Forum"un götürdüyü aparıcı xətt ondan ibarətdir ki, ümumbəşəri dəyərləri əsas götürməklə milli maraqlar arxa plana keçirilsin. Belə bir güc mərkəzində müsavatçıların olmasını arzulamazdım. Millətçilər bununla barışmayacaq".
Akif Nağı həmçinin bildirdi ki, rəhbərlik etdiyi təşkilat bundan sonra da müstəqil siyasət yeridəcək: "Ola bilsin ki, partiya reallıqlarla barışaraq siyasi xəttini müəyyənləşdirib. Amma kimin nə deməsindən asılı olmayaraq QAT cəmiyyətin ən radikal qüvvəsi olaraq qalacaq".
BAB-çılar piket keçirəcək
|
Yerevana rəsmi səfəri zamanı Rusiya prezidenti Vladimir Putinin "erməni soyqırımı" ilə bağlı monumentin önünə əklil qoyması BAB-çıların hiddətinə səbəb olub. Buna etiraz olaraq təşkilatın Rəyasət Heyətinin bu gün keçiriləcək toplantısında Rusiyanın Bakıdakı səfirliyi önündə kütləvi aksiyaların keçirilməsi ilə bağlı qərar verilməlidir.
BAB sədrinin birinci müavini Çingiz Göytürkün "Bizim ƏSR"ə verdiyi məlumata görə, Rusiyanın "erməni soyqırımı"nı tanımasına yol verilməməlidir: "Bu, dünya türklərinə qarşı növbəti təhlükədir. Biz öz etirazlarımızla Rusiyanı bu addımlardan çəkindirməliyik. Ancaq mənə elə gəlir ki, Moskva bu addımı ata bilməyəcək. Çünki ABŞ-da əsrin terroru baş verdikdən sonra Rusiyanın terrorçu dövlət olan Ermənistana belə bir dəstək verməsi real görünmür. Bu, Rusiyanın beynəlxalq nüfuzuna ciddi xələl gətirərdi".
Göytürkün fikrincə, Putin səfər proqramı çərçivəsində belə bir proseduru da keçməyə məcbur olub: "Ola bilsin ki, ermənilər Putinin səfər proqramına "erməni soyqırımı" ilə bağlı abidənin ziyarətini də salıblar. Rusiya prezidenti isə prosedur xatirinə buna getməli olub. Bunu Rusiyanın soyqırımı tanıması kimi qələmə vermək də düzgün deyil".
|