İş günü

Ana səhifə
Xəbərlər xətti
Xəbər
Şərh
Siyasət
Firqələrdə
İş günü
Mədəniyyət
Sağlamlığ
İdman
Ulduz falı
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#110(334)
Ermənistan-beynəlxalq terrorizmin yuvası
Bu ölkə terror aksiyalarını həyata keçirmək üçün bütün vasitələrdən istifadə edir

Əvvəli qəzetimizin ötən sayında

Belə ki, "Kazis" assosiasiyası pərdəsi altında Pyatiqorskda təxribat işi ilə məşğul olan mərkəz yaradılır. Mərkəzin fəaliyyətinə, terror aktlarının hazırlanmasına və həyata keçirilməsinə Ermənistan xüsusi xidmət orqanlarının zabitləri rəhbərlik edir.
Pyatiqorskdakı mərkəzin fərqli xüsusiyyəti ondan ibarət idi ki, bu qurum öz fəaliyyətində fərdi terrora üstünlük verirdi.
Azərbaycan KİV-də dərc olunan məlumatlar əsasında ehtimal etmək olar ki, həmin mərkəz Şimali Qafqazda fəaliyyət göstərən bir neçə azərbaycanlı biznesmenin öldürülməsində iştirak edib. Həmçinin mərkəzin Şimali Qafqazdan Azərbaycana doğru uzanan dəmiryolu xətlərində seriyal partlayış hadisələrində də əli var. Qeyd edək ki, hazırda həmin mərkəzdə fəaliyyət göstərən terrorçular Ermənistanda gizlənirlər.
Ermənistanın güc strukturlarının Azərbaycan ərazisində terror fəaliyyətində əlaqəsi olmasını Xatkovskinin işi ilə əlaqədar çoxlu sayda istintaq materialları, həmçinin 1994-cü ildə Ermənistanın Milli Təhlükəsizlik Baş İdarəsinin göstərişi ilə "Sadval"ın aktiv üzvləri tərəfindən Bakı Metropolitenində törədilmiş partlayış hadisəsi ilə bağlı hüquq-mühafizə orqanlarının apardığı araşdırmalar sübut edə bilər.
Açıqlanan materiallardan görünür ki, 1992-ci ildə Ermənistan xüsusi xidmət orqanları Azərbaycanda terror aksiyası törətmək məqsədilə "Sadval" ləzgi hərəkatının liderləri ilə əlaqə yaradıblar.
1992-ci ilin aprelində "Sadval"ın 17 aktiv üzvü təxribat əməliyyatlarını aparmaq üçün Ermənistanın Nairi rayonunun Lusaker qəsəbəsində təlim keçiblər. 1994-cü ilin martında onlar tərəfindən Bakı Metropolitenində partlayış həyata keçirilib. Nəticədə 14 nəfər həlak olmuş, 42 nəfər yaralanmışdır.
1993-cü ilin avqustunda Bakıda dəmiryolu vağzalında növbəti terror aktı törətməyə cəhd edərkən Rusiya vətəndaşı İqor Anatolyeviç Xatkovskiy Azərbaycanın xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən yaxalanır. İstintaqın gedişində Xatkovskiy etiraf edib ki, o Azərbaycanda təxribat-terror aktları törədilməsi məqsədilə Ermənistanın Milli Təhlükəsizlik Baş İdarəsi (MTBİ) tərəfindən "verbovka" olunub. Müəyyən edilib ki, Xatkovskinin Azərbaycana göndərilməsində MTBİ-nin əməkdaşları, podpolkovnik D.Ohanesyan, mayor Qaloyan və Ermənistan xüsusi xidmət orqanları ilə əlaqəsi olan Moskva sakinləri B.V.Simonyan və V.S.Petrosyan iştirak ediblər.
İstintaq nəticəsində Xatkovskinin 1993-cü ilin iyununda Bakıda dəmiryolu vağzalında sərnişin qatarının partladılmasında, 1993-cü ilin mayında Dərbənd stansiyasında yük heyətinə mina qoyulmasında iştirakı və onun Ermənistan xüsusi xidmət orqanları ilə əlaqəsi sübut olunub.
Aksiyanın təşkilatçıları Rusiya xüsusi xidmət orqanları tərəfindən həbs olunublar. Onların üzərində partladıcı vasitələr tapılır. Terrorçular etdikləri əməlləri boyunlarına alırlar. Lakin terror aksiyalarının təşkilatçıları ilə bağlı məhkəmə prosesi Ermənistanın o vaxtkı prezidenti Levon Ter-Petrosyanın şəxsi xahişi ilə Moskvadan Tambov məhkəməsinə köçürülür. Çox keçmir ki, məhkəmədən sonra terrorçu qrupa rəhbərlik edən Ermənistan MTBİ-nin təxribat əməliyyatları şöbəsinin rəisi Djan Ohanesyan və onun müavini mayor Aşot Qaloyan digər cinayətlərin təşkilatçıları kimi azadlığa buraxılaraq Ermənistanda sığınacaq tapırlar. Azərbaycanın prokurorluq orqanlarının dəfələrlə ünvanladıqları müraciətlərə baxmayaraq, nəinki cinayətkarları təhvil vermədilər, əksinə Ermənistanda onların rütbələri daha da artırıldı.
Ermənistan rəhbərliyinin beynəlxalq terrorizmlə əlaqəsi İngiltərənin hüquq-mühafizə orqanlarının istintaq materiallarında da sübut olunur. Londonda Uçiev qardaşlarının işi ilə bağlı istintaq sübut edir ki, çeçen qardaşların ölümündə Ermənistan MTBİ-nin əməkdaşlarının əli var. Hakim Qorland məhkəmədə bunları bəyan edib: "Çeçenləri qətlə yetirən M.Martirosyanın arxasında Ermənistan MTBİ-nin generalı Sarkisyan dayanır". Qatil Mkrtç Martirosyan özü də Ermənistan xüsusi xidmət orqanlarının zabitidir. Beynəlxalq terroru dövlət siyasətinə çevirən rəsmi Yerevan bu siyasətdə "kürd məsləsi"ndən də istifadə etmək cəhdində bulunur.
1993-cü ilin dekabrında Ermənistanın rəsmi strukturlarının sanksiyası əsasında Alaqez qəsəbəsində, orada yaşayan kürd və yezidlərdən ibarət "Kürdüstan xalqlarının azadlığı ordusu" formalaşdırılmağa başlanılır. Sözügedən "ordu"ya Cəmil Bayik rəhbərlik edir. "Kürdüstan xalqlarının azadlığı ordusu"nun ayrı-ayrı qrupları Türkiyədə həyata keçirilən terror əməliyyatlarında iştirak edir, Dağlıq Qarabağda təcrübə keçirlər. Azərbaycanda millətlərarası münasibələri alovlandırmağa cəhd edən Ermənistan etnik faktorlardan yararlanır, həmçinin terror aksiyalarını həyata keçirmək üçün hərbi əsirləri "verbovka" edir.
Belə ki, 3 iyul 1994-cü ildə Bakı Metropoliteninin "28 May" və "Gənclik" stansiyaları arasında elektrik qatarının 2-ci vaqonunda partlayış baş verir. Terror aktı nəticəsində 13 nəfər həlak olur, 42 nəfər yaralanır. Dövlətə külli miqdarda maddi və mənəvi ziyan dəyir. Aparılan operativ-tədqiqat tədbirləri nəticəsində müəyyən olunur ki, partlayış Bakı şəhər sakini, 1961-ci il təvəllüdlü Azər Salman oğlu Aslanov tərəfindən həyata keçirilib. Milliyyətcə ləzgi olan Azər Salmanov Azərbaycan Silahlı Qüvvələrinin keçmiş zabitidir. 0, 1994-cü ildə əsir düşmüş və Ermənistan xüsusi xidmət orqanları tərəfindən "verbovka" olunmuşdur.

Ardı var

İşdən çıxarılanların "qiyam"ı
Türk Dünyası Atatürk Litseyinin keçmiş işçiləri bir-birilərini ittiham edir

Məlum olduğu kimi, Türk Dünyası Atatürk Litseyinin müdir müavini Əlövsət Əmirbəyli bu günlərdə tutduğu vəzifədən azad edilib. İşdən çıxarılmasını qeyri-qanuni saydığı üçün o, buna etiraz edərək litseyin qarşısında piket keçirib.
Bir neçə il əvvəl müdir müavininin işdən çıxardığı müəllimlərin KİV-dəki açıqlamalarında Ə.Əmirbəyli vəzifəsindən sui-istifadə etməkdə, litseydə siyasi təbliğatla məşğul olmaqda və əxlaqsız davranmaqda ittiham olunub. Əmək qanunvericiliyinə zidd olaraq heç bir səbəb göstərilmədən işdən azad edilmələrinə etiraz edən müəllimlər buna görə Ə.Əmirbəylini məhkəməyə veriblər. Məsələyə aydınlıq gətirmək məqsədilə Ə.Əmirbəyli ilə əlaqə saxladıq. O, işdən çıxarılması ilə bağlı mətbuata açıqlama verməkdən çəkindiyindən suallarımızı valideyn komitəsinin səlahiyyətli nümayəndəsinə verməyi məsləhət gördü. Qeyd edək ki, işdən çıxarılandan sonra Ə.Əmirbəyli 220 nəfərə yaxın valideyni ətrafına toplayaraq müdafiə komitəsi yaradıb. Komitənin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə səlahiyyətlisi Zahid Fərəməzov keçmiş müdir müavinini yenidən öz işinə bərpa etmək üçün çalışdıqlarını, bunun üçün altı mərhələdən ibarət tədbirlər planı hazırladıqlarını bildirdi. O, həmin mərhələləri açıqlamasa da onlardan üçünün artıq arxada qaldığını dedi. Belə ki, komitə üzvləri Ə.Əmirbəylinin işə bərpa edilməsi tələbi ilə keçirdikləri piketdən sonra məsələ ilə əlaqədar Türkiyə səfirliyi, Türk Dünyası Araşdırmalar Vəqfinin rəhbəri Turan Yazqan və təhsil naziri Misir Mərdanova müraciət ediblər. Z.Fərəməzov bu gün həmin müraciətlərə cavab almasalar, digər tədbirlərə əl atacaqlarını istisna etmədi.
Qeyd edək ki, işdən çıxarılan müəllimlərdən bəziləri Azəri-Türk Qadınlar Birliyinin üzvləridir. Bu amili nəzərə alan keçmiş müdir müavini vəzifədən uzaqlaşdırılmasında qurumun sədri Tənzilə Rüstəmxanlı və VHP sədri Sabir Rüstəmxanlını günahlandırıb.
T.Rüstəmxanlı onun bu ittahamlarının əsassız olduğunu bildirdi: "Bu işdə bizim ailənin xidməti yoxdur. Ancaq mən xəbərdarlıq edilmədən işdən çıxarılan 12 nəfər qadının hüquqlarını müdafiə etmişəm və mübarizəmi sonadək aparmaq niyyətindəyəm". Müəllimlərin litseydən uzaqlaşdırılmasını qanunsuz sayan T.Rüstəmxanlı onların hüquqlarının bərpa edilməsi tələbi ilə Təhsil Nazirliyi və Nəsimi rayon məhkəməsinə müraciət etdiklərini qeyd etdi.

Copyright©by Media LTD,2001

©WEB Design Group Media Ltd