Əqrəb [24oktyabr - 22
noyabr]
Qəzəbinizi biruzə vermək istəyəcəksiniz. Yığılmış hirsinizi kiminsə üstünə boşaltmaq fikrinə düşəcəksiniz. İnamsızlıq, şübhələr ünsiyyətlərinizə mane olacaq. Bu ünsiyyətlər maddi vəziyyətinizin düzəlməyi üçün əsas ola bilərdi. Cari problemlərin öhdəsindən gəlmək çətinləşəcək.
Oxatan [23 noyabr - 21
dekabr]
Tövbə edin. Mənən təmizlənin. Səhv və günahlarınızı bilib etiraf etməklə, onlarla vidalaşmağa da çalışın. Təzə xəbərlər eşidəcəksiniz. Gələcək üçün planlaşdırmanı başqa vaxta saxlayın. Adət etmədiyiniz yeni üsulla problemlərin həllinə girişmək onu yarımçıq qoymağa səbəb olacaq.
Oğlaq [22 dekabr - 20
yanvar]
Yaxın adamla ünsiyyətdə anlaşılmazlıq yaranacaq. Bir-birinə güzəştsiz münasibət əlaqələri zəiflədəcək, hətta tamam qıra da bilər. Müdiriyyət tərəfindən işlərinizdə qüsurlar qeyd ediləcək. Sizin sövq-təbiiniz və tədbirliliyiniz yaranan çətin vəziyyətdən hörmətinizi itirmədən çıxmağa kömək edəcək.
Dolça [21 yanvar - 20
fevral]
O qədər də isti, rahat günlər deyil. Kədərli fəlsəfi ovqat sizi əhatə edəcək. Yeni tanışlıq məsləhət deyil. İnsanlara sizin sıcaqlığınız lazımdır. Hərarətinizi isə hələ qorumalısınız, irəlidə sizi ağır və çətin işlər gözləyir.
Balıqlar [21 fevral - 20
mart]
İmkan daxilində diqqətli və ehtiyatlı olun. Nəyin bahasına olursa-olsun məqsədə can atmaq məsləhət deyil. Gözləmə mövqeyi tutun. Düşündüklərinizi həyata keçirmək üçün yaxın vaxtlarda yaxşı şərait yaranacaq. Ətraf mühitin inçində əriməyin. Səhhətinizə diqqət ayırın. ÿÿ
| | | | |