|
#119(343)
|
 |
|
Küveyt deputatları
Vilayət Quliyevlə
görüşüblər
|
Azərbaycanın xarici işlər naziri Vilayət Quliyev ölkəmizdə səfərdə olan Küveyt dövlətinin Azərbaycan-Küveyt parlamentlərarası dostluq qrupunun rəhbəri Camal Hüseyn əl-Ömərin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
V.Quliyev bu səfərin iki dövlət arasında dostluq münasibətlərinin daha da inkişaf etməsinə təkan verəcəyini bildirib. Nazir Ermənistan-Azərbaycan münasibətləri və Dağlıq Qarabağ münaqişəsilə bağlı qonağa bilgi verib. C.Ömər çıxışında ABŞ-da törədilən terror aktlarına toxunaraq bu yöndə beynəlxalq birliyin birgə səylərinin zəruriliyini qeyd edib.
Sentyabrın 29-da günün ikinci yarısından başlayaraq oktyabrın 2-dək Azərbaycan ərazisində qeyri-sabit hava şəraiti olacaq.
Təbii Sərvətlər və Ekologiya Nazirliyi hidrometeoroloji proqnozlar xidmətindən verilən məlumata görə, həmin günlərdə havanın temperaturu 5-7 dərəcə enəcək, rayonlarda yağıntı düşəcək, bəzi yerlərdə intensiv olacaq.
Sentyabrın 29-da axşam yağış yağacağı gözlənilir. Ayın 29-30-da Bakıda və Abşeronda 10-15 m/s gücündə şimal-qərb küləkləri əsəcək, arabir 30 m/s-dək güclənəcək.
Sentyabrın 30-da və oktyabrın 2-də havanın temperaturu Bakıda və Abşeronda 19-23, mərkəzi aran rayonlarında 20-25, dağ rayonlarında 12-17 dərəcə isti olacaq.
|
Şverdnadzenin
Bakıya səfəri dəqiqləşdi
|
Prezident Heydər Əliyevin dəvəti ilə və əldə olunmuş razılaşmaya əsasən, Gürcüstan prezidenti Eduard Şevardnadze sentyabrın 29-da Azərbaycana rəsmi səfərə gələcək. Bu barədə məlumatı Azərbaycan Respublikası prezidentinin mətbuat xidməti verib.
Bundan əvvəl xəbər verildiyi kimi, səfər zamanı "Şahdəniz" yatağından Türkiyəyə qaz nəqli layihəsinin reallaşması çərçivəsində Azərbaycan və Gürcüstan arasında tranzit sazişi imzalanmalıdır. Sazişə dair bütün mübahisəli məsələlər artıq həll edilib. Gürcüstanın xarici işlər naziri İrakli Menaqarişvilinin dediyinə görə, saziş hər iki ölkənin maraqlarına cavab verir və layihəni rentabelli edir.
|
Heç bir əməliyyat olmayacaq
|
"Rusiya Gürcüstan ərazisində heç bir hərbi əməliyyat həyata keçirməyi planlaşdırmır və hadisələrin bu məcraya yönələcəyindən söhbət belə gedə bilməz". Rusiya Federsiyasının Avropa Şurasındakı səfiri Aleksandr Lavrov dünən Strasburqda gürcüstanlı həmkarı Lana Qaqaberidze və AŞ-nin baş katibi Valter Şvimmerlə görüdə belə deyib. Səfir bildirib ki, Rusiya Gürcüstanın ərazi bütövlüyünü tanıyır və ona hörmət edir.
|
Zaqatala hadisələrinə görə
21 nəfər tutulub
|
Zaqatalada baş verən hadisələrlə bağlı indiyədək həbs edilənlərin sayı 21 nəfərdir. Daha 12 nəfər isə axtarışdadır. Onların bəzisi Rusiya ərazisindədir. Bu xəbəri "Turan" Hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən yayıb.
Saxlananlar bu yay Zaqatala-Balakən regionunda daxili qoşun bölmələrinə silahlı basqında, Şeyx Şamilin büstünün partladılmasında, Polis İdarəsinin atəşə tutulmasında iştirakda şübhəli bilinir. Hadisələr nəticəsində beş polis əməkdaşı yaralanıb, daxili qoşunların bir zabiti həlak olub.
|
İran ABŞ-a yardım
göstərməyəcək
|
İranın dini rəhbəri Ayətullah Xamneyi bildirib ki, ABŞ Əfqanıstana hərbi müdaxilə edərsə, İran ABŞ-a və müttəfiqlərinə heç bir kömək göstərməyəcək. Bu xəbər Bütöv Azərbaycan Birliyinin (BAB) mətbuat xidmətindən verilib.
Mənbənin məlumatına görə, Xamneyi ABŞ-ın terrorizmə qarşı mübarizəyə başçılıq etmək istəyinin təmiz niyyətindən irəli gəlmədiyini söyləyib. Xamneyi bununla bağlı ABŞ-ın rəhbərliyi altında terrora qarşı keçirilən əməliyyatlarda İranın iştirak etməyəcəyini bildirib və bu mübarizənin BMT-nin başçılığı altında getməsinin vacibliyini bildirib.
|
Qərargah rəisləri qapalı
görüş keçiriblər
|
Moskvada MDB ölkələri Silahlı Qüvvələr qərargahları rəisləri komitəsinin bağlı qapı arxasında birgünlük yığıncağı keçirilib.
Rusiya KİV-i MDB ölkələri hərbi əməkdaşlıq koordinasiyası qərargahının mətbuat xidmətinə istinadən bildirib ki, baş qərargah rəisləri terrorizmlə mübarizə məsələlərini müzakirə edib. Xüsusilə, görüş iştirakçıları birgə təlimlərin keçirilməsi, hərbi bölmələrin hazırlanması üçün hərbi poliqonlardan istifadə imkanlarına toxunub.
Görüşdə Azərbaycanı Silahlı Qüvvələr Baş Qərargah rəisi Nəcməddin Sadıqov təmsil edib.
|
Ankara hərbi
layihələri
reallaşdırır
|
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı 6 hərbi layihənin realizə edilməsi prosesini sürətləndirmək qərarına gəlib. Xatırladaq ki, bu ilin fevralında Türkiyə hökuməti ölkədəki iqtisadi böhranla bağlı 19,5 milyard dollar dəyərində olan 30-a yaxın proqramın dondurulması haqqında sərəncam vermişdi.
|
K.Annan Nobel mükafatına layiq görülə bilər
|
Beynəlxalq Nobel Sülh mükafatına kimin layiq görülməsi məsələsi bu gün Osloda bağlı qapılar arxasında keçiriləcək yığıncaqda həll olunacaq. Alfred Nobel Fondunun qərarı oktyabrın 12-də elan olunacaq. Yığıncağın nəticələrinin oktyabrın ortalarında elan olunması mükafatın təsis edilməsinin 100 illiyi münasibətilə bağlıdır. 136 namizəd arasında Avropa İnsan Haqları Komissiyası, Beynəlxalq Qızıl Xaç Komitəsi və FİFA kimi qurumların adı da var. Beynəlxalq Sülh və Demokratiya İnstitutunun başçısı Stoyn Tonnes bəyan edib ki, ən real namizədlər arasında BMT Baş katibi Kofi Annan və Roma Katolik kilsəsinin başçısı İkinci İohann Pavelin adları daha çox çəkilir.
MDB hökumət başçılarının bu gün Moskvada keçiriləcək toplantısında terrorizmlə mübarizə sahəsində əməkdaşlığın genişləndirilməsi və birlik ölkələri arasında iqtisadi münasibətlərin tənzimlənməsi məsələləri diqqət mərkəzində olacaq. Forumda MDB dövlət başçılarının təşəbbüsü ilə yaradılan Antiterrorizm Mərkəzinin fəaliyyətinin maliyyələşdirilməsi məsələsinin müzakirə olunacağı və konkret qərarın qəbul ediləcəyi gözlənilir. Sammitin nümayəndəliyinə 20-yə yaxın məsələ daxil olub. Hökumət başçıları ayrıca olaraq M.V.Lomonosov adına Moskva Dövlət Universitetinə MDB ölkələrinin fundamental elmlər sahəsində kadrların hazırlanması məqsədilə xüsusi statusun verilməsi məsələsini müzakirə edəcəklər.
Ermənistanın energetika naziri Karen Qalustyanın verdiyi məlumata görə, Metsamor Atom Elektrik Stansiyası Rusiya Federasiyasının "etibarlı" idarəçiliyinə veriləcək. Nazirin sözlərinə görə, bu barədə razılıq Rusiya prezidenti Vladimir Putinin Ermənistana səfəri zamanı əldə olunub.
Hazırda AES-in Rusiyaya hansı şərtlərlə verilməsi mexanizmi üzərində gərgin iş aparılır. Qalustyan Metsamor AES-nin Rusiyanın ixtiyarına verilməsini stansiyanın istismarı üçün zəruri olan yanacağın alınmasına tələb olunan maliyyə çatışmazlığı problemi ilə heç bir əlaqəsi olmadığını bildirib. Lakin Rusiya mənbələri iddia edir ki, Ermənistanın Rusiyaya çoxlu yanacaq borcu var.
Məlumat üçün deyək ki, Metsamor AES-i vaxtilə Sovet Ermənistanın unikal sənaye obyektlərindən biri hesab olunurdu. Səksəninci illərin sonlarında millətçilər hökumətin Moskva ilə əlaqələrini zəiflətmək üçün stansiyanın bağlanması tələbi ilə çıxış etməyə başladılar. Siyasətçilərin "Bizə ikinci Çernobıl lazım deyil" şüarı stansiyanın fəaliyyətinin dondurulması ilə nəticələndi. 90-cı illərin ortalarında rəsmi Yerevan ölkədəki total enerji qıtlığı problemini bəhanə gətirərək AES-in fəaliyyətini bərpa etdi. Qeyd etmək lazımdır ki, Ermənistan ekoloji cəhətdən təhlükəli sayılan stansiyanın radioaktiv tullantılarını Azərbaycanın işğal olunmuş ərazilərində basdırır. Onsuz da nəhəng obyektin saxlanılması və zəruri yanacaqla təchizi üçün Ermənistanın maliyyə imkanları yoxdur. Cənab Qalustyan bu amilin mühümlüyünü inkar etsə də, reallıq bütün təkzibləri kölgədə qoyub.
|
Moldovada
"Hizbullah" izi
|
Moldovanın təhlükəsizlik və informasiya xidmətinin müdiri Valeriy Pasat ölkə parlamentində çıxış edərkən bildirib ki, "Hizbullah" və "Həmas" təşkilatlarının yüksək rütbətli emissarları qiyamçı Dnestryanı bölgənin hərbçiləri ilə işgüzar əlaqəyə girərək döyüş sursatı əldə etməyə səy göstəriblər. Pasat deyib ki, Dnestr çayının o tayında terrorçu təşkilatların hər hansı bir fəaliyyəti aşkar olunmayıb. Lakin son zamanlar əcnəbilərin Moldovaya müşahidə olunan kütləvi axını ölkədə kriminogen vəziyyətin kəskinləşməsinə səbəb olub. On bir min mühacir ordusunun əksəriyyətini İran, İraq, Suriya, Sudan və Əfqanıstan kimi ölkələrin vətəndaşları təşkil edir.
Pasatın fikrincə, xaricilərin arasında Moldovaya xüsusi tapşırıqla gələnlər də var. Dnestryanı bölgədəki hərbiləşmiş dəstələrin ixtiyarında olan külli miqdarda silah-sursat istənilən vaxt terrorçulara satıla bilər. O ehtiyat edir ki, Moldova öz ərazisinə nəzarət etmək iqtidarında olmayan ölkə kimi ətraf aləmdən təcrid olunması perspektivi ilə üzləşə bilər.
|
Tacikistan ABŞ-a:
"Bizdən öyrənin!"
|
Tacikistan müdafiə naziri Şirəli Xeyrullayev ABŞ-ın bu ölkədəki səlahiyyətli nümayəndəsi Ceyms Baunerlə söhbətində deyib ki, Vaşinqton terrorla mübarizə sahəsində Düşənbənin təcrübəsindən yararlana bilər. Görüş zamanı tərəflər beynəlxalq terrorçuluqla mübarizə məsələləri, əfqan problemi və təhlükəsizlik tədbirlərini müzakirə ediblər.
Türkiyə Böyük Millət Məclisi (TBMM) ölkə konstitusiyasının növbəti bəndlərində dəyişikliklər aparıb. Sonuncu iclasda 37 maddəlik dəyişikliklər paketinin daha üç maddəsi - 20, 21 və 22-ci maddələrə əsasən sosial-iqtisadi məsələləri əhatə edən və bu sistemi Avropa standartlarına uyğunlaşdıran bəndlər əlavə edilib. Millət vəkilləri arasında böyük fikir ixtilafları yaratmış "ölüm maddəsi"nin tam ləğvi baş tutmayıb. Bundan sonra ölüm hökmü yalnız "müharibə, müharibə təhlükəsi və terror" hallarında çıxarılacaq. Bu o deməkdir ki, konstitusiyaya dəyişikliklər ölüm cəzasını gözləyən PKK terrorçusu Öcalanı edamdan qurtara bilməyəcək.
|
Tbilisi çeçenləri təhvil verir
|
Gürcüstanın Rusiyadakı səfiri Zurab Abaşidze bildirib ki, Tbilisi ölkə ərazisində yaxalanmış 13 çeçeni Moskvaya təhvil vermək niyyətindədir. Səfirin sözlərinə görə, ekstradisiya prosesinin ləngiməsi Gürcüstan tərəfinin günahı üzündən baş verməyib, sadəcə olaraq, ölkələrin prokurorluq orqanları cinayətkarların identifikasiyasını vaxtında həyata keçirə bilməyiblər.
ABŞ prezidenti Corc Buş Qazaxıstan rəhbəri Nursultan Nazarbayevlə telefon danışığında deyib ki, Pentaqon hərbi əməliyyatları tələsik həyata keçirmək niyyətində deyil. Öz növbəsində Nazarbayev də ölkəsinin cavab əməliyyatlarını "sözdə yox, əməldə" dəstəkləməyə hazır olduğunu, amma bu mübarizənin sivilizasiyalararası toqquşma səviyyəsinə qaldırılmasının yolverilməz olduğunu deyib.
|
ABŞ ordusu Pakistana gəlməyəcək
|
Dünən İslamabadda Pakistan və ABŞ arasında terrorçuluqla mübarizə sahəsində razılaşma imzalanıb. ABŞ və Pakistan hərbi nümayəndələrinin iki gün davam edən məxfi danışıqlarından sonra İslamabadın rəsmi nümayəndəsi Amerika əsgəri birləşmələrinin artıq Pakistanda olması haqda xəbərləri təkzib edərək Vaşinqtonla əməkdaşlığın yalnız informasiya sahəsində mümkün olduğunu deyib. Hökumət nümayəndəsi deyib ki, "ABŞ ordusu və təyyarələri Pakistan ərazilərinə heç vaxt buraxılmayacaq".
|
Hikmətyar Annana məktub yazıb
|
Mühacirətdə olan Əfqanıstan siyasətçisi və hərbi komandiri Gülbəddin Hikmətyar BMT baş katibi Kofi Annana məktub yazıb. Hikmətyar antiterror əməliyyatlarının yalnız BMT missiyası çərçivəsində aparılmalı olduğunu, ölkənin dövlət quruluşuna müdaxilənin yolverilməzliyini təsdiqləyib. Hazırda İranda yaşayan Hikmətyar ABŞ-ın Talibanı devirmək planlarını Sovet İttifaqının Əfqanıstana məlum müdaxiləsi, Bəbrək Karməlin hakimiyyətə gətirilməsi və uzunmüddətli müharibə siyasəti ilə müqayisə edib.
|
Yerevan ABŞ-a hava koridoru verir
|
Ermənistan prezidentinin mətbuat katibi Asmik Petrosyan deyib ki, bu ölkə özünün hava məkanını ABŞ təyyarələrinin uçuşu üçün açıq elan edib. Ermənistan rəhbərliyi bu qərarı ABŞ-ın xahişindən sonra qəbul edib.
|