Kriminal

Ana səhifə
Xəbərlər xətti
Xəbər
Şərh
Siyasət
Firqələrdə
İş günü
Mədəniyyət
Əyləncə
Kriminal
İdman
Ulduz falı
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#119(343)
"Avtoritet" məhkəmə qarşısında
16 məktəbin direktoru qəzetə qarşı iddia qaldırıb

Yasamal rayonunun bir qrup təhsil işçisi "Avtoritet" qəzetinə qarşı Yasamal Rayon Məhkəmsində iddia qaldırıb. Dünən hakim Fəxrəddin Ağamirzəyevin sədrliyi ilə məhkəmə prosesinə "start" verildi.
Təhsil işçiləri iddia ərizəsində bildirirlər ki, qəzetin müxtəlif tarixlərdə çıxan 7 cayını oxuyarkən xeyli təəccübləniblər. Məqalələr müəllimlərin hiddətinə səbəb olub. Səbəbini isə iddia ərizəsində belə izah ediblər: "Avtoritet" adı altında keçən əsrin lap əvvəllərindən qoçuluq, quldurluqla, qatı cinayətlə məşğul olan insanların haqqında ondan-bundan eşitdiklərini səriştəsiz adamlar qələmə alır, gənclərə təbliğ edirlər. "Müəllimlər hesab edirlər ki, bu mətbu orqan yeniyetmələrin, gənclərin tərbiyəsini pozur, onlara qəhrəmanlıq adı altında quldurluq aşılayır. İddia ərizəsində qəzetdə dərc edilən məqalə müəlliflərinin KİV haqqında qanunun 10 və 60-cı maddələrinin tələblərini pozduğu da qeyd edilib. Məhz bu səbəbdən də təhsil işçiləri tələb edirlər ki, "Rakurs" ("Avtoritet") qəzeti fəaliyyətini dayandırmalıdır.
Ərizənin sonunda yuxarıda göstərilənləri əsas tutan təhsil işçiləri məhkəmədən xahiş ediblər ki, Mülki Prosessual Məcəllənin 149-151-ci maddələri ilə "Rakurs" qəzetinin fəaliyyəti və nəşrinə son qoyulsun.
Qeyd edək ki, ərizəyə yalnız Yasamal rayonunda yerləşən 16 məktəb direktoru imza atıb. Dünənki prosesin əvvəlində cavabdeh tərəf öz vəsatətini məhkəməyə təqdim etdi. Vəsatətdə iddia ərizəsinə imza atan şəxslərin adları, onların poçt ünvanları və əlavə edilən sənədlərin siyahısı göstərilməyib. Bununla da CM-nin 149.2.2, 149 2.5 maddələri pozulduğundan ərizə geri qaytarılmalıdır. Belə olan təqdirdə qəzetin baş redaktoru İlqar Əlfioğlu müdafiəçiyə ehtiyacı olduğunu və buna görə də məhkəmənin təxirə salınmasını tələb etdi. İddiaçı tərəf baş redaktorun tələbini haqlı sayaraq, vəkil tutmaq üçün müddət verilməsi ilə razılaşdılar. Məhkəmə işində oktyabrın 4-nə kimi fasilə elan etdi.

9-cu Polis Bölməsinin rəisinə xəsarət yetirilib

Sentyabrın 26-dan 27-nə keçən gecə Səbayel rayonundakı Əziz Əliyev küçəsində baş verən qarət hadisəsinin sonu Səbayel Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin rəisi Zakir Əhmədovun xəsarət almasıyla yekunlaşıb.
Belə ki, həmin gün İngiltərə vətəndaşı Ceyn Spilad Borojeyə 2 nəfər Bakı sakini basqın edib. Onlar soyuq silahla əcnəbiyə hədə-qorxu gələrək, pul tələb ediblər. Lakin cinayətkarların doğma dilimizdə etdikləri hədələri İngiltərə vətəndaşı başa düşmədiyindən naəlac qalıb onun "Nokia" markalı mobil telefonunu qarət ediblər. Hadisə yerindən qaçan quldurlar barədə 9-cu Polis Bölməsinə məlumat daxil olub. Bölmə rəisi Zakir Əhmədovun rəhbərliyilə əməliyyat-axtarış qrupu yaradılıb. Polis əməkdaşları cinayətkarları təqib etməyə başlayıblar və bir saatdan sonra onları "VAZ-21011" markalı maşına əyləşərkən yaxalayıblar. Lakin əməliyyat zamanı quldurlar polisə müqavimət göstəriblər və hətta imkan taparaq, bölmə rəisinə xəsarət yetiriblər.
Həbs edilənlərin şəxsiyyəti barədə aldığımız məlumata görə, 1975-ci il təvəllüdlü Nadir Tağıyev Səbayel rayonu Puşkin küçəsində yerləşən 5 saylı evdə yaşayır. O, əvvəllər CM-nin 106-cı maddəsiylə məhkum olunub. Onun həmkarı, 1972-ci il təvəllüdlü Tofiq Mikayılov isə Yasamal rayon sakinidir. CM-nin 145-ci maddəsiylə 8 il həbsxana həyatı yaşayıb. Faktla bağlı Xətai Rayon Prokurorluğunda istintaq aparılır.

Özəlləşdirilməyə aid yeni kitab nəşr olunub
Sözügedən kitab Azərbaycanda bu sahəyə aid olan ilk tədris vəsaitidir

Dünən Azərbaycan Milli Sahibkarlar Konfederasiyasında (AMSK) "Özəlləşdirmə, ictimai və fərdi əlaqələr" adlı kitabın təqdimat mərasimi keçirilib. Kitabın elmi redaktoru AMSK-nın prezidenti Ələkbər Məmmədovdur.
Tədris vəsaiti ABŞ iqtsadçısı E.S.Savaşın kitabından ingiliscədən tərcümə olunub və Azərbaycan dilində özəlləşdirmə sahəsinə aid ilk tədris vəsaitidir. Qeyd edək ki, layihə ABŞ-ın Azərbaycandakı səfirliyi vasitəsilə maliyyələşib. Kitabın tirajı 1000 ədəddir. Ələkbər Məmmədov qeyd edib ki, Azərbaycanda özəlləşdirilmə prosesinə 1995-ci ildən başlanılmasına baxmayaraq, bu günədək dövlət əmlakının yalnız 45 faizi, o cümlədən 30 min kiçik və orta müəssisə, həmçinin 1000-dən çox orta müəssisə özəlləşdirilib. Bu vaxta qədər respublikada özəlləşdirilmə sahəsinə aid heç bir tədris vəsaiti olmayıb.
Qeyd edək ki, kitabda müxtəlif ölkələrdə, xüsusilə ABŞ-da aparılan özəlləşdirilmə prosesi barədə geniş informasiya verilib.

Copyright©by Media LTD,2001

©WEB Design Group Media Ltd