Əqrəb [24oktyabr - 22
noyabr]
Şikayət etməyə haqqınız yoxdur. İş yerində problemlər həll olunmağa doğru gedir. İtirdiyiniz tarazlığı bərpa edəcəksiniz. Yaxın adamla bağlı yaxşı xəbərlər eşidəcəksiniz. Sizi əhatə edən adamlara fikir versəniz, müsbət keyfiyyətlərini kəşf edərsiniz.
Oxatan [23 noyabr - 21
dekabr]
Gücünüz çox deyil. Yaralanmalardan və xroniki xəstəliklərdən özünüzü gözləyin. Mübahisələrdə iştirak edib söz güləşdirməyin. İnsanlara qarşı etdiyiniz kobudluq özünüzə qayıdacaq, incə olun. Ətrafınızdakı adamların səhvlərini bağışlamağı bacarın. Şərəf və ləyaqətinizi qorumaq üçün çalışmalarınız öz səmərəsini verəcək.
Oğlaq [22 dekabr - 20
yanvar]
Yaxşı xəbərlər eşidəcəksiniz. Maraqlı təkliflər edilə bilər. Qazancınız olacaq. Çox ola bilsin ki, mükafat alasınız. Dolaşığa düşmüş sevgi problemlərinizi həll edəcəksiniz. Təşəbbüskarlığı əldən verməyin. Yeni tanışlığa ehtiyatla yanaşın.
Dolça [21 yanvar - 20
fevral]
Ruhi tarazlığınızı bərpa edəcəksiniz. İş yoldaşları ilə münasibət uyarlı olacaq. Ailədəki vəziyyəti də normallaşdıracaqsınız. Ən yaxın adamlarınıza münasibətdə diqqət və qayğını unudursunuz, onlara diqqət ayırın. Səbəbsiz yerə kədərə bürünəcəksiniz. Ovqatınızı düzəltmək üçün tez yatın.
Balıqlar [21 fevral - 20
mart]
Xoş olmayan xəbərlər ala bilərsiniz. Bu xəbər yaxın adamla bağlıdır. Ovqatınıza və səhhətinizə təsirsiz keçməyən hadisənin nəticəsini yumşaltmağa çalışın. Qəfil baş verə biləcək hadisələrə özünüzü psixoloji cəhətdən hazırlamağınız məsləhətdir.
| | | | |