|
|
|
|
#113(337)
|
 |
|
Vahid liderlər
Amma onların mövqeyi çox "kövrəkdir"
|
Şahmat üzrə kişi və qadınlar arasında ölkə çempionatında mübarizə turdan-tura daha da gərginləşir və demək olar yeni mərhələyə qədəm qoyur.
Bu gün keçiriləcək dördüncü tur ərəfəsində vəziyyət belədir.
Kişilər (12 iştirakçı)
Üçüncü tura 1,5 xalla lider kimi gələn Vüqar Həşimov Sənan Dövlətovu məğlub edib: indi o, 2,5 xala malikdir və ən yaxın izləyiciləri Şəhriyar Məmmədyarov, Nicat Məmmədov və Fərid Abbasovdan yarım xal irəlidədir. Vüqar bu gün Ş. Məmmədyarovla görüşür, lider ağlarla oynayır.
Qadınlar (10 iştirakçı)
Elnarə Atakişiyevaya qalib gələn Zeynəb Məmmədyarova yüz faizli nəticə ilə yeganə liderdir - 3 oyun, üç xal. Elmira Əliyeva, Meriban Şükürova və Svetlana Rzayevanın hərəyə 2,5 xalı var. Zeynəb hesabat turunda Afaq Xudaverdiyeva ilə qarşılaşacaq. O, qaralarla oynaır.
Olimpiadaların möhtəşəmliyi naminə
BOK Samaranç dövrünün tendensiyasından imtina etdi
|
Beynəlxalq Olimpiya Komitəsinin geniş tərkibdə iclası keçirilib. İsveçrənin Lozanna şəhərində təşkil edilən növbəti yığıncaqda yay Olimpiya oyunlarının proqramında dəyişikliklər edilməsi məsələsi müzakirə olunub. Qadın güləşinin 2004-cü il olimpiadasının proqramına daxil edilməsi, boksda çəki dərəcələrinın sayının 12-dən 11-dək azaldılması və bir sıra idman növlərində müəyyən ixtisarlar aparılması əsas müzakirə mövzusu olub.
Yeni rəhbərlik bu məsələdə az qala inqlab edib - idmançıların və idman növlərinin artması ilə müşayiət edilən əvvəlki illərdən fərqli olaraq ilk dəfədir ki, Olimpiya proqramına yeni növlər daxil edilməyib. Məsələn, böyük və stolüstü tennis növlərində komanda yarışlarından imtina edilməsi məqsədəuyğun sayılıb. BOK rəhbərliyinin hələ ötən həftə keçirilən iclasında bildirilmişdi ki, Olimpiya oyunlarının məhtəşəmliyinə xələl gəlməməsi üçün yarışların proqramına yeni idman növləri salınmayacaq. Qeyd edilib ki, idman növlərinin sayının artırılması BOK-un əvvəlki prezidenti Xuan Antonio Samarançın dövründə tendensiya halını almışdı. İclasda Afina-2004 oyunlarında iştirak edəcək idmançıların sayı da konkret müəyyənləşdirilib: yarışlarda 299 idman növündə 10508 atlet (müqayisə üçün deyək ki, Sidneydə 300 dəst medal uğrunda 10655 idmançı yarışmışdı) mükafatlar uğrunda mübarizə aparacaq. Qadınların Olimpiya oyunlarında iştirakını gücləndirmək üçün qadın güləşi (4 çəki dərəcəsində) proqrama daxil edilib. Yeri gəlmişkən, qadınlar 28 idman növünün yalnız ikisində - boks və beysbolda təmsil olunmurlar. İndən belə boksçular 12 deyil, 11 çəki dərəcəsində mübarizə aparacaqlar. Bu isə o deməkdir ki, həmin növdə iştirakçıların sayı 26 nəfər azalacaq: Sidneydə 310 boksçu döyüşmüşdüsə, Afinada 286 dəri əlcək ustası rinqə çıxacaqdır.
BOK yüngül atletika (2000 nəfər) və üzgüçülük (1300 nəfər) növləri üçün kvotaları da müəyyən edib. Xatırladaq ki, Sidney oyunlarında 2146 atlet, 1448 üzgücü iştirak etmişdi.
BOK-un son iclasında çıxardığı digər qərarlar:
-
qadınlar arasında açıq suda 50 metr məsafəyə sərbəst üsulla üzmə yarışları Olimpiya proqramına daxil edilməyib;
- qadın futbol turnirində komandaların sayına daha ikisi əlavə edilib (FİFA 4 komanda təklif etmişdi), indi 10 komanda mübarizə aparacaq;
- tennisdə kişi və qadınların qoşa yarışı ləğv edilib;
- qadınlar arasında qılıncoynatmanın sablya növünün proqrama daxil edilməsinə yenidən baxılması qərara alınıb, bununla belə komanda turniri ləğv edilib;
- iştirakçıların sayının 8-dən 12-dək artırılması haqda
Beynəlxalq Beysbol Federasiyasının təklifi rədd edilib;
- BOK Beynəlxalq Kanatdartma Federasiyasını rəsmən tanıdığını, Beynəlxalq Bodibildinq Federasiyasını isə, əksinə, tanımadığını elan edib.
|