Kriminal

Ana səhifə
Xəbərlər xətti
Xəbər
Şərh
Siyasət
İş günü
Mədəniyyət
Əyləncə
Kriminal
İdman
Ulduz falı
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#118(342)
1 milyon dollarlıq girov
Adam oğrularının 3-ü yaxalandı

Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları adam oğurluğu (kidnepinqlə) məşğul olan 3 nəfəri- Ələmdar və Akif Məsimov qardaşlarını və Çeçenistan vətəndaşı Murad Abbasoviç Qayçiyevi həbs edib.
Onlar 1976-cı il təvəllüdlü Rza Tanrıverdi oğlu Həsənovu oğurlayaraq, girovun valideynlərindən 1 milyon dollar tələb ediblər. İstintaqa cinayətdə iştirak edən daha üç çeçenin ancaq adları məlumdur: Ruslan, Ramazan, Musa.
Xatırladaq ki, hadisə avqustun 31-də saat 19.30 radələrində baş verib. Cinayətkarlar R.Həsənovla tanış olduqdan sonra bir müddət onunla yaxşı əlaqələr qurublar. Dəfələrlə Rza ilə birlikdə yeyib içiblər. Söhbətlər zamanı R.Həsənovun atasının Qız qalasının yanındakı əntiq mağazasında işlədiyini öyrəniblər. Adam oğruları kafedə təşkil etdikləri növbəti kef məclisinin sonunda pul qazanmaq məqsədi ilə onu girov götürüblər. R.Həsənovu Binəqədi kəndindəki Şirvani küçəsi 31 saylı evə aparıblar. Kidnepinqlər 7-8 metr dərinliyində quyu qazaraq, Rzanı ora atıblar. Cinayətkarlar sentyabrın 4-də girovun valideynlərinə zəng vuraraq, 1 milyon dollar tələb ediblər. T.Həsənov bununla bağlı Nərimanov Rayon Polis İdarəsinə məlumat verib. Əməliyyat tədbirləri nəticəsində sentyabrın 14-də R.Həsənov azad edilib.
Digər cinayətkarların şəxsiyyətinin aşkar olunması və tutulması üçün axtarış-əməliyyat tədbirləri aparılır.

Taqım komandiri özünə qəsd edib
Əsgər isə...

Murovdağda yerləşən N saylı hərbi hissənin taqım komandiri, 1961-ci il təvəllüdlü mayor İsrail Özbək oğlu Ağasıyev özünə qəsd edib.
Dünən mayorun meyiti anadan olduğu Ağsu rayonunda torpağa tapşırılıb. İ.Ağasıyev 1984-cü ildə Azərbaycan Dövlət Neft və Kimya İnstitutunu bitirib. Bundan sonra orduya çağırılan mərhum mayor rütbəsinə qədər yüksəlib.
Digər bir məlumatda isə bildirilir ki, ötən il aprelin 16-da Cəlilabad Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılan 1981-ci il təvəllüdlü sıravi əsgər Mübariz Balabəy oğlu Əliyev xidməti vəzifəsini yerinə yetirərkən həlak olub. O, Gədəbəy rayonundakı N saylı hərbi hissədə qulluq edib. Hər iki hərbçinin ölmünün səbəbləri barədə təhqiqat aparılır.

Tütün Fabrikinin sabiq direktoruna hökm oxundu

Dünən Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə Bakı Tütün Fabrikinin sabiq direktoru Bahəddin Budaqovun və müəssisənin digər işçiləri Mehman Rüstəmov, Fikrət Həsənov, İsrail Rüstəmzadə, Nəsir Sadıqov və Əli Məmmədovun mühakiməsi yekunlaşıb.
B.Budaqov 3 il, N.Sadıqov isə 1 il müddətinə azadlıqdan məhrum olunub. Digər müttəhimlər F.Həsənov 4 il, İ.Rüstəmzadə və M.Rüstəmov 3 il şərti cəza alıblar. Ə.Məmmədov isə zamində olduğundan istifadə edərək, məhkəmə istintaqı zamanı gizləndiyindən hazırda onun barəsində axtarış elan edilib. Xatırladaq ki, B.Budaqov fabrikə rəhbərlik etdiyi dövrdə-yəni 1999-cu ildə külli miqdarda dövlət əmlakı mənimsənilib. Mənimsəmə faktı isə fabrikdən kağız, elektrod və müxtəlif növ tütün məhsullarının çıxarılması ilə bağlıdır. Onlar ümumilikdə 998 milyon 666 min 852 manat məbləğində mənimsəmə faktında günahlandırılırlar. Cinayət işi üzrə 28 şahid dindirilib. Müttəhimlər dövlətə dəyən ziyanın xeyli hissəsini ödəyiblər.

Copyright©by Media LTD,2001

©WEB Design Group Media Ltd