|
|
|
|
#118(342)
|
 |
Terrora məhkəmə qurulacaq
Azərbaycan erməni terrorizmini də
bu mötəbər məhkəmədə
ifşa etmək əzmindədir
|
AŞPA-da iki gün davam edən "Demokratiya terrorizm qarşısında" mövzulu müzakirələr dünən geniş qətnamənin qəbul ilə yekunlaşıb. Sessiyada iştirak edən 150 parlamentardan 148-i qətnamənin lehinə, 1-i isə əleyhinə səs verib. 1 nəfər bitərəf qalıb.
Qətnamədə vurğulanır ki, Avropa Şurası beynəlxalq terrorizmə qarşı Birləşmiş Ştatların başladığı mübarizəylə tamamilə həmrəydir. Sənəddə AŞ-yə üzv olan dövlətlər terrorizmlə mübarizədə həmrəyliyə çağrılır. Xüsusi olaraq qeyd edilir ki, beynəlxalq terrorizmə qarşı hərbi əməliyyatlar mütləq BMT Təhlükəsizlik Şurasının sanksiyası ilə başlamalıdır. Bundan əlavə, qətnamədə beynəlxalq terror hadisələrini təhqiq edəcək xüsusi Beynəlxalq Cinayət Məhkəməsinin təsis olunması nəzərdə tutulur. Sessiyada iştirak edən 6 nəfərlik Azərbaycan nümayəndə heyəti də yekdilliklə qətnamənin lehinə səs verib. Azərbaycan AŞPA-nın qətnaməsinin beynəlxalq terrorizmə qarşı mübarizədə praktik rol oynayacağı qənaətindədir. O cümlədən, Azərbaycan xalqına qarşı dəhşətli terror aktları həyata keçirmiş erməni terrorizminin də Beynəlxalq Cinayət Məhkəməsində ifşasına nail olmaq əzmindədir.
Nümayəndə heyətinin rəhbəri İlham Əliyev AŞPA-dakı müzakirələrin yekununu müsbət dəyərləndirib. O əmin olduğunu bildirib ki, Ermənistanın Azərbaycana qarşı apardığı terror siyasətinin pislənməsinə dair AŞPA tribunasından səsləndirilən çağırış beynəlxalq dairələrdə gərəkən rezonansı doğuracaq.
Qeyd etmək lazımdır ki, İ.Əliyevin AŞPA-dakı srağagünkü çıxışı sessiya iştirakçıları tərəfindən sanballı və arqumentli nitq kimi yüksək dəyərləndirilib. Ermənistan nümayəndə heyəti başçısının Azərbaycanı beynəlxalq terrorizmlə və konkret olaraq "1 nömrəli terrorçu" Üsəma ben Ladenlə əlaqələndirmək yönündə kobud və biabırçı cəhdləri sessiyada uğursuz avantüra kimi dəyərləndirilib. Çünki erməni nümayəndəsi bu iftirasını hər hansı fakta deyil, ayrı-ayrı KİV səhifələrindən oxuduğu uydurma materiallara əsasən səsləndirib. Bu tərzdə bəyanatlar isə Avropa Şurası kimi mötəbər qurumlarda qeyri-ciddi qəbul olunur. Azərbaycan nümayəndə heyətinin rəhbəri İ.Əliyev də çıxışında bu məqamı vurğulayaraq erməni heyətini Avropa Şurası tribunasından yalan və böhtan üçün istifadə etməməyə çağırıb.
Lakin ən acınacaqlısı odur ki, erməni heyətinin ağızdolusu yaydığı böhtan məhz Azərbayacandakı müxalifət və müstəqil sayılan KİV-də dərc olunmuş "ördək" yazılardan qaynaqlnır. Xatırladaq ki, "Bizim Əsr" təxminən bir ay öncə bu problemə toxunaraq sensasiya arxasınca qaçan və tiraj naminə hər şeyi dərc etməyə hazır olan bəzi mətbuat vasitələrini havadan götürülmüş uydurma mülahizələrə əsaslanıb Azərbaycanın dövlət mənafelərini gözardı etdiyinə görə qınamışdı.
Dünən Azərbaycan parlament heyətinin rəhbəri də bu məsələyə münasibət bildirib. Onun sözlərinə görə, ermənilərin Azərbaycana qarşı hədyan və iftira ilə çıxış etmələri təbii sayılmalıdır. Çünki onlar başqa cür hərəkət edə bilməzlər. Amma Azərbaycandakı bəzi mətbu və siyasi dairələrin ermənilərin bu avantürist kampaniyasında istinad nöqtəsinə çevrilməsi acı təəssüf doğurur: "Ermənilər özləri də bildirirlər ki, səsləndirdikləri fikirləri Azərbaycan mətbuatından götürüblər. Odur ki, sual edilməlidir, öz mülahizə və uydurmaları ilə ermənilərə istinad nöqtəsi verən bu qüvvələr gerçəkdə nəyə xidmət edirlər?" İ.Əliyev təəssüf etdiyini bildirib ki, Azərbaycan nümayəndə heyəti Avropa Şurasında, digər beynəlxalq strukturlarda ermənilərlə mübarizə apardığı bir vaxtda ölkədəki bir sıra qüvvələr siyasi mübarizəni dövlətə qarşı mübarizəyə çevirərək Azərbaycanın adını neqativ şəkildə hallandıran bədnam fəaliyyətlə məşğuldurlar.
Tranzit mübahisəsi həllini tapıb
Gürcüstan prezidenti Eduard Şevardnadze qaza dair sazişləri imzalamaq üçün Bakıya səfər edəcək
|
"Biz "Şahdəniz" yatağından Türkiyəyə qaz nəqli layihəsinin reallaşması çərçivəsində Azərbaycan və Gürcüstan arasında tranzit sazişinə dair bütün məsələləri həll etdik. Hazırda bizim ekspertlər saziş mətninin yekun variantının işlənməsini başa çatdırır və sənəd dövlət başçılarına təqdim etmək üçün tam hazır olacaq".
Dünən Gürcüstanın xarici işlər naziri İrakli Menaqarişvili Bakı danışıqlarının yekunları barədə danışarkən belə deyib.
Onun sözlərinə görə, danışıqlarda əsas məsələ - tarif məsələsi də həll edilib. "Əldə olunmuş razılaşma Azərbaycanla Gürcüstanın maraqlarına cavab verir və layihəni rentabelli edir," - deyə Menaqarişvili vurğulayıb. O həmçinin qeyd edib ki, Gürcüstanın tarifləri qismən pulla, qismən də qazın özü ilə almaq imkanları olacaq. Nazirin sözlərinə görə, bundan əlavə, Gürcüstan özü də Azərbaycandan qaz almaq niyyətindədir.
Menaqarişvili həmçinin bildirib ki, yaxın vaxtlarda Gürcüstan prezidenti Eduard Şevardnadze qaza dair sazişləri imzalamaq üçün Bakıya səfər edəcək.
"Şahdəniz" yatağından Türkiyəyə qaz ixracına 2004-cü ilin sonlarında başlanmalıdır. İlkin həcm ildə 2 mlrd. kubmetr, 2007-2018-ci illərdə bu həcm artaraq 6,6 mlrd. kubmetrə çatdırılacaq.
"Barmek" işə başlayır
"Bakıelektrikşəbəkə"nin xarici idarəçiliyə
verilməsi barədə müqavilə bu gün imzalanacaq
|
İqtisadi İnkişaf Nazirliyi ilə Türkiyənin "Barmek" şirkəti arasında "Bakıelektrikşəbəkə" Səhmdar Cəmiyyətinin idarəetməyə verilməsi barədə müqavilə üzərində iş başa çatıb.
Müqavilənin bu gün imzalanacağı gözlənilir. "Azərenerji" SC ilə əldə edilmiş razılaşmaya əsasən, "Barmek" enerjinin 1 kilovatını Əlavə Dəyər Vergisi nəzərə alınmadan 71 manatdan satın alacaq. Həmçinin istehlakçılar kateqoriyasının da artırılması nəzərdə tutulub. Yəni büdcə, sənaye və ticarət müəssisələri sırasından sonuncular ayrıca kateqoriyaya aid ediləcək. Bu o deməkdir ki, əgər əvvəllər ticarət sferası enerjinin hər kilovat saatını 154 manatdan ödəyirdisə, indi bu sahədə enerji haqqının qaldırılması nəzərdə tutulur. Qalan tariflər, o cümlədən əhali üçün müəyyən edilmiş tariflÿr dəyişdirilməyəcək. Tariflərin 3 il sabit saxlanması barədə razılıq əldə edilib. Qeyd edək ki, "Barmek" şirkəti "Bakıelektrikşəbəkə"ni oktyabr ayından başlayaraq 3 ay ərzində müəssisənin əməkdaşları ilə birgə idarə edəcəklər. 2002-ci ilin yanvar ayından isə isə bütün funksiyalar "Barmek"in ixtiyarına keçəcək.
|
İrana gizli neft satmaq mümkündürmü?
|
"Biz, istəsək belə, İrana 1,5 milyon ton neft sata bilmərik. Ən azı, texniki səbəblərə, o cümlədən boru kəməri olmadığına görə bu mümkün deyil," - ARDNŞ-nin Xarici İqtisadi İqtisadi Əlaqələr İadərsindəki mənbə bəzi müxalifət liderlərinin şirkətə qarşı ittihamlarına münasibət bildirərkən belə deyib.
Onun sözlərinə görə, hazırda respublikamızda bu cür əməliyyatlar aparılmasına imkan verən infrastruktur yoxdur. Tanker donanması və dəmiryol vasitəsilə ilə də bu həcmdə neft daşınması mümkün deyil: "İranın Xəzər sahilində yalnız bir limanı - Neka xam neft doldurulmuş tankerləri qəbul edə bilir. Bu liman qazax və türkmən nefti ilə yükləndiyindən Azərbaycan oraya çıxışı yoxdur. İranla ölkəmiz arasında dəmiryol əlaqəsinin olmadığından isə neftin çənlərlə göndərilməsi imkansızdır".
Yeganə variant neftin İrana avtomobil nəqliyyatı göndərilməsi ola bilər. ARDNŞ-dəki mənbə bu variantın da yararsızlığını bildirib: "Həmin variant yalnız nəzəri cəhətdən mümkündür. Lakin neftin qiyməti neçə olur-olursun, bu variant heç vaxt iqtisadi cəhətdən özünü doğrultmayacaq". Mütəxəssisin rəyinə görə, iri yük avtomobili orta hesabla 7,5 ton neft və ya neft məhsulu daşıya bilər. Müxalifətçilərin iddia etdiyi kimi, əgər 1,5 milyon ton neft gizli göndərilsə, onda bu yükün daşınması üçün 225 min ədəd avtomobil lazımdır. Azərbaycanda bu sayda avtoçən olmadığı isə hər kəsə məlumdur. Həmin avtomobillərin uzunluğunun 15 metr olduğunu nəzərə alsaq, 1,5 milyon ton neft daşımaq üçün onların 2900 kilometrlik bir cərgəyə düzülməsi lazım gələr. Bu, təxminən, Bakı ilə Berlin arasındakı məsafəyə bərabərdir.
Göründüyü kimi, yetərincə heyrət doğruran haqq-hesabdır. Üstəlik, ARDNŞ dəfələrlə bildirib ki, İran neft satışı bazarı kimi Azərbaycan üçün heç bir maraq kəsb etmir.
|
Kövrək atəşkəs pozula bilər
|
Gürcüstan parlamentinin deputatı Koba Davitaşvili hesab edir ki, Rusiya hərbiyyəsi yaxın zamanlarda antiçeçen kampaniyasına başlamaq üçün Gürcüstan ərazisindən plasdarm kimi istifadə etməyə səy göstərəcək. Deputat Gürcüstan dövlətçiliyinin şimal qonşusu tərəfindən işğala məruz qalmaması üçün rəsmi Tbilisinin NATO-ya müvafiq xahişlə müraciət etməsini təklifini verib.
Gürcüstan dağlarında özlərinə sığanacaq tapan çeçen döyüşçüləri ətrafında yaranmış gərgin durum istənilən anda hərbi əməliyyatların bərpasına rəvac verə bilər. Qiyamçı Abxaziya rəhbərliyi iddia edir ki, gürcülər çeçenləri himayə etməyin müqabilində, onları abxazlarla üz-üzə qoymaq istəyirlər.
Maraq doğuran fakt odur ki, vəziyyətin kəskinləşməsi BMT-nin gürcü-abxaz münaqişəsinin nizamlanması üzrə Koordinasiya Şurasının Tbilisidə oktyabrın 9-na nəzərdə tutulan iclası ərəfəsinə təsadüf edir. Xatırladaq ki, Abxaziya təxribatçı dəstələrin fəallaşmasını bəhanə gətirərək cari ilin aprel ayında danışıqlar prosesindən çıxdığını bəyan edib. Öz növbəsində Kreml sübut etməyə çalışır ki, Gürcüstan daxili imkanları hesabına çeçenlərlə bacarmaq iqtidarında deyil və məsələyə rus hərbçilərinin müdaxilə etməsi zəruridir. Bu arada Gürcüstanın fövqəladə məsələlər üzrə naziri Malxaz Kakabadze bildirib ki, Kodor dərəsində patrul xidmətinin bərpa edilməsi məsələsi yaxın zamanlarda öz həllini tapa bilər. Patrul xidməti ötən ilin sonunda BMT hərbi müşahidəçilərinin oğurlanmasından sonra dayandırılmışdı. Onun sözlərinə görə, bu, Kodor dərəsində çeçen yaraqlılarının sığınacaq tapması ətrafında dolaşan şayiə və şübhələrə son qoyacaq.
Eynulla Fətullayev
siyasi sığınacaq istədi
O, dünən Hollandiya səfirliyinə müraciət edib
|
"Millətin Səsi" qəzetində dərc edilən yazıya görə, məhkəməyə verilən və bununla da qeybə çəkilən Eynulla Fətullayev dünən Hollandiyanın Azərbaycandakı səfirliyinə müraciət edib. Fətullayevin yaxınlarından aldığımız məlumata görə, onun səfirliyə müraciət etməsinə səbəb həmin ölkədən siyasi sığınacaq istəməsi olub.
Xatırladaq ki, yayılan məlumatlarda bildirilir ki, Eynulla Fətullayev Azərbaycanı tərk edib. Amma bizə verilən xəbərə görə, o, bu müddətdə Yardımlı rayonunun kəndələrinin birində olub. Dünən əldə etdiyimiz məlumata görə Fətullayev Bakıda gizlənib. Onu da deyək ki, bu gün məhkəmədə Eynulla Fətullayevin işi ilə tanışlıq olmalıdır. Fətullayevin yaxınlarının dediyinə görə, o, siyasi sığınacaq almayınca, üzə çıxmayacaq.
|
ADP mitinq keçirmək
niyyətindən əl çəkmir
|
Demokrat Partiyasının sentyabrın 29-da etiraz aksiyası keçirmək qərarı qüvvədə qalır və heç bir halda dəyişməyəcək. Bunu ADP baş katibi Sərdar Cəlaloğlu bildirib. Onun sözlərinə görə, Bakıdan başqa Naxçıvan, Salyan, Lənkəran və Tovuzda da mitinqlər keçirilməsi planlaşdırılır.
S.Cəlaloğlu qeyd edib ki, iqtidar partiyanı mitinqlərdən çəkindirmək üçün təzyiqləri artırıb. Belə ki, sentyabrın 25-də ADP Salyan rayon təşkilatı sədri Polis İdarəsinə aparılıb və bir neçə saat orada saxlanılıb. Ondan mitinq keçirilməsindən imtina etmək tələb olunub.
S.Cəlaloğlu bildirib ki, ADP Cəfər Cabbarlı və Füzuli meydanlarında mitinq, Təbriz küçəsi - "Nərimanov" kinoteatrı marşrutu üzrə isə yürüş-mitinq keçirilməsilə bağlı Bakı meriyasına müraciət göndərib. Meriya hələ müraciətə cavab verməyib. O qeyd edib ki, rəsmi cavab olmasa, Füzuli meydanında mitinq keçiriləcək.
|
"Antiterror
əməliyyatı başlasın"
|
Azərbaycançı Qüvvələr Birliyinin (Vəhdət, Namus, İslam və Sosial Demokrat partiyaları) dünən toplantısında "dördlərin xartiyası və terrorizmlə mübarizə məsələləri müzakirə edilib. Bu barədə Namus Partiyasının katibi Vahid Məmmədov məlumat verib.
Toplantıda beynəlxalq terrorizmə qarşı mübarizənin xüsusi müzakirə obyekti olduğunu deyən V.Məmmədov bununla bağlı xalqa müraciət qəbul edildiyini açıqlayıb. Müraciətin məzmununa toxunan V.Məmmədov qeyd edib ki, sənəddə erməni terroru beynəlxalq terrorun tərkib hissəsi elan edilir və ona qarşı silahlı mübarizə aparılması irəli sürülür. Müəlliflər Ermənistan prezidenti Robert Köçəryanı terrorçu elan edərək Azərbaycanın dövlət başçısı Heydər Əliyevə onunla bütün danışıqları dayandırmağı təklif edir. Müəlliflər Avropa Şurası Nazirlər Kabinetinin Azərbaycanın ərazi bütövlüyünü tanıması haqda sənədi əsas götürərək Dağlıq Qarabağda erməni terrorçularını məhv etmək üçün hərbi əməliyyatlara başlamağı təklif edir
Yaxın günlərdə İranın İmam Xomeyni İmdad Komitəsinin xəttilə Azərbaycana, eləcə də Naxçıvan Muxtar Respublikasına un, düyü, yağ və çay məhsullarından ibarət ümumi miqdarı 216 ton olan ərzaq yardımı gətiriləcək.
Xəbəri İranın Azərbaycandakı səfirliyinin mətbuat xidməti yayıb. Mətbuat xidməti bildirir ki, yardımın qaçqın, məcburi köçkün, şəhid, əlil və başqa imkansız ailələr arasında bölüşdürülməsi nəzərdə tutulur.
Vərəm
türmədən uzqlaşır
nDünən ədliyyə nazirinin müavini Aydın Qasımov Beynəlxalq Qırmızı Xaç Komitəsi Azərbaycan nümayəndəliyinin başçısı Fridrun Mederi qəbul edib.
Görüş zamanı tərəflər məhbuslar arasında vərəmlə mübarizə sahəsində əməkdaşlığın inkişafı məsələlərini müzakirə edib. Qeyd olunub ki, sözügedən xəstəlikdən ölüm halları üç dəfə azalıb. Bu barədə xəbəri Ədliyyə Nazirliyi Məhkəmə Qərarları İcrası Baş İdarəsinin mətbuat xidməti verib.
"Müharibəyə hazırlığı cəmiyyətdən başlamalıyıq"
Tamerlan Qarayev: "Yaxşı olardı ki,ÿABŞ Şimal Alyansının əli ilə lokal hərbi əməliyyatlar aparcın"
|
Azərbaycanın Çindəki keçmiş səfiri Tamerlan Qarayev hələ də gözləmə mövqeyindədir. Diplomatik səlahiyyəti başa çatandan sonra Müsavat Partiyasının sıralarına qatılacağı gözlənilsə də, siyasi fəaliyyətə başlamadı. Keçmiş səfir hələlik Qarabağ Azadlıq Təşkilatına (QAT) üzv olmaqla kifayətlənir.
Tamerlan Qarayev bütün siyasi gedişlərə kənardan baxır və hələlik proseslərə müdaxilə etmək istəmir. Buna paralel olaraq onun Doğru Yol Partiyasını (DYR) yenidən bərpa edəcəyi gözlənilir. Amma özü hələlik bu barədə heç bir söz demir. Dünən isə o, Qarabağ problemi ilə bağlı daha çox hərbi əməliyyatların başlamasına üstünlük verdiyini dedi:
- Fikir verin, artıq ABŞ özünə yeni prezident seçəndən sonra dünyada baş verən problemlərə tamam başqa prizmadan yanaşır.ÿArtıq Vaşinqton Dağlıq Qarabağ probleminə bənzər məsələlərə kənardan baxır. Onlar proseslərə baxır və sadəcə kənardan dəstək verirlər. Sanki yaxalarını kənara çəkirlər. Artıq ABŞ bu cür problemlərdə və ya böyük maliyyə tələb edən məsələrdə yaxından iştirak etmək istəmir.
Artıq üçüncü dünya müharibəsinin
başlayacağı ilə bağlı məlumatlar yayılır. Siz belə birt təhlükənin reallığına inanırsınız, yoxsa...
- Çox təəssüflər olsun ki, bu fikri bəzi nüfuzlu şəxslər də deyirlər. Bu gün üçüncü dünya müharibəsi aktual mövzulardan hesab edilir. Belə olan halda ortaya sual çıxa bilər; üçüncü dünya müharibəsi hansı dövlətlər arasında olacaq? Hətta belə bir fikir də var ki, üçüncü dünya müharibəsi iki müxtəlif sivilizasiyalar - qərblə-şərq dölvlətləri arasında olacaq. Başqa bir qrup insanlar iddia edir ki, ABŞ Əfqanıstana hücumlarının ardınca İrana üz tutacaq. Guya bundan sonra İran iki hissəyə parçalanacaq və beləliklə də Güney Azərbaycan Şimalla birləşəcək. Bunların hamısı absurd, əsası olmayan fikirlərdir.
Bəs xristian-müsəlman müharibəsi
necə, mümkündür?
- İnanmıram ki, xristian-müsəlman müharibəsi olsun. Əgər belə bir müharibə olacaqsa, bu, bizim ziyanımızadır.
Sizcə, niyə?
- Əvvəla ona görə ki, ABŞ Əfqanıstında hərbi əməliyyatlara başlasa, günahsız insanlar qətlə yetiriləcək, evlər, şəhərlər dağıdılacaq. Və bunun ardınca müsəlman-xristian müharibəsi başlasa və biz bu müharibəyə qoşulmasaq, İslam dövlətləri Azərbaycana faktiki olaraq satqın kimi baxacaq. Amma belə bir vəziyyətin olacağına inanmıram.
Sizcə ABŞ atni-terror əməliyyatlarını
nə cür aparmalıdır?
- Daha yaxşı olardı ki,ÿAmerika Şimal Alyansının əli ilə lokal hərbi əməliyyatlar aparcın.
"İqtidarın Qarabağ problemi üzrə
apardığı siyasətə baxış" mövzusunda mətbuat konfransı keçirdiniz. Cizin bu məsələyə konkret münasibətiniz necədir?
- Əvvəla, Azərbaycan strateji müttəfiqi olan Türkiyə ilə əlaqələri daha da sıxlaşdırmalıdır. ABŞ-ın başı öz problemlərinə qarışıb və Azərbaycana diqqət ayırmır. Ona görə də Azərbaycan ordusu, silahları müasirləşdirilməlidir. Bundan sonra biz dünyada terrorizmlə mübarizənin başlamasını əsas gətirib hərbi əməliyyatlara başlaya bilərik. Və buna görə də bizi heç bir dövlət ittiham edə, qınaya bilməz. Azərbaycan anti-terror əməliyyatlarını dəstəkləməlidir. AŞPA-dakı çıxışlar da bir daha göstərir ki, onlar bizim mövqeyimizi dəstəkləyəcəklər.ÿBir də ki, hər şey bundan sonra baş verəcək hadisələrdən asılıdır. Hesab edirəm ki, problemin həllini yalnız diplomatik gedişlərdən, danışıqlardan gözləmək düzgün addım deyil. Diplomatiyanın arxasında güclü ordu dayanmalıdır. Çünki danışıqlar masasında qarşı tərəfdə əyləşən bilməlidir ki, əgər bizim irəli sürdüyümüz şərtləri qəbul etməsələr, hərbi əməliyyatlara başlayacağıq. Bu isə onları çəkindirəcək, müəyyən kompromislərə getməyə vadar edəcək.
Amma belə bir fikir də var ki,
Azərbaycan hərbi əməliyyatlara başlasa, Qərb dövlətlərinin, beynəlxalq aləmin təyiqləri ilə üzləşəcək...
- Qətiyyən belə bir hal gözlənilmir. Çünki Azərbaycan yox, Ermənistan işğalçı dövlətdir. Onların yox, bizim ərazilərimiz işğal edilib. Ona görə də hərbi əməliyyatlara başlasaq, Azərbaycanı heç nə gözləmir. Çünki ərazilərimiz işğal altındadır. İslam Konfransı Təşkilatı da birmənalı şəkildə bəyan edib ki, Azərbaycanın torpaqları işğal edilib. Artıq Qərb dövlətləri də belə bir mövqe nümayiş etdirmək istəyirlər. Ona görə də bizə heç kim deyə bilməz ki, niyə düşmənləri ərazilərimizdən çıxarırıq.
Sizcə, müharibə başlayarsa, Rusiyanın
Ermənistandakı silahlı qüvvələrindən istifadə edilə bilərmi?
- Əgər belə bir hal baş versə, Türkiyə dərhal hərbi müdaxilə edəcək. Və ərazilərimizi tam azad edəndən sonra ermənilərlə hansısa danışıqlarda iştirak etmək olar.
Problemin həlli ilə bağlı "Dördlər"in
hazırladığı xartiyaya hakim partiyanın imza atmamasını hərə bir cür yozdu. Sizcə, bu, düzgün adımdır?
- Bəli. Çünki iqtidar bu cür sənədlərə imza atmamalıdır. Çünki imza atılsa, belə bir təsəvvür yarana bilər ki, bunu hakimiyyətin özü hazırlayıb. Elə buna görə də bunu düzgün addım hesab etmək olar.
(Müsahibə əsnasında Tamerlan Qarayev çoxları, ən birinci elə bizim üçün gözlənilməz olan təkliflərini açıqladı):
- Qarabağ problemi tam həll olunmayana qədər Azərbaycanda həddindən artıq ciddi, xüsusi rejimin olmasının tərəfdarıyam. Əgər biz Qarabağı qaytarmaq istəyiriksə, Azərbaycanda çıxan bütün qəzetlər bağlanmalıdır(!?-red.). Əhaliyə təkcə hərbi vərəqələr paylanmalıdır. Bütün televiziyalar fəaliyyətinin dayandırmalıdır (!?-red.), təkcə hərbi vətənpərvərliyi təbliğ edən kanaldan başqa. Sonra bütün vətəndaşların, idarə və müəssisələrin fəaliyyəti hərbi rejimə uyğun qurulmalıdır. İndi bunun 6 ay, bir il və ya bir neçə il olacağını deyə bilmərəm. Biz müharibəni istəyiriksə, hazırlığı cəmiyyətdən başlamalıyıq. Bu, müvəqqəti, ancaq vacib addımlardır. Yoxsa, müharibəni udmaq olmaz. Müharibəni xalq udur. Xalqın bütün fikri-zikri səhərdən axşama qədər bu işə yönəlsə, biz yüz faiz qələbə qazanacağıq.
|