Kriminal

Ana səhifə
Xəbərlər xətti
Xəbər
Şərh
Siyasət
İş günü
Mədəniyyət
Kriminal
Sənət
İdman
Ulduz falı
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#112(336)
Tarix muzeyindən 56 ədəd xalça oğurlanıb
Onların qiyməti təxminən 30 min dollardır

Bu il iyulun 25-də Milli Elmlər Akademiyasının komissiyası Azərbaycan Tarixi Muzeyinin etnoqrafiya fondunda təhvil-təslim işləri apararkən 56 ədəd qiymətli qədim xalça, 23 ədəd xurcun çatışmadığını aşkar edib. Bundan sonra digər fondlarda da yoxlamalar aparılıb.
Azərbaycan tarixi fondundan da 6 ədəd müxtəlif formalı qədim xəncərlərin yoxa çıxması faktı müəyyənləşib. Bununla bağlı protokol tərtib edilərək, Milli Elmlər Akademiyasının prezidentinə və Səbael Rayon Mühafizə İdarəsinə məlumat verilib. Akademiyanın rəhbərliyinin hadisə ilə əlaqədar DİN-ə müraciətindən sonra muzeyə baxış keçirilib. Məlum olub ki, muzeyin nə qapısı, nə də pəncərəsi sındırılmayıb. Oğrular təxminən 20-30 min dollarlıq qədim xalça və digər əşyaları elə oranın öz "sakini" kimi çox ustalıqla aradan çıxarıblar. Bu cinayətdə muzeyin müafizəçilərindən də şübhələnirlər. Faktla bağlı artıq cinayət işi açılıb və DİN-in İstintaq İdarəsi əməliyyat tədbirləri keçirir.
Qeyd edək ki, bir müddət əvvəl Yasamal Rayon Polis idarəsinin əməkdaşları əcnəbi vətəndaşa 70 ədəd qədim xalça və qiymətli tarixi eksponatlar satarkən bir nəfər Gəncə şəhər sakinini həbs etdilər. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının aşkar edərək götürdükləri həmin xalçalar arasında Səfəvilər dövrünə aid nümunələr də tapılıb. Etnoqrafiya fondundan yoxa çıxan qədim xalçaların da yaxalanan eksponatlar arasında olması güman edilir. Bunu dəqiqləşdirmək üçün fonddan oğurlanan xalçaların eskizləri ilə həmin xalçaların müqayisəsi aparılır.

8 qətlin məhkəmə istintaqı başa çatır

Dünən press-klubda sülh və demokratiya institutunun rəhbəri Leyla Yunus və müttəhim Canmirzə Mirzəyevin hüquqlarının müdafiə komitəsi mətbuat konfransı keçirdi.
Xatırladaq ki, indiyə qədər 19 dəfə həbs edilərək, qısa müddətdən sonra azad olunmuş C.Mirzəyev Bakı Ali Hərbi Dənizçilik məktəbinin sabiq direktoru Eduard Hüseynovun qətlini sifariş verməkdə günahlandırılır. Bu ittihamın da düzgün olmadığını bildirən L.Yunus C.Mirzəyevin ötən il noyabrın 24-də həbs olunduğunu söylədi. O, 3 ay davam edən məhkəmə istintaqının nəticəsi kimi həmin ittiham üzrə "killer" Əliyusif Tahirovdan başqa şahid olmadığını xatırlatdı.
Müttəhimin vəkili Elton Quliyevin sözlərinə görə, Ə.Tahirov sifarişin məhz C.Mirzəyev tərəfindən verildiyini ehtimal etdiyini desə də, bu gümanlar əsasında ittiham aktı hazırlanıb. E.Quliyev Ə.Tahirovun digər qətl epizodların sifarişçiləri ilə bağlı ifadələr verdiyini, ancaq hüquq-mühafizə orqanlarının məhz C.Mirzəyevi və R.Cavadovun yeznəsi A.Şirinovu həbs etdiyini bildirdi. Onun sözlərinə görə, ibtidai istintaqın 10 aydan sonra üzə çıxardığı epizod üzrə heç bir sübut yoxdur. Vəkil müttəhim Ə.Tahirovun ifadələri əsasında C.Mirzəyevin həbs edilməsini düzgün olmayan addım adlandırdı. Onun fikrincə, Eduard Hüseynovun qətlinin motivi tam araşdırılmayıb. Belə ki, məhkəmə istintaqındakı ifadələrə əsasən C.Mirzəyevlə E.Xəlilov eyni hərəkətlər ediblər.

Oğru "KPZ"dən qaçıb

Mal-qara oğurluğu ilə məşğul olduğu üçün həbs edilən Tovuz rayonunun Aşağı Öysüzdü kənd sakini Mətləb həsənov saxlandığı Tovuz Rayon Polis İdarəsinin müvəqqəti saxlama təcridxanasından qaçıb.
23 yaşlı gənc təcridxana nəzarətçilərinin səhlənkarlığı üzündən çox asanlıqla yenidən azadlığa qovuşub. M.həsənov barəsində axtarış elan edilib və onun fotorobotu bütün polis şöbələrinə paylanıb. Aldığımız məlumata görə, bu hadisədən sonra təcridxananın nəzarətçiləri barədə də lazımi ölçü götürülüb. "KPZ"nin rəisi Sabir Məmmədovla birlikdə 3 nəfər əməkdaş da işdən kənarlaşdırılıb. Hətta onların barəsində CM-nin müvafiq maddəsiylə cinayət işi açıldığı da bildirilir. DİN-in mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov belə bir hadisənin baş verdiyini təsdiqləyərək, qaçan şəxsin mütləq tutulacağını söylədi. E.Zahidov təcridxananın əməkdaşlarının hər hansı bir qaydada cəzalandırıldığından xəbəri olmadığını bildirdi.

Copyright©by Media LTD,2001

©WEB Design Group Media Ltd