|
|
|
|
#113(337)
|
 |
Hədəf "Son gecə"dir
Hələliksə Zülfiyyə Xanbabayeva
yeni disk üzərində işləyir
|
Yaxın gələcəkdə populyar müğənni Zülfiyyə Xanbabayeva pərəstişkarlarına yeni diskini təqdim edəcək. Belə ki, hazırda sözügedən müğənni bu diski ilə məşğul olur. Zülfiyyə sözügedən diskə "Xatırla məni", "Həsrət yağışı", "Sən gedən gündən", "Şuşanın dağları" və ifasında səslənən digər mahnıları yazdıracaq.
Onu da nəzərinizə çatdıraq ki, Zulyanın oxuduğu "Haradasan" mahnısı da yeni yazılacaq diskə daxil ediləcək. Xatırladaq ki, bu mahnının musiqisini Vaqif Gərayzadə yazıb. Bundan başqa müğənni "Son gecə" mahnısına klip də çəkdirmək niyyətindədir. Zülfiyyənin prodüsseri Nigar Hacızadənin verdiyi məlumata görə, müğənni sözügedən mahnıya xüsusi münasibət və diqqət bəsləyir. Belə ki, "Son gecə" mahnısı simfonik orkestrin müşaiyəti ilə yazılıb. Ona görə də bu mahnıda sintezator və kompüter texnikasından istifadə edilməyib. Bildiyiniz kimi, simfonik orkestrin müşaiyəti ilə mahnı oxumaq hər müğənninin işi deyil. Zülfiyyənin "Son gecə"yə xüsusi diqqəti də məhz bu səbəblə əlaqədardır. Ancaq unutmaq lazım deyil ki, Zülfiyyə Xanbabayevanın belə mahnılar sarıdan artıq təcrübəsi var. Yadınızdadırsa, Fidan və Xuraman Qasımova bacıları ilə ötən il oxuduğu "Aləm oyansın" mahnısının öhdəsindən o, məharətlə gəlmişdi. Yəqin ki, Zülfiyyə bu mahnını da yüksək səviyyədə ifa edəcək. Niyə məhz "Son gecə" mahnısına klip çəkdirmək fikrində olduğunu isə müğənni, "yaddaşlarda möhkəmlənməsini və Azərbaycanın musiqi tarixində böyük iz qoyacağını istədiyim üçün "Son gecə"ni özümə hədəf seçmişəm" kimi şərh verdi.
Brilyant Moskvaya hazırlaşır
Orada onu İqor Krutoyla işbirliyi gözləyir
|
Brilyant Dadaşova yay istirahətindən sonra gərgin iş rejiminə keçib. Belə ki, yadınızdadırsa, ötən nömrələrimizdən birində onun ad günü ərəfəsində Sumqayıt şəhərində yerləşən "Kimyaçılar sarayında" konsert verdiyi barədə məlumat vermişdik.
İndi isə müğənni daha bir layihəni gerçəkləşdirmək niyyətindədir. Rusiyanın ən tanınmış bəstəkarlarından biri olan İqor Krutoyla layihə üzərində işləyən Brilyant xanım, sözügedən layihəni gerçəkləşdirmək barədə İqorla söhbət də edib. Brilyant Dadaşova deyib ki, İqor Krutoy oktyabr ayında nəzərdə tutulan yubileyini təntənəli şəkildə qeyd edəcək. Və bu münasibətlə Brilyant da Moskvaya yola düşəcək. Pərəstişkarlarına sürpriz vəd edən müğənni, bunun nədən ibarət olduğunu hələ ki, açıqlamır. Ancaq belə güman etmək olar ki, o, ya İqor Krutoyla duet ifa edəcək, ya da ki, onun bəstələdiyi mahnını oxuyacaq.
|
İlhamə ərəbcə oxuyacaq
Primadonna özü ilə Ərəbistana kimləri aparacaq?
|
Estradamızın Primadonnası İlhamə Quliyeva Ərəb Əmirliklərinə yola düşəcək. Onu sözügedən ölkədə turne gözləyir.
Müğənninin dediyinə görə, onu əmirliklərə ərəb şeyxlərindən biri dəvət edib. "Təklifi ərəb şeyxlərinin birindən almışam. Oradan da turneyə çıxacam. Ancaq mən ora tək getmək fikrində deyiləm. Özümlə "Rast" qrupunu, Elmira Ələkbərzadəni, Samir Bağırovu, rəqqasə Nailə Dadaşovanı və bir çoxlarını aparmaq niyyətindəyəm. Onlara bu barədə xəbər də vermişəm. Turneyə hazırlıq olaraq, "İncitmə qəlbimi" mahnısının sözlərini ərəb dilinə tərcümə etdirmişəm. Bu mahnı ilə bərabər ərəb dilinə tərcümə etdiyim bir çox mahnılarımı da ərəblər eşidəcəklər", - deyə İlhamə xanım qeyd edib. Səfər zamanı İlhamə xanım orada hələ bizim din ləyicilərin eşitmədiyi mahnıya klip çəkdirək istədiyini də bildirib.
|
Arvadı Rafeti
heç kimə etibar etmir
|
Türk müğənnisi və bəstəçisi Rafet El Roman yaxın aylarda film çəkməyə hazırlaşır. Klip çəkilişlərində, ifaçılıqda, bəstəçilikdə özünü təsdiq edən Rafet indi də filmdə bacarığını sınamaq istəyir. Ssenarisi özünə məxsus olan "Bu film bitməz" adlanan filminin baş roluna əsas qadın qəhrəmanı kimi maneken Ayşə Xatun Onalı dəvət edib. Ayşə Sema Denker rolunu ifa edəcək. Məlumat üçün deyək ki, Qaya Çilingiroğlu ilə isti münasibətlərinə görə, jurnal səhifələrindən düşməyən manekenin bu rolu Rafetin arvadı Tuqba Altuntopla qohumluq əlaqəsi səbəbindən aldığı deyilir. Filmdəki orta məktəb müəlliməsini oynayacaq gözəl model axtarışını eşidən Tuqba tez qohumu Onalı tapır və Rafetə təqdim edir. Görünür məşhur olaydan sonra Tuqbanın gözü bərk qorxub və indi o öz ərini yalnız öz qohumlarına etibar edir.
|
Ölkənin baş modelyeri film çəkir
|
Ötən saylarımızda modelyer Fəxriyyə Xələfovanın müğənni Bilal Əliyevlə layihə üzərində işləməsi barədə xəbər vermişdik. Belə ki, sözügedən layihə ondan ibarətdir ki, Bilalın ifa etdiyi "Yeddi qızdan biri" mahnısına çəkiləcək klipdə Fəxriyyə xanımın geyimlərindən istifadə olunacaq. Bu layihə sona çatmamış modelyer xanım daha bir layihə üzərində işləməyə hazırlaşır. Belə ki, o, indi də film çəkmək fikrindədir. Film sırf moda haqqında çəkiləcək. Modelyerin sözlərinə görə, filmdə keçmişdən ta indiyədək Azərbaycanda mövcud olmuş moda ənənəsinin inkişafı tarixindən bəhs ediləcək. Əsas diqqət isə təbii ki, Azərbaycanın milli geyimlərinə yönəldiləcək.
|