Ana sehife

ULDUZ FALI  
(21 Sentyabr)
Qoç 21 mart - 20 aprel
Buğa 21 aprel - 20 may
Əkizlər 21 may - 21 iyun
Xərçəng 22 iyun - 22 iyul
Şir 23 iyul - 23 avqust
Qız 24 avqust - 23 sentyabr
Tərəzi 24 sentyabr - 23 oktyabr
Əqrəb 24 oktyabr - 22 noyabr
Oxatan 23 noyabr - 21 dekabr
Oğlaq 22 dekabr - 20 yanvar
Dolça 21 yanvar - 20 fevral
Balıqlar 21 fevral - 20 mart


Qoç
[21 mart - 20 aprel]

Aries Çətinliklər bir-birini izləyir. Ünsiyyətləriniz çətin alınır. Dostlarla münasibətlərdə soyuqluq yaratmayın. Ovqatınızın qisasçılıq ruhunda olması qohumlarla, iş yoldaşları ilə də əlaqələrinizə xələl gətirər. Hərəkətlərinizi elə tənzimləyin ki, ziyanınıza istifadə etməsinlər.

Buğa
[21 aprel - 20 may]

Taurus Ən vacib işlərə köklənin. Fəaliyyətinizi elə qurun ki, sizin şəxsiyyətiniz haqqında hörmətlə danışsınlar. Düşündüklərinizi həyata keçirmək üçün ağılla götür-qoy edin. Məğlubiyyətlə barışmağı da bacarın. Ailə-məişət problemləri ilə məşğul olun.

Əkizlər
[21 may - 21 iyun]

Gemini O qədər də uğurlu gün deyil. Tale sizə yeni sınaqlar göndərir. Gərək xarakterinizin möhkəm olduğunu göstərə biləsiniz. Vəzifə işləri, xırda-para anlaşılmazlıq sizi əsas yoldan sapdıra bilər. İmkanlarınıza ağılla yanaşma bütün məsələlərdə yolunuzu açacaq.

Xərçəng
[22 iyun - 22 iyul]

Cancer Bütün diqqətinizi məişətinizə yönəltməli olacaqsınız. Qəfil yaranan münaqişədən əsəbləşsəniz uduzarsınız, təmkinli və soyuqqanlı olsanız, çox tezliklə xeyrinizə həll olunacaq. Özünüzü bilərəkdən aldatmayın, arzularınızı həqiqət kimi qəbul etməyin.

Şir
[23 iyul - 23 abqust]

Leo Məsuliyyət tələb edən işləri boynunuza götürməsəniz yaxşıdır. Əslində, hamının xeyrinə ola biləcək əməl, sizin ziyanınızadır. Kiminsə pisliyi ucbatından kollektivdə narazılıq yaranacaq. Özünüzü ağayana aparın, ancaq əsas məsələlərə fikir verin.

Qız
[24 avqust - 23 sentyabr]

Virgo Ovqatınızda kəskin dəyişmələr baş verəcək. Yaxın yoldaşla əlaqələri tamam kəsəcəksiniz. Bədxahların əməllərilə rastlaşacaqsınız. Risqli işlərə girişməyin. Həssaslığınızla pisliklərdən çıxacaqsınız. Ağıllı adamların məsləhətlərinə əvvəl qulaq asın, sonra əməl edin.

Tərəzi
[24 sentyabr - 23 oktyabr]

Libra Özünüzü yaxşı hiss edirsiniz. Ruhi tarazlığınızı tənzimləyirsiniz. İş yoldaşları ilə münasibətiniz normal və səmimi alınacaq. Qəzəblənməyin. Bu, adamları özünüzə qarşı qaldırar. Əhatənizdəkilərlə mehriban olun, isti münasibətinizə ehtiyacları var.

Əqrəb
[24oktyabr - 22 noyabr]

Scorpio Özünüzü dedi-qodudan gözləyin. Heç kəsi yaxınınıza buraxmayın. Boş danışıqlarda iştirak etməyin. Vəziyyətə nəzarətinizi gücləndirin. Vacib qərarlar verməkdən çəkinin. Həyatsevərliyiniz və təlqin gücünüz hamını yaxşı mənada təəccüblandirəcək. Yeni dostlar tapacaqsınız.

Oxatan
[23 noyabr - 21 dekabr]

Sagittatius Elədiyiniz işdən sonra peşman olsanız da, bu, sizdən asılı deyil, kimi lazımdırsa, sancacaqsınız. Heç olmazsa, sonradan səhvlərinizi etiraf edin. İstəklinizlə münasibətlər böhran halı alacaq. Dostlarınızla görüşlərdə problemlərinizdən danışsanız yaxşıdır.

Oğlaq
[22 dekabr - 20 yanvar]

Capricorn Yeni tanışlıqlar üçün uğurlu vaxtdır. Qırılmış münasibətləri bərpa edəcəksiniz. Bu münasibətlər maddi vəziyyətinizin düzəlməsinə yardımçı olacaq. İşlərinizdə dalğınlığınız ucbatından xeyli səhvlər buraxacaqsınız ki, sonradan onu düzəltmək çətin olacaq.

Dolça
[21 yanvar - 20 fevral]

Aquarius Gücünüzün azalması səbəbindən özünüzü yormamağı məsləhət bilirik. Səfərdən bir fayda yoxdur. Professional işlərinizdə səhvləriniz, düzgün olmayan hesablamalarınız ucbatından əziyyət çəkəcəksiniz. Səhhətinizlə bağlı problemləriniz olacaq.

Balıqlar
[21 fevral - 20 mart]

Pisces Düşündüklərinizi həyata keçirə biləcəksiniz. Maddi durumunuz yaxşılaşacaq. Vəzifə borclarınızı ödəyəcəksiniz. Yaxın adamlarla münasibəti yaxşılaşdıracaqsınız. Dəqiqlik, işlərinizdəki səliqə-səhmanla hamını, yaxşı mənada təəccübləndirəcəksiniz.



 
Copyright © by Media LTD,2001 E-mail