İdman

Ana səhifə
Xəbərlər xətti
Xəbər
Şərh
Siyasət
İş günü
Mədəniyyət
Əyləncə
İdman
Ulduz falı
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#117(341)
Komandalarımız məğlub oldular
Turnirdən əvvəl "Sınaq növbəsi gənclərindir" yazmışdıq, əfsus, məğlubiyyət növbəsi onların oldu

On yeddi və 19 yaşınadək futbolçulardan ibarət komandalar arasında Avropa birinciliyinin qrup seçmə turnirləri başlanıb.
Şakir Qəribovun rəhbərlik etdiyi komanda (U-19) Finlandiyada, baş məşqçisi İslam Kərimov olan U-17 isə Macarıstanda mübarizə aparırlar. Hər iki təmsilçimiz start matçında yerli futbolçularla qarşılaşıb.
"Böyüklərimiz" finlandiyalı yaşıdları önündə aciz qalaraq, 5 dəfə oyuna meydanın mərkəzindən başlayıb və buraxılan toplardan yalnız birinin əvəzini çıxıblar - 1:5. "Kiçiklərimiz" (U-17) isə Macarıstan futbolçuları ilə görüşdə nisbətən layiqli müqavimət göstəriblər - 0:2.
Bu gün hər iki komandamız növbəti görüşləri keçirəcəklər: U-19 Makedoniya, U-17 isə Albaniyadan olan yaşıdları önünə çıxacaqlar.

"Şirvan"la "Bərəkət" irəli çıxdılar

Həvəskar futbolçulardan təşkil edilmiş komandaların Azərbaycan birinciliyinin final mərhələsində iki görüş olub.
Üç oyundan hərəyə 4 xal toplamış Dəvəçinin "Bərəkət" və Beyləqanın "Qara bəbir" kollektivləri arasındakı oyun daha çox maraq doğururdu. Gərgin mübarizə şəraitində keçən görüş 3:2 hesabı iə dəvəçililərin xeyrinə başa çatıb. Ağdaşın "Şirvan" komandaçı isə Bakıda "Hərbi Hava Qüvvələri"nin qonağı olub və meydan sahiblərinin qapısından iki cavabsız top keçirib.
"Qum adası"nda komandadaxili çatışmazlıqlar müsbət həllini tapmadığından "Göyəzən"lə Qazaxdakı qarşılaşma baş tutmayıb. Elə bu səbəb üzündən "Qum adası"nın HHQ ilə matçı da keçirilməmişdi. Lakin AFFA-dan bildirilir ki, kollektivin çıxışındakı fasilə üzürlüdür və çox güman ki, lap yaxın günlərdə problem həll olunacaq.
Həvəskarlar liqasında növbəti turda isə aşağıdakı görüşlər keçirilməlidir:
28 sentyabr. "Qum adası" - "Şirvan"; "Qara bəbir" - HHQ;
29 sentyabr. "Göyəzən" - "Bərəkət".

Copyright©by Media LTD,2001

©WEB Design Group Media Ltd