|
|
|
|
#115(339)
|
 |
AXCP "islahatçılar" qanadında olan narazılar hələ ki, "mübarizə"ni davam etdirir, duruş gətirirlər. AXCP - AMİP sazişinin baş tutmaması üçün əllərindən gələni etməyə çalışanlar heç nəyə baxmayaraq bu partiyadan getməyəcəklərini bildirirlər. "Qiyamçılar"dan biri AXCP ("islahatçılar") Rəyasət Heyətinin üzvü, deputat Əliməmməd Nuriyev AXCP-də fərqli fikirlərin oluduğunu təsdiq edir: "Xüsusən vahid namizəd məsələsində ciddi fikir ayrılığının olduğunu təsdiqləyirəm."
Ə.Nuriyev müttəffiqliyin strateji məsələ olduğunu nəzərə alaraq Ali Məclisin çağırılmasının vacibliyini vurğuladı. "Buna görə də Ali Məclis çağırılmalıdır və çağırılacaq".
"Aldığımız məlumata görə Arif Paşa da sizinlə həmrəyliyini ifadə edib" - sualına cavab olaraq, Nuriyev bu barədə məlumatı olmadığını dedi.
Yeni yaradılan, hələ tam formalaşmamış partiyalar da özlərinin ayrıca bloklarını yaratmağa meyllidirlər. Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev "Demokratik Yol" Partiyası və digərləri ilə blok yaradacaqlarını bildirib. "Demokratik Yol" Partiyasının sədri Mahir Səmədov Azərbaycanda siyasi münasibətlərin şəxsi münasibətlərdən qaynaqlandığını deyir. Blok məsələsinə gəlincə isə M.Səmədov bildirir ki, bu barədə H.Hacıyevlə dəfələrlə söhbət ediblər: "Lakin biz bu məsələni gerçəkləşdirməyə tələsmirik. Bizim təşkilati-texniki baxımdan müəyyən problemlərimiz var. Hazırda bununla məşğuluq. Digər bir tərəfdən belə məsələlər mənim şəxsi siyasi fikirlərimlə müəyyənləşmir. Bu, bizim partiyanın rəhbər orqanlarında müzakirə olunduqdan sonra qəti qərar veriləcək".
M.Səmədov bloka daxil olacaq partiyaların siyasi mövqelərinin üst-üstə düşməsinin vacibliyini vurğulayaraq yaxın vaxtlarda digər siyasi təşkilatlarla da bu məsələsini ciddi şəkildə müzakirə edərək reallaşdıracaqlarını bildirir.
|
...yekə bir komitə olacaq
|
Sentyabrın 22-də Ədalət Partiyasının qərərgahında "Bakinski bulvar" qəzetinin baş redaktoru E.Hüseynovun hüquqlarını müdafiə komitəsi yaradılıb. Komitə Leyla Yunus sədr olmaqla, İ.İsmayılov, İ.Qəmbər, C.Həsənli, M.Səfərli, R.Tağı, A.Əliyev, H.Hacıyev, R.Mirqədirov və başlarından ibarət tərkibdə yaradıldı. Elə ilk yığıncaqdaca həbs olunan jurnalistlərin hər biri üçün yaradılmış komitələrin birləşdirilməsi qərara alındı. Yəni Y.Abbasov, S.Qocayevin, Ş.Xuduoğlunun, E.Hüseynovun və Ş.Məmmədovun hüquqlarını müdafiə üçün yaradılmış komitələr birgə fəaliyyət göstərəcəklər. Onların ilk yığıncağı gələn həftənin əvvəlində keçiriləcək.
|
...burda üfüqlər sakitdir
|
Demokratik Konqresdə (islahatçılar) Əli Kərimlinin sədrliyi bitmək üzrədir. Növbəti dəfə sədrliyi nəzərdə tutulan Vətəndaş Həmrəyliyi Partiyası indidən sədrlik məsələsini qaldırmaq istəyir və DK-da özünə tərəfdar toplamağa çalışır. Bu məsələyə neytral mövqeyi öyrənmək üçün sözügedən DK-da olan Yurddaş Partiyasının sədri Mais Səfərli ilə əlaqə saxladıq. M.Səfərli hələlik bu məsələnin müzakirə edilmədiyini dedi. "Məsələ müzakirə olunmadığına görə orada fikir ayrılığının olması haqda əvvəlcədən heç nə deyə bilmərəm".
|