Əyləncə

Ana səhifə
Xəbərlər xətti
Xəbər
Şərh
Siyasət
Firqələrdə
İş günü
Mədəniyyət
Əyləncə
Kriminal
İdman
Ulduz falı
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#119(343)
Aygün əməliyyatdan qayıdıb
Fatimə əsgərlər üçün oxudu
Çünki vətənini çox sevir

"Rio Grand" Prodüsser Mərkəzinin təşəbbüsü ilə ötən gün Silahlı Qüvvələrin Təlimi və Tədrisi Mərkəzində əsgər və zabitlər üçün xeyriyyə konserti təşkil olundu. Ötən saylarımızda gənc müğənni Fatimənin bu qurumla işbirliyi yaratmaq istədiyi barədə məlumat vermişdik.
Bu istəyin reallaşmış nəticəsi olaraq, ötən gün Fatimə hərbçilərə öz mahnılarını təqdim etmək məqsədilə sözügedən tədris mərkəzinə təşrif buyurmuşdu. Mərasimi giriş sözü ilə açan polkovnik-leytenant Əli Məmmədov konsertin əlamətdar bir hadisə münasibətilə keçirildiyini söylədi: "Dünya standartlarına uyğun şəkildə yaradılmış Bakı Ali Hərbçilik Məktəbində təhsil alan və Azərbaycan Milli Ordusu tarixində ilk dəfə olaraq, leytenant rütbəsinə layiq görülən gənclərimiz bura təhsillərini davam etdirməyə gəliblər. Bu konsert proqramı da onların şərəfinə təşkil edilib".
Əli Məmmədov ürək sözlərini tamaşaçı-əsgərlərə dedikdən sonra gənc müğənni "Fatimə şou-balet"inin müşaiyəti ilə səhnəyə çıxdı. Demək olar ki, repertuarında olan bütün mahnıları ifa etdikdən sonra Fatimə "O gecə", "Günahsız məhəbbət", "Yuxularda görüşərik", "Qayğısız ada" mahnılarına çəkilmiş kliplərini də əsgər və zabitlərə nümayiş etdirdi. Mahnılarından əvvəlki çıxışında Fatimə vətənini çox sevdiyini dedi. O, "Mən Allahımı və Vətənimi sevən bir insanam. Uğurlarıma görə də xalqıma borcluyam" sözləri ilə xeyriyyə konsertinə başladı. Müğənni sözləri Yusif Ağayeva, musiqisi isə İsa Məlikova məxsus olan "Mən sənsizəm" mahnısını da ilk dəfə olaraq, bu konsertdə səsləndirdi. "Rio Grand" Prodüsser Mərkəzinin direktoru və baş prodüsseri Nigar Hacızadənin verdiyi məlumata görə, Fatimə bu yaxınlardan başlayaraq, sözügedən mərkəzlə daimi əməkdaşlıq etməyə başlayıb. "Fatimənin Silahlı Qüvvələrin Təlimi və Tədrisi Mərkəzində əsgər və zabitlər üçün verdiyi xeyriyyə konsertini də əməkdaşlığın ilk nəticəsi hesab etmək olar. Bundan sonra da bir sıra yeni layihələrimizi həyata keçirmək niyyətindəyik. Bu yaxınlarda Fatimənin yeni diski mərkəzimiz tərəfindən yazdırılacaq", - deyə Nigar xanım bildirdi.

Nisə, "sən kimsən?" Bir-iki günə hər şey aydınlaşacaq

Ötən həftə Nisə Qasımovanın "Şuşa" kinoteatrında verdiyi xeyriyyə konsertindən əldə edilən vəsait bütünlüklə Şüvəlandakı 5 nömrəli xəstəxananın hesabına köçürüldü.
Xeyriyyəçiliklə yanaşı daha bir neçə layihə nəzərdə tutan müğənni oktyabrın 13-də növbəti təqdimat mərasimi keçirəcək. Təqdim olunan iş isə bir yox, iki yox, üçdür. Nisə xanım "Qayıtsan" adlı yeni albomunun, onun həyatından bəhs edən "Sən kimsən?" sənədli filminin təqdimatını bir günə salacaq. Müğənninin maraqlı, görünməyən tərəflərindən, həyatının qaranlıq məqamlarından danışılacaq "Sən kimsən?" filmi yəqin ki, tamaşaçılarla onu bir az da yaxınlşdıracaq. Bunlarla bahəm Nisə xanım həmin gün İnternetdə açılan saytını da təqdim edəcək. İndi pərəstişkarları onu dünyanın hər yerindən izləyə biləcəklər. Nisə xanımı canlı seyr etmək istəyənlər isə bir azca gözləməli olacaqlar. Belə ki, müğənni oktyabrın sonunda səhnə fəaliyyətinin 30 illiyi münaibətilə "Respublika" sarayında möhtəşəm bir konsert verəcək.

Copyright©by Media LTD,2001

©WEB Design Group Media Ltd