|
|
|
|
#117(341)
|
 |
Nə "hə" deyir, nə "yox" deyir
Cavan Zeynallı - Mətanət İskəndərli dueti,
deyəsən, baş tutmayacaq
|
Cavan Zeynallı, ümumiyyətlə, istirahət edə bilməməyindən gileylənir. Bu ilin noyabr ayında gerçəkləşəcək Tehrana qostrol səfərlərinə hazırlıq işləri onu lap əldən salıb.
Yadınızdadırsa, Cavan Zeynallı bəyan etmişdi ki, bu yaxınlarda Mətanət İskəndərli ilə duet oxuyacaq. Bu söz-söhbətdən bir neçə ay ötməsinə baxmayaraq, müğənni bu məsələ ilə bağlı konkret addım atılmadığı dedi: "Mən çoxdandır ki, bu layihəni gerçəkləşdirmək niyyətindəyəm. Hətta mənim duet üçün yazılmış mahnım da var. Mətanət xanıma təklifimi desəm də, hələlik ondan bir xəbər çıxmayıb. Nə "hə" deyir, nə də ki, "yox". Təklifimi hansı səbəbdən indiyə qədər cavabsız qoyması isə mənə maraqlı gəlir. Zənnimcə, bu duet baş tutmayacaq".
Amil "Salyan kazarması"na gələcək
"Əsgər marşı" oxumaq üçün
|
Gənc müğənni Amil Həsənoğlu sayca ikinci albomunun üzərində işləyir. Amil albomunu "Taleyimin səfəri" adlandıracaq. Xatırladaq ki, gənc müğənninin ifa etdiyi eyniadlı mahnının sözləri Baba Vəziroğluna, musiqisi isə Nazim Əhmədova məxsusdur.
Sözügedən kasetə gənc müğənnini 11 mahnısı daxil ediləcək. "Sabuhi records" səsyazma studiyasında yazılacaq bu albom ilin sonuna qədər musiqisevərlərin ixtiyarına veriləcək. Amilin yeni albomuna daxil ediləcək mahnılardan biri də Kübra Məhərrəmovanın bəstələdiyi "Əsgər marşı" mahnısıdır. Amil bildirib ki, yaxın zamanlarda o, bu mahnıya klip də çəkdirmək niyyətindədir. Klipin ssenari müəllifi isə elə Amilin atasıdır. Çəkilişlər isə çox güman ki, "Salyan kazarma"sında və cəbhə bölgələrində aparılacaq.
Ülviyyə Könül festivala hazırlaşır
Çəkdiyi kliplərilə
|
Azərbaycanın şou-biznes aləmində hazırda ən populyar rejissorlardan olan Ülviyyə Könülün Aygün Kazımovanın ifa etdiyi "Tez gəl" mahnısına çəkdiyi klipin çəkilişləri artıq başa çatıb.
Xatırladaq ki, mahnının sözləri və musiqisi Xanım İsmayılqızıya məxsusdur. Rejissor xanım hazırda Aygünün daha bir mahnısına klip çəkmək niyyətindədir. "Şəklimi çək" adlanan sözügedən mahnının musiqisi Vaqif Gərayzadənin, sözləri isə İsmayıl Dadaşovundur. Nəzərinizə çatdıraq ki, Ülviyyə Könül Azərbaycan Peşəkar Kinorejissorlar Gildiyasının təşkil etdiyi "Audiovizual" festivalına qoşulmaq fikrindədir. Ülviyyə xanım bu festivala öz işlərindən bir neçəsini - Aygün Kazımovanın "ß i tı" və "Sevdim", Faiq Ağayevin "Aldatdı məni", İlhamənin "Sən məni unuda bilməzsən" və Fatimənin "Günahsız məhəbbət" klipi ilə qoşulacağını bildirdi.
"De hara gedirsən?"
Rəhim Rəhimli
Moskvaya gedəcək
|
Gənc bəstəkar və müğənni Rəhim Rəhimli Moskvaya qostrol səfərinə getməyə hazırlaşır. O, bu şəhərdə konsert proqramı ilə çıxış etmək niyyətindədir.
Sentyabrın 27-də keçirilməsi nəzərdə tutulmuş bu tədbirdə Rəhimlə bərabər başqa müğənnilərin də iştirakı nəzərdə tutulur. Onların arasında Almaz Ələsgərlinin, Niyaməddin Musayevin, Elariz Məmmədoğlunun adları da var. "Sənətçilərimiz Moskvada keçiriləcək bir tədbirdə iştirak etmək üçün ora gedəcəklər. Və mən güman edirəm ki, adları çəkilən sənətçilərimiz mənim də konsertimdə öz repertuarlarından bir neçə mahnı ifa edərlər", - deyə gənc müğənni bildirib. Səfər zamanı Rəhim daha bir klipini çəkmək niyyətindədir. O, "Əgər klip çəkmək səfər zamanı alınmazsa, onda qayıdandan sonra mütləq bu işlə məşğul olacam", - bildirib. Bu musiqi çarxı isə, onun özünün bəstələdiyi "De hara gedirsən?" mahnısına çəkiləcək.
"W trio" 12 il bundan əvvəlin mahnısını hitə çevirəcək
|
"Ay ləli" xalq mahnısını yeni oranjmanda ifa etməklə populyarlaşan, bəstəkar Vaqif Gərayzadənin rəhbərlik etdiyi "W trio" qrupu bir neçə gün əvvəl pərəstişkarlarının ixtiyarına yeni mahnı verib. Söhbət Vaqif Gərayzadənin 12 il bundan əvvəl bəstələdiyi "Eşq" mahnısından gedir.
Xatırladaq ki, sözügedən mahnını o vaxt bəstəkarın rəhbərlik etdiyi "Aypara" qrupunun solistləri, indinin ən populyar müğənnilərindən olan Zülfiyyə Xanbabayeva, Almaz Ələsgərova və Aygün Kazımova da oxumuşdular. "W trio"nun üzvləri Röya, Elnarə və Natəvan əmindirlər ki, yeni oranjmanda ifa olunacaq "Eşq" tez bir zamanda hitə çevriləcək. Nəzərinizə çatdıraq ki, qrup üzvlərinin ifasında Vaqif Gərayzadənin daha 10 mahnısı lentə alınıb.
Sözügedən bəstələr ilin sonuna qədər "W trio"nun yazdırdığı yeni diskdə yer alacaq. Xalq mahnılarına üstünlük verən qızların ifasında kərkük türklərinin "İnnə yarım" şərqisi də diskə daxil ediləcək.
O ki qaldı gələcək planlara, xatırladaq ki, "W trio" üzvlərinin - Röya, Elnarə və Natavanın qrupa gəlişlərindən bəhs edən klip çəkilişlərinə başlamaq niyyətindədir. Mahnının bəstəkarı, əlbəttə ki, Vaqif Gərayzadə, klipin rejissoru isə, sözsüz ki, Ülviyyə Könüldür. Xatırladaq ki, "Ay ləli" mahnısına çəkilmiş klipi də rejissoru Ülviyyə Könül idi.
"Sən mənə həyatın deyirdin"
|
Elxan Şirinov yeni yazdırdığı bir neçə mahnıya klip çəkdirməyi planlaşdırır. Sözləri Ramiz Abdullayevə, musiqisi isə Əzimi Məmmədova məxsus olan "İnan Allaha" mahnısının klip çəkilişləri artıq başlayıb.
Xatırladaq ki, klip dövlət televiziyasında lentə alınacaq. Elxan Şirinov həmçinin özəl telekanallardan birində "Sən ağlama"ya da klip çəkdirəcək. Nəzərinizə çatdıraq ki, sözügedən mahnının sözləri Əhməd Cavada, musiqisi isə Cabbar Musayeva məxsusdur. Bu klipin çəkilişləri isə gələn həftədən başlayacaq. Musiqisi Teymur Namiqə, sözləri isə Ramiz Abdullayevə məxsus olan "Sən mənə həyatım deyirdin" mahnısının klipi isə artıq hazırdır. Yaxın zamanlarda klip əksər telekanallarda yayımlanacaq. Bundan başqa Elxan yeni mahnılar üzərində də işləyir.
|