İdman

Ana səhifə
Xəbərlər xətti
Xəbər
Şərh
Siyasət
İş günü
Mədəniyyət
Kriminal
Sənət
İdman
Ulduz falı
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#112(336)
Komandamız 1 pillə irəlilədi

FİFA futbol üzrə milli seçmə komandalarının növbəti reytinq cədvəlini elan edib: Azəraycan futbolçuları bir pillə irəliləyərək 113-cü sırada qərarlaşıblar. Qrup rəqiblərimizdən Türkiyə 1, İsveç isə 2 pillə gerilədiyi halda, Moldova kollektivi üç addım yüksəliblər - 100-cü yer.
Keçmiş SSRİ məkanına daxil olan respublikalardan yalnız Türkmənistan (115), Tacikistan (143) və Qırğızıstanı (165) qabaqlayırıq. Reytinq cədvəlinə əvvəlkitək Fransa komandası başçılıq edir. Braziliya ikinci, Argentina üçüncü mövqedədir. İlk onluqda sonrakı yerlər belə bölüşdürülüb: İtaliya, Portuqaliya, İspaniya, Kolumbiya, Hollandiya, İngiltərə, Meksika.

Voleybolumuz yeni sınaq qarşısında

Bu il Azərbaycan voleybolunun beynəlxalq arenaya qayıdış ili kimi yadda qalacaq: 8 il voleybolsuzluq dövrünün ardınca idmançılarımızın ötən ay dünya çempionatının seçmə qrup yarışlarında iştirak etməsi, Azərbaycanda güclü ənənəyə malik olan bu idman növünün unudulmadağına sübutdur.
Voleybolçularımız uğurlu çıxış etsə də, fəqət qazanılanlar Azərbaycanın qadınlardan ibarət seçmə komandasının dünya birinciliyi final mərhələsinə vəsiqəyə yiyələnməsi üçün yetərli olmadı. Lakin qarşıda ölkəmizin voleybol həyatını canlandıracaq daha bir mötəbər idman tədbiri var. Voleybolumuz yeni sınaq qarşısındadır. Ölkəmiz bu dəfə beynəlxalq arenada klub səviyyəsində təmsil olunacaq. Gələn ay Avropa top-klub kuboku yarışlarının startı veriləcək. Ölkə birinciliyinin mükafatçısı olmuş klubların iştirakı ilə keçirilən qitəmiqyaslı bu nüfuzlu turnirdə Azərbaycanı kişilərdən ibarət "Azəroyl" və qadınlardan ibarət "Azərreyl" kollektivləri ilə təmsil edəcəklər. Azərbaycan voleybol federasiyasından aldığımız məlumata görə, klublarımız bu turnirdə mübarizəyə təsnifat mərhələsindən qoşulacaqlar.
Qadın voleybolçularımız Bolqarıstanın "Levski-Stikanko" (Sofiya), kişi voleybolçularımız isə Macarıstanın "Kometa" (Kopaşvar) klubu ilə qarşılaşacaqlar. Klublarımız ilk görüşlərini oktyabrın 7-də səfərdə, cavab qarşılaşmalarını isə oktyabrın 14-də Bakıda keçirəcəklər. Təsnifat mərhələsində fərqlənənlər Avropa top klub kuboku yarışlarının seçmə qrup mərhələsində çıxış etmək hüququ qazanacaqlar. Uduzan komandalar isə mübarizəni nisbətən aşağı səviyyəli Avropa Voleybol Konfederasiyası Kuboku turnirində davam etdirəcəklər.
Qeyd edək ki, əsası yığma voleybol komandamızın üzvlərindən təşkil olunmuş "Azerreyl" klubu Olimpiya İdman Kompleksində baş məşqçi Faiq Qarayevin rəhbərliyi altında gündə iki dəfə olmaqla gərgin məşqləri davam etdirir. Alla Həsənova, Oksana Məmmədyarova, Yelena Proxomenko, Marina Kuzmina, İrina Korotenko, İrina Simyagina kimi təcrübəli oyunçularla yanaşı, bir neçə gənc voleybolçu da heyətə daxil edilib. Baş məşqçi onları qarşıdakı oyunlarda sınaqdan çıxarmağı düşünür. Bu günlərdə məşqlərin birinci mərhələsini bitirəcək "Azərreyl" sentyabrın 24-də Türkiyəyə təlim-məşq toplanışına yola düşəcək. Faiq Qarayevin bildirdiyinə görə, Türkiyədə bir neçə klubla yoxlama-baxış görüşü keçirməyi planlaşdırır. Həmyerlilərimiz Bolqarıstana Bakıya dönmədən, elə Türkiyədən yola düşəcəklər.

Copyright©by Media LTD,2001

©WEB Design Group Media Ltd