Firqələrdə

Ana səhifə
Xəbərlər xətti
Xəbər
Şərh
Siyasət
Firqələrdə
İş günü
Mədəniyyət
Əyləncə
Kriminal
İdman
Ulduz falı
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#119(343)
...gizlətməzdi, deyərdi?

Bir qədər əvvəldən mətbuatda AMİP - AXCP (islahatçılar) - VHP - VBP yaxınlaşması və bu partiyaların blok yaratmaq istəyi ilə bağlı fikirlər səslənmişdi. Bu yaxınlarda Moskvada olan S.Rüstəmxanlının orada Ayaz Mütəllibovla görüşdüyü haqda yayılan məlumatlar da, görünür, elə burdan qaynaqlanır. VHP sədri Sabir Rüstəmxanlının Moskvaya müalicəyə getdiyi zaman orada eks-prezident Ayaz Mütəllibovla görüşdüyü haqda məlumatları təkzib edən VHP mətbuat xidmətinin rəhbəri Elçin Mirzəbəyli deyir: "Belə bir görüş olsaydı, onu gizlətməyin nə mənası vardı ki?". Onun fikrincə, bu, bir neçə siyasi partiyanın yaxınlaşmaq, blok yaratmaq istiqamətində apardığı işlərdən narahat olan qüvvələrin mətbuata ötürdüyü informasiyadır.

...onlar da mitinq keçirəcək

Sentyabrın 27-də Ədalət Partiyasının qərargahında jurnalistlərin hüquqlarını müdafiə komitəsi birləşdirilmiş yığıncağını keçirdi. Bundan sonra birləşdirilmiş quruma Leyla Yunus rəhbərlik edəcək. L.Yunus komitə üzvlərinin adlarını açıqladı. Bura İ.İsmayılov, İ.Qəmbər, Ə.Kərimli, M.Zülfüqarlı, N.İmanov, İ.Aşurov, M.Qəhrəmanlı və s. daxildir. Yığıncağa toplaşanlar həbs olunan jurnalistlərin azadlığa buraxılması, eləcə də fəaliyyəti dayandırılmış kütləvi informasiya vasitələrinin işə başlaması üçün təkliflər planını müzakirə etdilər. Qəbul edilmiş iş planında qeyd olunur ki, beynəlxalq təşkilatlara müraciət olunsun; beynəlxalq təşkilatlar və səfirliklərin rəhbərliyi ilə komitənin görüşü keçirilsin; Komitəyə daxil olan aparıcı siyasi partiya və jurnalistlərin iştirakı ilə mitinqin keçirilməsi üçün müraciət olunsun, həbs olunmuş şəxslərin ailə üzvlərinə yardım üçün fond təşkil edilsin; jurnalistlər barədə sifarişli qərar çıxarmış hakimlərin adları və şəkilləri kütləvi informasiya vasitələrində dərc olunsun.

...yoxsa səsi sonra çıxar

Zahirən sakitlik hökm sürən Ə.Kərimlinin sədr olduğu Demokratik Konqresdə də daxili titrəmələr hiss olunmaqdadır. Burada da digər Demkonqresdəki kimi, "kiçiklər" səs-küy salmağa çalışır. Bu dəfə orada müşahidəçi qismində iştirak edən Xalq Cümhuriyyət Partiyasının sədri Bədrəddin Quliyev (vaxtilə P.Hüseynovdan qopan) önə çıxıb. Ə.Kərimli B.Quliyevi yanına çağıraraq onu DK-dan çıxaracağı ilə hədələyib. Növbəti toplantıda Ə.Kərimlinin onu cəzalandıracağı gözlənilir. Deyəsən, Ə.Kərimli məsələnin uzanmasına imkan vermək niyyətində deyil.

...yoxsa səsi sonra çıxar

...sənə güvəndiyim dağlar Müsavat funksionerləri arasında əsən küləklər getdikcə güclənir. Rauf Arifoğlunun bu dəfə də Qabil Hüseynlini hədəfə götürəcəyi gözlənilir. Q.Hüseynlinin də R.Arifoğludan incidiyi söylənilir. Buna səbəb R.Arifoğlunun "Yeni Müsavat"da Vəhdət sədri T.Kərimliyə geniş yer verməsi olub. T.Kərimlinin öz müsahibələrində regional məsələlərə xüsusi yer ayırdığı və hər dəfə ermənistanlılara özünün xoş olmayan münasibətini açıqladığı məlumdur. Q.Hüseynlinin inciməyinin əsas səbəbi isə onun T.Kərimliyə "Yeni Müsavat"da cavab vermək istəyinə R.Arifoğlu tərəfindən imkan verilməməsidir.

Copyright©by Media LTD,2001

©WEB Design Group Media Ltd