#195(615) ULDUZ FALI
Ana səhifə

Xəbər xətti

Xəbər

İc siyasət

Şərh

İş günü

Mədəniyyət

İdman

ULDUZ FALI

Sabotage

İNTERAKTİV
Internet-poçt

Redaktora məktub

Qəzet haqqında

 27 Avqust
 
Aries Qoç [21 mart - 20 aprel]
Səhhətinizin qayğısına qalın. Əsəbiləşmək, özündən çıxmaq qətiyyən yaramaz. Danışdıqlarınızın fərqinə varın. Ən yaxın adamlarınızı özünüzdən incik sala bilərsiniz. Çalışın onların təkliflərinə müsbət cavab verəsiniz.
 
Taurus Buğa [21 aprel - 20 may]
"Məsləhətli don gen olar" deyiblər. Odur ki, yaxın adamların ağıllı məsləhətlərini diqqətlə dinləyin. Amma öz ağlınızla da ölçüb-biçin. Şəraitə uyğun olaraq, sizə sərfəli məqamlardan faydalanmağa çalışın.
 
Gemini Əkizlər [21 may - 21 iyun]
Bəyənmədiyiniz, gücünüzü göstərə bilmədiyiniz bu günlərdə istəklinizin xətrinə dəyib onu acılamayın. Münasibətləri bərpa etmək sonra çox çətin olur, hisslərinizi öldürmək heç bir tərəfə xeyir gətirməz. Səhhətinizdən muğayat olun. Ürəyinizi çox gücə salmayın. Fiziki işlə məşğul olun.
 
Cancer Xərçəng [22 iyun - 22 iyul]
Gizli maliyyə imkanları aşkar edəcəksiniz. İnsanları hər hansı bir məsələdə maraqlandırıb, işə yönəldə bilmək bacarığınız sizi bir çox problemlərdən azad edəcək. İradəniz və xeyirxahlığınızla fəxr edə bilərsiniz.
 
Leo Şir [23 iyul - 23 avqust]
Məlahətiniz birə-beş artıb. Sizin cazibəniz hamını valeh edir. Gücünüzə güvənməklə yanaşı, dilinizin də yiyəsi olun. Mehriban danışın, səmimilik göstərin. Sizə qayğı və məhəbbətlə yanaşan kəsləri özünüzdən incik salmayın. Unutmayın - onlar sizə inanmasalar, yaxınlaşmazdılar.
 
Virgo Qız [24 avqust - 23 sentyabr]
İşlərinizə əməlli-başlı baş qoşsanız, qaydasında gedəcək. Yox, əgər başqalarının problemlərini özünüzə dərd edib, işlərinizi başlı-başına buraxacaqsınızsa, heyif əziyyətinizə. Özünüzü lazım olmadığı təqdirdə niyə gərginləşdirəsiniz? Onsuz da heç kimə ürəyi istəyən qədər kömək edə bilməyəcəksiniz. Odur ki, bir az da özünüz üçün yaşayın.
 
Libra Tərəzi [24 sentyabr - 23 oktyabr]
Qarşıya qoyduğunuz bütün məsələləri asanlıqla həll edə biləcəksiniz. Bu, sizin imkanlarınız daxilindədir. Özünüzə inamlı olun. Bunun üçün dözümünüz, insanlarla münasibətlərdən baş çıxarma qabiliyyətiniz karınıza çox gələcək. Vəziyyətə uyğun hərəkət etməyə çalışın.
 
Scorpio Əqrəb [24 oktyabr - 22 noyabr]
Son vaxtlar həyatınızda baş verən tufan və qasırğalar bir qədər azalıb. İndi özünüzü həmişəkindən daha rahat və arxayın hiss edirsiniz. Bir qədərdən sonra günahın cazibəsinə düşmək ehtimalları da olacaq, özünüzü gözləyin. Tövbə edib, birdəfəlik pis əməllərdən çəkinin.
 
Sagittarius Oxatan [23 noyabr - 21 dekabr]
Sizə mane olan qüvvələr gözlənilmədən yardımçınıza çevriləcək. Bu, nə qədər təəccüblü olsa da, unutmayın ki, insanlar hər məqamda pis olmur. Ona görə də hamını ağ və ya qara rəngdə görmək düz deyil. İşıqlı rəngləri də görün.
 
Capricor Oğlaq [22 dekabr - 20 yanvar]
Başqalarından gizlədiyiniz sirləri yenə də heç kəsə deməyin. İşlərinizi təkcə öz bildiyiniz istiqamətdə aparmayın. Tanımadığınız adamlara etibar edib onlara görüş vədləri verməyin. Sevgilinizlə unudulmaz anlar yaşayacaqsınız.
 
Aquarius Dolça [21 yanvar - 20 fevral]
Öhdənizə çox iş düşür. Bir-birinə dəxli olmayan, bir-birindən uzaq məsələləri həll etməli olursunuz. Əsasən, ikinci dərəcəli məsələləri bir-birindən ayırmağı bacarın. Həyatın nəbzini düzgün tutun.
 
Pisces Balıqlar [21 fevral - 20 mart]
Ürəyinizə damanlar bir qayda olaraq, düz çıxır. Bu dəfə isə yanıla bilərsiniz. Səmimilik göstərin. Deyingən olmayın. Hər şeydə xırdaçılıq etməyin. Daha böyük ideyalar uğrunda çalışın.

Copyright©by Media Holding,2000-2002

©WEB Design Group Media Holding