#14(991) ULDUZ FALI
Ana səhifə

Xəbər xətti

Son xəbər

Gündəm

Aktual

İç siyasət

Dünya

Müsahibə

İş həftəsi

Kriminal

Zəriflik

Mədəniyyət

Sərbəst

Təəssürat

Qiraət

Ədəbiyyat

Arena

İdman

Təqvim

Əyləncə

Ulduz falı

Arxiv

İNTERAKTİV
Internet-poçt

Redaktora məktub

Qəzet haqqında

10-16 aprel 2004-cü il
Qoç || Buğa || Əkizlər || Xərçəng || Şir || Qız || 
Tərəzi || Əqrəb || Oxatan || Oğlaq || Dolça || Balıqlar
 
Aries Qoç [21 mart - 20 aprel]

Əsəb gərginliyi keçirəcəksiniz, anlaşılmazlıqdan doğan mübahisələri daha da qızışdırmayın. Ərk etdiyiniz adamlarla kəskin danışmayın. Maliyyə çətinlikləri sizi haldan çıxarıb, yaxın vaxtlarda bu problem də həll olunacaq. İndi ancaq sakit olmalı, mehriban görünməlisiniz.
Taurus Buğa [21 aprel - 20 may]

Səs tellərinizi qoruyun, ucadan danışmayın. İstənilən işin arxasınca səhər tezdən gedin. Günün ikinci yarısını gücünüzü bərpaya həsr edin. Boş şeylərə görə ətrafınızdakı adamlardan inciməyə dəyərmi? Pul alacaqsınız.
 
Gemini Əkizlər [21 may - 21 iyun]

Özünüzü təkmilləşdirməklə məşğul olun. Sənətinizin imkanlarından istifadə edin. Tənbəlləşməyin. Uğurlu günlərdir. Məclisdə olacaqsınız. Özünüzü vəziyyətə uyğun aparın, başqalarından fərqlənməyə çalışın.
 
Cancer Xərçəng [22 iyun - 22 iyul]

Heç kəsdən kömək gözləməyin. Öz gücünüz və intellektiniz sizi ən çətin vəziyyətlərdən belə xilas edə bilər. Gücünüzə inanın. Ümumi çətinlikdən usanmayın. Səhhətinizə fikir verin. Həzm edə bilməyəcəyiniz qidaya yaxın durmayın.
 
Leo Şir [23 iyul - 23 avqust]

Öz hücrənizdə əyləşib hamıya yuxarıdan aşağı baxmaq əvəzinə qarşıdakı münaqişə vəziyyətinə hazır olun. Maliyyə çətinliyi, adamların öz problemlərilə sizi yükləməsi, gücünüzdən səmərəli istifadə etməməniz, yavaş-yavaş özünü göstərir.
 
Virgo Qız [24 avqust - 23 sentyabr]

Ailə problemləri kifayət qədər çox məxaric tələb edir. Yaşlı qohumlarınız sizdən narazılıq edəcəklər. Öhdənizə əlavə iş götürməyə məcbur olacaqsınız. İşdəki nasazlığı düzəldəcəksiniz, ancaq ilk növbədə, ailədəki vəziyyəti bərpa edin.
 
Libra Tərəzi [24 sentyabr - 23 oktyabr]

Yaxın adamla münasibətləriniz sınağa çəkiləcək. Hissləriniz gah yüksələcək, gah da enəcək. Bu da, ovqat dəyişikliyi və əsəb gərginliyi yaradacaq. Düzgün iş rejimi tərtib edib, yarımçıq qoyduğunuz məsələlərin həllinə çalışın.
 
Scorpio Əqrəb [24 oktyabr - 22 noyabr]

Evinizə qonaq gələnlər özlərilə tanımadığınız bir nəfəri də gətirəcəklər. Əgər onunla yaxından münasibət qurmaq istəsəniz, bu, uzun zaman çəkəcək perspektivsiz ünsiyyət olacaq. Başqalarının işinə qarışıb, heç kəsə məsləhət verməyin.
 
Sagittarius Oxatan [23 noyabr - 21 dekabr]

Bayram təşkil edin. Ya da dostlarınızın məclisində şadlanın. İlk baxışdan vurulmaq qorxusu var. Təşəbbüsü özünüz ələ alın. Özünüzü işbilən, işgüzar, təşkilatçı kimi göstərin. İşinizin həcmi artacaq. Öhdəsindən gələcəksiniz. Xəbərlərə inanmayın.
 
Capricor Oğlaq [22 dekabr - 20 yanvar]

Keçmişdə buraxdığınız səhvlərin acısını dadacaqsınız. İti zəkanızla mövcud dolaşıq vəziyyətdən çıxacaqsınız. Xoşunuza gəlməyən məsələlər barədə tanışınızla təkbətək danışın, çalışın o, səhvini anlasın. Əgər münaqişə cəmiyyət içində baş verərsə, bu, sizin ziyanınızadır.
 
Aquarius Dolça [21 yanvar - 20 fevral]

Az söz deməklə, çox mətləblər əldə edəcəksiniz. Maliyyə çətinliklərinin aradan qalxması üçün şərait yaranıb. Evdən kənarda qısa müddətdə vəzifə borclarını yerinə yetirməli olacaqsınız. Çalışın yoldaşlarınızın qəzəbini qazanmayasınız.
 
Pisces Balıqlar [21 fevral - 20 mart]

İşiniz başınızdan aşacaq, o qədər çox iş təklifləri olacaq ki, bilməyəcəksiniz hansından başlayasınız. Çalışın qısqanclıq hisslərinizi oyatmayasınız. Enerjinizi boş yerə israf etməyin. Təzə xəbər eşidəcəksiniz.

Copyright©by Media Holding,2000-2004

©WEB Design Group Media Holding