|
|
|
|
#111(335)
|
 |
Akif Məhərrəmov niyə qətlə yetirilib?
Onun nə səbəbdən öldürülməsi hələ də naməlum qalır
|
Bayıl istintaq təcridxanasında Əliyusif Tahirovun və digər 5 müttəhimin məhkəmə prosesi davam edir. Dünənki məhkəmə istintaqını şahid ifadələrinin kuliminasiya nöqtəsi adlandırmaq olar. Çünki serial qətllərin iştirakçıları demək alar ki, əsas tərkiblə məhkəmə istintaqında üzləşmədə idilər. Məhkəmədə Eduard Hüseynov, Akif Məhərrəmov və Afiyyəddin Cəlilovun qətli üzrə 3 epizod araşdırıldı.
Bakı Ali Hərbi Dənizçilik məktəbinin sabiq əməkdaşı Abdulla Cəlilov qətllə bağlı ifadə verərək, hadisədən sonra C.Mirzəyevin məktəbin rəhbərliyini öz üzərinə götürməsini daxili qaydalara uyğun olduğunu bildirdi. 1993-cü ildə Bakı Hərbi Qarnizonunun Xüsusi İdarəsində rəis müavini işləyən Heydər Nəbiyev isə E.Hüseynovun qətlindən sonra onun seyfinin açılmasından danışdı. Qeyd edək ki, şahidin ifadələri müttəhim C.Mirzəyevin söylədikləri ilə üst-üstə düşürdü. H.Nəbiyev seyfdən məxfi sənədlər götürülən vaxt seysmoloq Elçin Xəlilovun da orada olduğunu xatırlatdı. Qeyd edək ki, E.Xəlilov bunu inkar edirdi. Tektonik silahla bağlı layihənin də olduğu həmin sənədlərin prezidentə çatdırıldığını və Xüsusi İdarənin rəisi Cavanşir Vəliyevin "prezidentlə Elçin Xəlilov özləri həll edəcəklər" söylədiyini bildirdi.
İstintaqdakı ziddiyyətləri nəzərinizə çatdırırıq. E.Əmirsalanov maşın lazım olduğu üçün təsadüfən A.Məhərrəmovu saxladıqlarını, Ə.Tahirov öldürmək məqsədiylə, qətli törədən Ş.Abdullayev isə mərhumu ona erməni kimi təqdim etdiklərini bildirdi. Daha bir maraqlı məqam: E.Əmiraslanov və Ə.Tahirov hadisə yerində olmadıqlarını, H.Mustafayev, D.Kərimov, Ş.Abdullayev isə əksini deyirlər. Onların qətlin baş verməsi barədə danışdıqları da fərqlidir. Nəhayət Həsən Mustafayevin ifadəsinə əsasən və Əliyusifin təsdiqlədiyi fakta görə A.Məhərrəmovdan pul tələb edilib. Bundan sonra qarajdan çıxan Ə.Tahirov "bu Rövşəni tanıdı, özümüzü zibilə salmışıq" deyərək, onun qətlə yetirilməsinə göstəriş verib. E.Əmiraslanov digər qətllərin o cümlədən A.Cəlilovun qətlinin sifarişçisinin R.Cavadov olmadığı bəyanladı.
-
Balakənin Qulu kəndinin sakini Sahil Yegərov ailə münaqişəsi zəminində əvvəllər məhkum olunmuş atası Kamili qətlə yetirib. Hadisə yerindən bir ədəd ov tüfəngi götürülüb.
- Sabunçu rayon, Y.Əliyev küçəsində 4 yaşlı Aynurə Həsənovanı yfşadığı həyətdə elektrik cərəyanı vurub. Uşaq həyatla vidalaşıb.
- Biləcəri stansiyasında işləyən 2 nəfər arasında insident baş verib. Sakit Səmədov Xəyyam İsgəndərovu bıçaqla qətlə yetirib.
- Əzizbəyov rayonunda, İqtisadi İnkişaf Nazirliyinə məxsus anbarın 200 kv m dam örtüyü yanıb.
Hacıqabulun Çən-çən kənd sakinləri Əlisəfa Abbasov və Aydın Kərimov münaqişə zamanı bir-birini bıçaqlayıb.
Sumqayıt şəhər sakini Eyyub Abdullayev bıçaq yarası ilə xəstəxanaya çatdırılıb.
Neftaçalanın Mayak kənd sakini R.Rzayevin evində baş verən yanğın zamanı 112 kv m sahə və ev əşyaları yanıb.
|