Qoç
[21 mart - 20 aprel]
Keçdiyiniz həyat yolunu təhlil edib səhvlərinizi görməkdən ötrü faydalı gündür. Yeni maraqlı görüşləriniz ola bilər. İşgüzar əlaqələrlə məhdudlaşan ünsiyyətinizin fərdi münasibətlərə çevrilməsi mümkündür. Yaxın adamla bağlı xoş xəbərlər eşidəcəksiniz.
Buğa [21 aprel - 20 may]
Əbədi həqiqətləri dərk etməkdən ötrü uğurlu vaxtlardır. Özünüzdə qeyri-adi qabiliyyətin kəşfi sizi təəccübləndirməsin. Çaşmayın, bu, müvəqqətidir, həmişə belə olmayacaq. İşsiz oturmayın. Fikrinizi uşaqların üzərində cəmləyin, sizinlə ünsiyyətə ehtiyacları var.
Əkizlər [21 may - 21
iyun]
Ancaq ağıl və məntiqin dediklərini icra edin. Baş verən hadisələri düzgün qiymətləndirməyi bacarın. Həddən artıq özünüzü canıyanan göstərməyin, öhdənizə düşən işi keyfiyyətlə görüb başqa problemlərə toxunmayın. Sizi istəməyənlər səhvlərinizi şişirdib sizə qarşı istifadə edə bilərlər.
Xərçəng [22 iyun - 22 iyul]
Aldanışlarla, çaşdırmalarla dolu olan gündür. Öz gücünüz barədə həddən artıq yüksək fikirdə olmayın. Uğur qazanmaq üçün özünüzü oda-gözə vurmaqdansa, düşüncəli bir-iki hərəkət etməniz kifayətdir. Təkliflərdən xeyir qazanmaq fikri yanlışdır, çoxlu gərginlikdən savayı heç nə verməyəcək.
Şir [23 iyul - 23
abqust]
Başladığınız işi mütləq başa çatdırmalısınız. Keçdiyiniz yolu, yaxşı olar ki, təhlil edib doğru ilə yalanı fərqləndirməyi bacarasınız, bir daha təkrarlamayasınız. Dostlarla ünsiyyətdə soyuq olmayın. Sizin ciddiyyətlə işləməyiniz və dürüstlüyünüzü qiymətləndirəcəklər.
Qız [24 avqust - 23
sentyabr]
Çox güclü enerjiniz olduğunu hiss edəcəksiniz. Məhkəməlik işi olanların udmaq şansı böyükdür. Bizneslə məşğul olanlar uğur qazanacaqlar. İş yoldaşlarının, hamilərin köməyi də dadınıza çatacaq. İncikliyinizi gizləyə bilməsəniz, ailə üzvlərindən kiminsə xətrinə dəyəcəksiniz.
Tərəzi [24 sentyabr - 23
oktyabr]
Birlikdə fəaliyyət göstərmək üçün uğurlu vaxtdır. İş yoldaşları ilə münasibətlərinizdə ifrata varmayın. Nə özünüzün, nə də onun imkanlarını şişirtməyin, hər şeyi necə var, qəbul edin. Kommersiya bağlantıları zamanı ayıq olun. Aldanışlar ola bilər.
Əqrəb [24oktyabr - 22
noyabr]
Anlaşılmazlıqla, mübahisələrlə dolu gündür. Dünya ilə özünüzün ruhi aləminiz arasındakı uyğunsuzluğa qarşı çıxacaqsınız. Bu etirazı spirtli içkilərlə biruzə verməyin. Bacardıqca təmkinli olun ki, zərərini az görəsiniz.
Oxatan [23 noyabr - 21
dekabr]
Ayıq olmağınız lazımdır. Bir an da olsun, rahatlanmadan, arxayın olmadan ətrafınızda baş verən hadisələrə ciddi yanaşmağınız lazımdır. Düşüncəli olmaqla, biclik işlətmədən uğur qazanacaqsınız. Sevgi sarıdan yarıyacaqsınız.
Oğlaq [22 dekabr - 20
yanvar]
Səhhətinizin qayğısına qalmalısınız, özünüzü israf etməyin. Əgər risqli hərəkətlər etmək fikrinə düşmüsünüzsə, qarşınıza böyük maneələr çıxacaq. Məişət problemləri ilə məşğul olmasanız yaxşıdır. Spirtli içkilərdən qəti imtina edin. Sizdən asılı olmayan məsələləri yoluna qoya bilməyəcəksiniz.
Dolça [21 yanvar - 20
fevral]
Dəyişmələrlə müşaiyət olunan gündür. Həyatınızdakı yeniləşmələr həm yaxşılığa, həm də yamanlığa yozula bilər, bunu ancaq gələcək göstərər. Bütün işlərinizdə hissdən çox ağıla üstünlük verin. Hər addımınızı ölçüb-biçin, harada nə dediyinizin fərqinə varın.
Balıqlar [21 fevral - 20
mart]
Ən çətin günlərdən biridir. Bildiyiniz duaları oxuyun. İmkan daxilində ibadətlə məşğul olun. Su vannası və ya duş qəbul edib əsəblərinizi sakitləşdirin. Dini kitablar mütaliə edin.
| | | | | | | | | | | |