"Bakıelektrikşəbəkə" Türkiyə şirkətinə verilir
"Barmek Nolding" paytaxtımızın işıq sisteminin yenidən qurulmasına 300 milyon dollar sərmayə qoyacaq
"Bakıelektrikşəbəkə" səhmdar cəmiyyətinin (SC) xarici idarəçiliyə verilməsi barədə danışıqlar, demək olar ki, başa çatıb. SC-ni Türkiyənin "Barmek Nolding" şirkəti uzun müddətə idarəçiliyə götürüb," - iqtisadi inkişaf naziri Fərhad Əliyev dünən keçirdiyi mətbuat konfransında belə deyib.
Ruslar Panikissini bombalayacaq
Gürcüstanıın təhlükəsizlik xidmətinin keçmiş rəhbəri belə deyir
Moskva çeçen qaçqınlarının yerləşdiyi Pankissi dərəsinə zərbələr endirməyi planlaşdırır. Rusiya tələb edir ki, qaçqınlar Gürcüstanı tərk etsinlər və Tbilisini çeçen yaraqlılarını dəstəkləməkdə ittiham edir.
"Erməniləri susduracağıq"
Vahid Abbas
Gültəkin Hacıyeva: "Terrorizmlə bağlı müzakirələrdə Azərbaycanın da deməyə sözü olacaq"
"ABŞ-da baş verən terror aktı ilə bağlı müzakirələr Avropa Şurası Parlament Assambleyasının gündəliyinə son anda daxil edilib. Bundan başqa Makedoniyada yaranmış vəziyyət, Ukrayna və Gürcüstanın AŞ-a qəbul olunarkən üzərlərinə götürdükləri öhdəliklər müzakirə ediləcək.
İmtiyazlı şəxslərin
güzəştləri ləğv ediləcək
F.Sədirova
1995-ci ildən üzü bəri Azərbaycan hökumətinin apardığı islahatlar nəticəsində iqtisadiyyatın inkişafına bütün mənbələr hesabına 8,7 milyard dollar, o cümlədən 6 milyard dollar həcmində xarici investisiya yönəldilib.
"Bakinski bulvar"ın təsisçisi həbs edildi
Ülviyyə H.
Elmar Hüseynov 6 ay müddətinə azadlıqla vidalaşdı
Artıq iki gündür Nizami Rayon Məhkəməsində Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun "Bakinski bulvar" qəzetinə qarşı qaldırdığı iddia ərizəsi üzrə keçirilən məhkəmə prosesi dünən yekunlaşdı. Xatırladaq ki, qəzetin 16 iyun sayında dərc olunan məqalənin səbəb olduğu iddia ərizəsində qəzetin təsisçisi Elmar Hüseynov, baş redaktor Bella Zakirova və yazının müəllifi İradə Hüseynovanın cinayət məsuliyyətinə cəlb olunması tələb edilirdi.