Ana sehife

ULDUZ FALI  
(29 Sentyabr)
Qoç 21 mart - 20 aprel
Buğa 21 aprel - 20 may
Əkizlər 21 may - 21 iyun
Xərçəng 22 iyun - 22 iyul
Şir 23 iyul - 23 avqust
Qız 24 avqust - 23 sentyabr
Tərəzi 24 sentyabr - 23 oktyabr
Əqrəb 24 oktyabr - 22 noyabr
Oxatan 23 noyabr - 21 dekabr
Oğlaq 22 dekabr - 20 yanvar
Dolça 21 yanvar - 20 fevral
Balıqlar 21 fevral - 20 mart


Qoç
[21 mart - 20 aprel]

Aries Gücünüz çox yüksəkdir. Qabiliyyət və bacarığınız artan xətt üzrə inkişaf edir. Həssaslığınıza söz ola bilməz. Bədxahların qəfil maneələri vaxtınızı və əsəblərinizi korlayır, məqsədə çatmağa imkan vermir. İşlərinizdə ciddi olun. Eşitdiyiniz xəbərlərə etibar etməyin.

Buğa
[21 aprel - 20 may]

Taurus Fikriniz qəfil dəyişəcək, macəra və avantüralara qoşulacaqsınız. Elə bir hadisə baş verə bilər ki, onun öndəri olarsınız. Həyatınızda baş verən hadisələrin xeyirli və ya ziyanlı olmasını indidən söyləmək asan deyil, zaman göstərər. Əlamətləri mənalandırmağı bacarın.

Əkizlər
[21 may - 21 iyun]

Gemini Həyatınızda baş verən dəyişikliyi uğurlu məcraya yönəltməyi bacarın. Ancaq ağıllı hərəkətlər etməyə çalışın. Dərmandan itsifadədən birdəfəlik imtina edin. Hadisələrə təcrübənizdən yanaşın. Səhvlər buraxmayın. Sizi aldada bilərlər.

Xərçəng
[22 iyun - 22 iyul]

Cancer Uğursuzluqlar arxada qalıb, qismən əldən buraxdıqlarınızı qaytarmaq şansınız var. Həyatınızda çalışdığınız dəyişiklik və yenilikləri edə biləcəksiniz. Onları həyata keçirmək üçün bundan yaxşı şərait ola bilməz.

Şir
[23 iyul - 23 abqust]

Leo Gücünüz çoxdur. Ətrafınızda baş verənlərin mahiyyətinə varmağa çalışın. Bu xasiyyətinizlə qarşınıza çıxan ən çətin vəziyyətlərdən də baş çıxara biləcəksiniz. Bədxahların diqqətlə hazırladığı planları vurub dağıdacaqsınız.

Qız
[24 avqust - 23 sentyabr]

Virgo Ünsiyyətlərdə diqqətli olun. Yaxın adamla alınan uyğunsuz ovqat başqaları ilə münasibətlərinizə də mənfi təsir edə bilər. Mübahisə etməyin, bundansa narazılığınızı açıq şəkildə bildirin. Təcrübələrinizdən istifadə edin. Yaxşı tanımadığınız adamla ehtiyatlı olun.

Tərəzi
[24 sentyabr - 23 oktyabr]

Libra Özünüzü yaxşı hiss edirsiniz. Ruhi tarazlığınızı tənzimləyirsiniz. İş yoldaşları ilə münasibətiniz normal və səmimi alınacaq. Qəzəbli olmayın. Bu, ətrafınızdakıları sizə qarşı qaldırar. Doğmalarınızla mehriban münasibətə ehtiyacınız var.

Əqrəb
[24oktyabr - 22 noyabr]

Scorpio Özünüzü dedi-qodudan gözləyin. Heç kəsə üz verməyin. Boş danışıqlarda iştirak etməyin. Vəziyyətə nəzarəti gücləndirin. Vacib qərarlar verməkdən çəkinin. Həyatsevərliyiniz və təlqin gücünüz hamını, yaxşı mənada, təəccübləndirəcək. Yeni dostlar tapacaqsınız.

Oxatan
[23 noyabr - 21 dekabr]

Sagittatius Əməlinizdən sonra peşman olsanız da, bu, sizdən asılı deyil, kimi lazımdırsa, sancacaqsınız. Heç olmazsa, sonradan səhvlərinizi etiraf edin. İstəklinizlə münasibətlər böhran həddindədir. Dostlarınızla görüşlərdə problemlərinizdən danışsanız yaxşıdır.

Oğlaq
[22 dekabr - 20 yanvar]

Capricorn Yeni tanışlıqlar üçün uğurlu vaxtdır. Qırılmış münasibətləri bərpa edəcəksiniz. Bu münasibətlər maddi vəziyyətinizin düzəlməsinə yardımçı olacaq. İşlərinizdə dalğınlığınız ucbatından xeyli səhvlər buraxacaqsınız ki, sonradan onu düzəltmək çətin olacaq.

Dolça
[21 yanvar - 20 fevral]

Aquarius Gücünüz azalmağa doğru gedir, odur ki, özünüzü yormamağınız məsləhətdir. Səfərdən bir fayda yoxdur. İşdə səhvləriniz, yanlış hesablamalarınız ucbatından əziyyət çəkəcəksiniz. Xəbərlərdən şaşıracaqsınız. Səhhətinizlə bağlı problemləriniz olacaq.

Balıqlar
[21 fevral - 20 mart]

Pisces Düşündüklərinizi həyata keçirəcəksiniz. Maddi durumunuz yaxşılaşacaq. Vəzifə borclarınızı ödəyəcəksiniz. Yaxın adamlarla münasibəti yaxşılaşdıracaqsınız. İşlərinizdəki səliqə-səhmanla hamını yaxşı mənada təəccübləndirəcəksiniz.



 
Copyright © by Media LTD,2001 E-mail