|
|
|
|
#119(343)
|
 |
Seçmə komandamızın qələbəsi
Turnirə məğlubiyyətlə başlayan
gənc futbolçular növbəti görüşdə qalib gəliblər
|
On yeddi və 19 yaşınadək futbolçulardan ibarət seçmə komandalarımızın Avropa birinciliyi qrup yarışlarındakı çıxışı barədə "Bizim ƏSR"in 26 sentyabr tarixli sayında məlumat vermişdik.
Lakin həmin xəbərdə bizdən asılı olmayan səbəbdən yalnışlığa yol verilib: məsələ ondadır ki, Şakir Qəribovun yetirmələri (U-19) Finlandiya komandasına 1:5 yox, 0:2 hesabı ilə uduzublar. Makedoniya futbolçularına da məğlub olan (1:2) komandamız Vətənə qrup sonuncusu kimi dönüb. Qrupun qalibi bu gün Finlandiya və Makedoniya komandaları arasında keçiriləcək görüşdə müəyyənləşəcək.
Baş məşqçisi İslam Kərimov olan seçmə kollektivimiz (U-17) isə macarıstanlı yaşıdlarına 1:5 hesabıyla uduzduqdan sonra albanlarla matçda qələbə qazanıblar - 3:2. Komandamız qrupda sonuncu görüşünü bu gün Xorvatiya kollektivinə qarşı keçirəcək.
Bizim futbol
Onu cari mövsümdə
kimlərin simasında izləyə biləcəyik
|
Futbol üzrə ölkə çempionatının güclülər dəstəsində çıxış edən 12 komandadan 9-nun heyətini təqdim etmişik. Tanışlıq sırasında növbə "Şahdağ" kollektivinindir.
"Şahdağ" (Qusar) - 22 futbolçu
qapıçılar - Tamerlan Məcidov (1974), Mahir Mirzəağayev (1970);
müdafiəçilər - Aleksandr Nurəliyev (1984), Ceyhun Adışirinov (1981), Nəvayi İsmiyev (1979), Samir Abbasov (1978), Kamil Yunusov (1977), Zaur Hidayətov (1977), Vüqar İsmayılov (1971);
yarımmüdafiəçilər - İsabala İsrafilov (1986), Vəfadar Quliyev (1979), Azər Mehdiyev (1978), Romik Davudov (1978), Rüstəm Hacıyev (1978), Telman Cavadov (1976), Şərafəddin Məmmədov (1973), Kamran Nurəhmədov (1971);
hücumçular - Fərhad İbrahimov (1984), Valeh Kərimov (1980), Vahid Haşımov (1980), Kamran Əlibabayev (1971), Yavər Niftəliyev (1966);
klubun prezidenti - Bəybala Məmmədov;
baş məşqçi - Rafiq Mirzəyev.
Dünən Las-Veqas polisi Mayk Taysonun evində axtarış aparıb. Bokçsuya qarşı rəsmi ittiham irəli sürülməsə də, polis orqanları zorlama faktı ilə əlaqədar onun evində hər hansı bir dəlil-sübut tapacağına ümid edir.
Polisin məlumatına görə, bu məsələdə zərərçəkənlərdən biri artıq Taysona qarşı ifadə verib. Evdə aparılan axtarış isə bu məsələdə kimin haqlı olacağına aydınlıq gətirəcək ilk addımdır. Odur ki, boksçu hələ həbs edilməyib.
|