Əqrəb [24oktyabr - 22
noyabr]
Dincələcəksiniz. Görüşləriniz də olacaq. Burada ürəkdən rahatlanacaqsınız. İşlərdən bir qədər baş açıb yorğunluğu atacaqsınız. Bütün sənədləri qaydasına salın. Kimlərdənsə gizləməli olduğunuz sənədi göz qabağında saxlamayın. Bu, sizin hörmətinizi azaldar.
Oxatan [23 noyabr - 21
dekabr]
Gününüzü tarazlıqla, uyarlıqla keçirəcəksiniz. Cəsarətli olun. Ən çətin hesab etdiyiniz şəraitdə də məqsədinizi həyata keçirməyə çalışın. Sizə hər yerdən yardım gələcək. Xoş münasibətlə qarşılaşacaqsınız. Bahalı alqılarda uduzmayacaqsınız.
Oğlaq [22 dekabr - 20
yanvar]
Gücünüzün azaldığı bir vaxtda özünüzü daha bir işə salmağınız yaramaz. İndi dincəlməlisiniz. Müvəqqəti məhəbbət macəralarına baş qoşmasanız yaxşıdır, sizi aldadacaqlar. Yaradıcılıqdan ötrü, fəlsəfi araşdırmalar aparmaq və ruhi inkişaf üçün yaxşı vaxtdır.
Dolça [21 yanvar - 20
fevral]
Özünüzü güclü göstərməlisiniz. Çalışın öz gözünüzdən düşməyin. Xırda-para məsələlər, anlaşılmazlıq sizi yolunuzdan döndərə bilər. Həyatdan nə istədiyinizi dəqiq bilib ona doğru inamla gedin. Öz imkanlarınıza ayıq qiymət verin, bacarmadığınız işi öhdənizə götürməyin.
Balıqlar [21 fevral - 20
mart]
Əgər vacib qərarlar verməlisinizsə, bunu bir qədər gözləyib, sonra edin. Çünki mütləq səhvləriniz olacaq. Yorğunluğunuz səhhətinizə təsirsiz keçmir. Gözlənilməz münaqişə baş verə bilər. Bu, xeyrinizə olmayacaq. Dözümlü olun. Uşaqlarla münasibətinizə fikir verin.
| | | | |