Əqrəb [24oktyabr - 22
noyabr]
Özünüzü çətinliklərə o qədər öyrəşdirmisiniz ki, rastlaşmayanda darıxırsınız. İndi belə ovqatdasınız. Fərdi inkişafınızın qayğısına qalın. Özünüzü başa düşməyə çalışın. Buna görə təkliyə çəkilin. Çox ola bilsin ki, gizli istəklərinizi həyata keçirmək üçün şansınız yaransın.
Oxatan [23 noyabr - 21
dekabr]
Beyninizi işlətməlisiniz. Xırda-para məsələlərə diqqətinizi dağıtmayın. Əsas məsələdən möhkəm yapışın. Düşünməkdən yorulmayın, düşündüklərinizi icra edin. Əgər siz çox gözəl təkliflər verirsinizsə, bu, ətrafdakıların da nəzərindən qaçmaz.
Oğlaq [22 dekabr - 20
yanvar]
Vəzifəcə artmaq istəyiniz sizə rahatlıq vermir və maddi təminatınızın əsasını ancaq bunda görürsünüz. Bütün imkanlarınızı səfərbər edin. Özünüzü yaxşı yöndən göstərməyə çalışın. Yaxın adamınızla münasibətlərdə diqqətli və mehriban olun.
Dolça [21 yanvar - 20
fevral]
Təhsil, elmi fəaliyyət işinizin əsasında duracaq, bundan da xeyir qazanacaqsınız. Xarici əlaqələriniz yaranacaq. Özünüzü çox yüksək mərtəbədə görəcəksiniz. Bütün işlərdə üstünlük sizin tərəfinizdə olacaq. Maddi durumunuzu yaxşılaşdırmağa çalışın.
Balıqlar [21 fevral - 20
mart]
Gözəl və ağıllı ideyalarınızı sonraya saxlayın. Kompromiss variantlar fikirləşin ki, sizə ziyanı dəyməsin. Birbaşa həll etmək istədiyiniz məsələlər daşa dirənəcək. Mütləq mənada qanuna əks hərəkətlər etməyin, dolayısı ilə işinizi görüb qurtarın.ÿÿ
| | | | |