Qoç
[21 mart - 20 aprel]
Ağır, çətin gündür. Kənardan təsirə məruz qalacaqsınız, bu da işlərinizə və fərdi fəaliyyətinizə mənfi təsir buraxacaq. Ümid bağladığınız kommersiya əməliyyatlarının əməli nəticəsi yoxdur. Xeyirdən çox ziyan gətirəcək. Ədalətsevərliyiniz, tərbiyəniz hörmətinizi artıracaq.
Buğa [21 aprel - 20 may]
Mənəvi təmizlənmə məqamıdır. Səhv və günahlarınızı tapın, başqaları ilə işiniz olmasın, özünüzü yaxşılaralarla müqayisə edin. Əlavə qazanc yeri tapın. Təklifləri saf-çürük edin. Gücünüzü yaradıcınıza yönəldin. Sizi mütləq uğur gözləyir.
Əkizlər [21 may - 21
iyun]
Kommersiya ilə məşğul olanlar sevinəcək. Əgər hansısa əməliyyatda iştirak etmək istəyirsinizsə, yubanmayın, sizi uğur gözləyir. Risqli işlərə girişməyin. Qanunsuz fəaliyyət göstərməsəniz yaxşıdır. İş təkliflərində əsas bu tələbləri gözləyin.
Xərçəng [22 iyun - 22 iyul]
Maraqlı iş təklifləri ala bilərsiniz. Hər halda tələsməyin. Sabitliyi gözləyin, birdən-birə yüksəlmək haqqında düşünməyin. Uşaqların istəklərini yerinə yetirmək üçün çalışacaqsınız. Tanışlarınızın xətrinə dəyməyin. Dözüm və müdriklik göstərin.
Şir [23 iyul - 23
abqust]
Səhhətinizlə bağlı narahatçılıq meydana çıxa bilər. Bədxahların qəzəbinə düçar ola bilərsiniz. Ünsiyyətlərinizə fikir verin. Etibarsız adamları özünüzə yaxın buraxmayın. Yeni tanışlıqdan imtina edin.
Qız [24 avqust - 23
sentyabr]
Çətin gündür. Xoşa gəlməyən xəbər eşidə bilərsiniz. Bir sıra işgüzar əməliyyatlarda uğur hesab etdiyiniz, əslində, ziyanınızadır. Gücünüzün sərfi, əməli nəticə ilə düz gəlmir. Əgər yeni iş təklif olunsa, etiraz etməyin. Hörmətiniz sizə dəyə biləcək ziyanı azaldacaq.
Tərəzi [24 sentyabr - 23
oktyabr]
Yeni tanışlıqdan ötrü faydalı gündür. İdarələrə, müəssisələrə müraciət etsəniz, xahişinizi yerinə yetirəcəklər. Həyatsevərliyiniz, hər hansı bir işə yaradıcı münasibətiniz vəziyyətinizi yaxşılaşdırmağa kömək edəcək.
Əqrəb [24oktyabr - 22
noyabr]
Özünüzü, mövqeyinizi müdafiə etməlisiniz. Hadisələrin yönümü qəfil dəyişsə, əziyyət çəkəcəksiniz. Odur ki, ayıqlıqla baş verənlərə nəzarət edin. Özünüzü ələ alıb düşünülməmiş hərəkətlərə yol verməyin. Mövqeyinizin sabitliyinə cəhd edin.
Oxatan [23 noyabr - 21
dekabr]
Əgər bu günə hər hansı bir müqavilə bağlamaq və ya bahalı alqılar etmək planlaşdırmısınızsa, sizi uğurlar gözləyir. Özünüzü xoşbəxt hiss edirsiniz. İç dünyanızla ətraf aləm bir-birini gözəl tamamlayır.
Oğlaq [22 dekabr - 20
yanvar]
İşgüzar əlaqələrdə uğursuzluğu ilk baxışdan görmək çətindir. İş sanki öz ritmi ilə gedir. Az sonra nəticənin gözlənildiyindən az olduğu aşkara çıxacaq. Qəfil məxariciniz çıxacaq. Maliyyə işlərilə əlaqədar məsələlərdə ehtiyatla davranın.
Dolça [21 yanvar - 20
fevral]
Yeni tanışlıqlar mümkündür. Təzə yerə köçək ehtimalı var. Səfər də mümkündür. Hökumət idarələrindəki işiniz müsbət həll olunacaq. Həssaslığınız, həyatsevərliyiniz, məsələlərə yaradıcı yanaşmağınız yüksək nəticələr əldə etməyinizə səbəb olacaq.
Balıqlar [21 fevral - 20
mart]
Romantik macəralar, məişət sevincləri ilə dolu gündür. Əgər işlərdən bir balaca nəfəs dərib kənara çəkilə bilsəniz, sizi unudulmaz hadisələr gözləyir. Həssaslığınız və həyatsevərliyiniz yaxınlarınızı heyrətləndirəcək. Yeni dostlar tapacaqsınız.
| | | | | | | | | | | |