Əyləncə

Ana səhifə
Xəbərlər xətti
Xəbər
Şərh
Siyasət
İş günü
Mədəniyyət
Əyləncə
Kriminal
İdman
Ulduz falı
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#118(342)
Aygün əməliyyatdan qayıdıb
Müğənni bir klipin xatirinə ölümlə üz-üzə dayanıb

Dünən "Hyyat-Recens" otelində Aygün Kazımovanın "Tez gəl" klipinin təqdimat mərasimi və mətbuat konfransı oldu. Həmişəkindən fərqli olaraq, bu dəfə Aygün vaxtında gəldi. Saat 13.00-a təyin edilən konfransı təqdimatın təşkilatçısı Nərgiz Xəlilova açdı. Nərgiz xanım Azərbaycanda analoqu olmayan bu klipi müğənninin öz tamaşaçılarına, səhnəyə olan məhəbbətinin nəticəsi kimi qiymətləndirdi. Jurnalistləri çox intizarda qalmadılar. Klipin nümayişinə başlandı. İlk öncə efirdə titrlər göründü.
Titrlərda Aygünün 12 sentyabr 2001-ci il tarixdə Sankt-Peterburqa getməsi və səhəri gün cərrahiyyə əməliyyatı etməsi barədə məlumat verilirdi. Klip kameranın təbiətdən - zülmətdən üzü günəşə tərəf hərəkətindən başlayır. Sonra Sankt-Peterburq şəhərinin küçələri, plastik cərrahiyyə klinikası göstərilir. Əməliyyatdan əvvəl şəhəri gəzən Aygünlə az sonra cərrahiyyə stoluna əyləşən Aygün ardıcıllıqla bir-birini əvəz edirdi. Əməliyyat zamanı həkimlərin ciddi baxışları, qanlı əlləri, tavandakı projektorlar tamaşaçıda gərginlik yaradırdı. Olum ya ölüm? Nəhayət, əməliyyat bitdi və "Operaöiÿ proşlo xoroşo" sözləri eşidildi.
Nümayişdən sonra Aygün Kazımova klip barəsində geniş açıqlama verdi. Mətbuat konfransında Xanım İsmayılqızı da iştirak edirdi. Çəkiliş qrupu və rejissor Ülviyyə Könül də müğənni ilə birlikdə Sankt-Peterburqa gediblər. Aygün rejissora 8 saat davam edən əməliyyatı nəticəsindən asılı olmayaraq, bütünlüklə çəkməyi tapşırıb. Klipdə də məhz bu sənədli materiallardan istifadə olunub. Aygün bu əməliyyatın həyatında ən ağır, uzunmüddətli olmasından və çox qorxduğundan baş verənləri tamaşaçısına klip şəklində çatdırmağı qərara alıb. Bu klipin müqabilində tamaşaçıdan nə gözlədiyini soruşduqda müğənni elə bir xüsusi reaksiya gözləmədiyini qeyd etdi. O, sadəcə olaraq, həyatın bu üzünü də pərəstişkarlarına təqdim etmək istəyib. Qızının bu klipi ağrılı qəbul edəcəyindən Aygün, çox güman ki, ona yalan satacağını bildirdi. Əməliyyatın məhz bədəninin hansı nahiyələrində aparıldığını bildirməyən müğənni gələcəkdə yenə də belə bir əməliyyatın keçirilmə gümanının olub-olmamsını gizli saxladı.
Nəzərinizə çatdıraq ki, klip sözləri və musiqisi Xanım İsmayılqızına məxsus olan "Tez gəl" mahnısına çəkilib. Operatoru Mixail Xarçenko, montaj rejissoru Fuad Əlişov olan bu klip artıq Gürcüstanda keçirilən müsabiqəyə də göndərilib.
Müğənni ötən gün yol polisi ilə olan insindentə də açıqlama verdi. Əməliyyatdan təzəcə qayıdan Aygün yeni maşına sənəd və nömrə almağı çatdırmayıb. Elə evdən çıxan zaman polis onu saxlayıb. Uzun çək-çevirdən sonra dünən avtomobili Aygünə qaytarılıb. Əməliyyat zamanı ölümlə üzləşən müğənni əməliyyatdan əvvəl və sonra keçirdiyi hisslərdən danışdı. Risq etməkdən qorxmayan Aygünün bu vaxta qədər bəxti üzünə gülüb. Ümid edək ki, taleyi ilə oynamaqdan çəkinməyən müğənni peşmançılıq çəkməyəcək.

Eldar Mansurovun şəxsi saytı açılıb
Oktyabr ayında keçirəcəyi konserti isə bəstəkar təxirə salıb

Bəstəkar Eldar Mansurov İnternet şəbəkəsində şəxsi saytını açıb. Səhifə üç hissədən ibarətdir. Birinci hissədə Mansurovlar ailəsinin tərcümeyi-halı, ikinci hissədə bəstəkarın əsərləri və nəhayət, üçüncü hissədə Eldar Mansurov haqqında geniş məlumat yerləşdirilib.
İnternet saytının açmasının əsas məqsədi isə Avropa ölkələrində tanınaraq, oranın müğənniləri ilə əməkdaşlıq etmək istəyindən irəli gəlib. Bəstəkar bildirib ki, onunla işbirliyi yaratmaq istəyən ilk müğənnidən artıq səs-soraq var. Belə ki, Türkiyənin Nilqül adlı müğənnisi neçə vaxtdır ki, Eldar Mansurovla əməkdaşlıq edir və onun ilk mahnısını da artıq ifa edib.
Bəstəkar bildirdi ki, yaxın gələcəkdə onlar digər layihələri də həyata keçirərək, bu ifanı Bakıda da səsləndirəcəklər. Ancaq Eldar Mansurov bununla kifayətlənmir, digər xarici müğənnilərlə də işləməyə çalışır. Bü günlərdə Eldar müəllim üç yeni bəstəsini təqdim edib. Birincisi, sözləri Piruz Dilənçiyə məxsus olan Manananın oxuyacağı "Vətən sağ olsun" mahnısıdır. Digər ikisini isə Fuad Mirzəyev adlı gənc müğənninin ifasında eşidəcəyik. Sözügedən mahnıları siz DY.Emilin təqdimatında "LIDER TV"də efirə gedəcək "Axşamçağı" verlişində dinləyə biləcəksiniz. Son olaraq onu da qeyd edək ki, Eldar Mansurov Sumqayıt şəhərində planlaşdırdığı konsert proqramını Ramazan ayına qədər təxirə salıb. Bəstəkarın işi çox olduğu üçün, o, konserti oktyabr ayında verə bilməyəcək.

Copyright©by Media LTD,2001

©WEB Design Group Media Ltd