|
|
|
|
#117(341)
|
 |
|
...digərləri onu maraqlandırmır
|
Azərbaycan İslahatçı Kommunist Partiyasının sədri Firidun Həsənovun fikrincə Ədliyyə Nazirliyi onların hüquqlarını tapdayır. "Belə ki, nazirlik qeyri-qanuni olaraq 1996-cı ildə qeydə alınmış partiyanın qeydiyyatını 2000-ci ildə ləğv edib: "İndi də bizim müraciətlərimizi cavabsız qoyurlar. Halbuki biz dövlətçiliyi müdafiə edirik və Ədliyyə Nazirliyinin bütün tələblərinə cavab verərək qurultay çağırmışıq, sonra da öz sənədlərimizi onlara təqdim etmişik. Bununla belə qeydiyyatımızı bərpa etmirlər".
F.Həsənov qeydiyyatla bağlı heç bir aksiyaya əl atmayacaqlarını bildirir. "Aksiya bizim səviyyəmizə yaraşmaz. Biz plakat götürüb meydana çıxa bilmərik. Həm də heç onun vaxtı da deyil."
AİKP-nin Məşvərət Məclisinə daxil olması istəyinin bu qurumda birmənalı qarşılanmaması ilə bağlı sualımıza cavab olaraq F.Həsənov ilk əvvəl: "eləmirlər eləməsinlər, özləri müxalifət yaradırlar" - desə də sonradan bildirdi ki, Mübariz Qurbanlı və Məşvərət Məclisinin sədri Xanhüseyn Kazımlı onların bu quruma qəbulu ilə bağlı problem olmadığını bildiriblər: "Digərləri məni maraqlandırmır."
Sentyabrın 25-də "Müasir Müsavat" Partiyasının rəhbərliyi ilə İqtisadi Quruculuq Partiyasının rəhbərlyinin birgə keçirdiyi görüşdə bu partiyaların birləşmə məsələsi müzakirə olunub. "Müasir Müsavat" Partiyasının sədri Hafiz Hacıyevin "Bizim ƏSR"ə verdiyi məlumata görə partiyaların gələcəkdə bir blokda fəaliyyəti məsələsi də diqqət mərkəzində saxlanılıb. "Əsasən İQP-nin bizə birləşməsi haqda ilkin razılıq əldə olunub, bu yöndə söhbət aparılıb".
H.Hacıyevin fikrincə gələn ay bu məsələnin yekunlaşacağı gözlənilir.
"Hələlik oktyabrın 5-6-da bizim Böyük Millət Partiyası ilə birləşdirici qurultayımız olacaq. Biz bütün bu birləşmələrlə siyasi dəllallıq edən şəxslərə sübut edəcəyik ki, xalqın mənafeyi üçün birləşməyi bacarmaq lazımdır."
AXCP (klassiklər) funksioneri Fazil Qəzənfəroğlunun Ş.Xuduoğlu haqda dedikləri bəzi müxalifətçilər arasında etirazla qarşılanıb. F.Qəzənfəroğlu isə bundan narahat olmadığını deyir: "Vaxtında R.Qazıyevə də heç nə demədik, məsələ böyüdü və başımıza çıxdı. Ona görə də bu tipli adamlara vaxtında sözünü demək lazımdır. Ş.Xuduoğlu haqda danışarkən mən millətimin marağını ifadə edirəm. Mən millətimi söyən bir adamın müdafiəsinə niyə qalxmalıyam. O öz qəzetində türk milətinə qarşı təhqiramiz mövqe nümayiş etdirib. Belə bir qrupun qarşısında geri çəkiləcəyik, yoxsa onu tutulub deyə müdafiə edəcəyik?".
|