#39(1016) ARENA
Ana səhifə

Xəbər xətti

Son xəbər

Gündəm

Siyasət

Aktual

Dünya

Tarix

Araşdırma

İş həftəsi

Kriminal

Ədəbiyyat

Sərbəst

Maraq

İdman

Arena

Əyləncə

Ulduz falı

Arxiv

İNTERAKTİV
Internet-poçt

Redaktora məktub

Qəzet haqqında

"Qarabağ" liderliyini qorudu
İkiqat Azərbaycan çempionu "Şəmkir" isə beşinci məğlubiyyətin acısını yaşadı

Futbol üzrə ölkə çempionatının güclülər dəstəsində 6-cı turun oyunları keçirilib. Keçirilən matçların 5-də meydan sahibləri, 3-də isə qonaqlar qələbəni bayram ediblər.

İmişlinin "MKT-Araz" klubu "Ədliyyə" üzərində qazandığı çətin qələbədən sonra turnir cədvəlinin ilk pilləsini "zəbt" etsə də, bir gün sonra yerini "Qarabağ"a verməli olub. Sumqayıtda "Göyəzən" üzərində inamlı qələbə qazanan "Qarabağ" yenidən birinci pilləyə yüksəlib. Bu matçda Samir Musayev het-trikə imza atıb.
Çempionatda bu günədək məğlubiyyətin nə olduğunu bilməyən "İnter-Bakı" axır ki, uğursuzluqla üzləşib. Paytaxt təmsilçisi gözlənilmədən Qusarda "Şahdağ-Samur"a məğlub olub.
Altıncı tur danılmaz faktı bir daha təsdiqləyib: ikiqat ölkə çempionu "Şəmkir"də tənəzzül davam edir. Dörd oyundur qələbəyə həsrət olan Qəhrəman Əliyevin komandası növbəti dəfə məğlubiyyətin acısını dadıb. Bu uğursuzluqdan sonra Şəmkir klubu turnir cədvəlinin autsayderlərə aid zonasında yer alıb.
"Bakı" legionerlərin hesabına qələbə dalınca qələbə qazanır. Komandanın ötən turlardakı uğurlarında bilavasitə əməyi olan Leandro Qomeş bu dəfə dubla imza atıb. "Şəfa"nın qapısına vurulan qollardan biri isə Fernando Peresin adına yazılıb.
"Kəpəz" - "Karvan" matçı qonaqların böyükhesablı qələbəsi ilə başa çatıb. Zaur Ramazanov bu görüşdə meydan sahiblərinin qapısından 3 top keçirib.
Qurban Qurbanov və Zaur Tağızadə hərəyə bir qol vuraraq "Neftçi"nin növbəti qələbəsini rəsmiləşdiriblər.
Bu turdan sonra çempionatın ən sərrast oyunçuları siyahısında ciddi dəyişiklik baş verib. Son matçda het-trikə imza atan Zaur Ramazanov ("Karvan") bombardirlər siyahısına başçılıq edir - 7 top. Son turda Zaurun uğurunu təkrarlayan Samir Musayev ("Qarabağ") isə ikinci sıradadır - 6 top. "Gənclərbirliyi"nin nigeriyalı legioneri İssa Nikiemanın və "Bakı"nın argentinalı oyunçusu Leandro Qomeşin hesabında beş qol var. Altıncı turun nəticələri ilə tanış olun:

"Turan" - "Şəmkir" - 2:0
Arsen Nikolov, 28; Kənan Kərimov, 88.   

"Ədliyyə" - "MKT-Araz" - 0:1  
Valeh Kərimov, 64.  

"Şahdağ-Samur" - "İnter-Bakı" - 1:0 
Qurban Əliyev, 28.

"Kəpəz" - "Karvan" - 0:3 
Zaur Ramazanov, 25,34,40.

"Şəfa"- "Bakı" - 0:3  
Leandro Qomeş 52, 84; Fernando Peres, 59.

"Neftçi" - "Bakılı" - 2:0  
Qurban Qurbanov 24, Zaur Tağızadə 76.

"Karat" - MOİK - 1:0  
Elvin Nuriyev, 68.  

"Qarabağ" - "Göyəzən " - 4:1
Vadim Vasilyev	30, Samir Musayev 45, 60, 80; 
Mehman Yunusov 20 (avtoqol), Təhmuraz Rzayev, 85.  

Hazırda turnir 
cədvəlində vəziyyət belədir: 

Qarabağ		6	5	0	1	16-6	15
MKT-Araz		6	4	2	0	7-1	14
Karvan		6	4	1	1	11-4	13	
Bakı		6	4	1	1	9-2	13	
Neftçi		6	4	1	1	8-3	13	
Turan		5	3	2	0	10-1	11	
Xəzər-Lənkəran 	5	3	1	1	6-4 	10 
İnter-Bakı		6	2	3	1	5-3	9	
Kəpəz		6	3	0	3	6-9	9	
MOİK		6	2	2	2	5-4	8	
Karat		6	2	2	2	5-9	8
Gənclərbirliyi 	5	2	1	2	9-7	7	
Şahdağ-Samur	4	1	1	2	2-5	4 	
Ədliyyə		6	1	0	5	4-11	3
Bakılı		6	1	0	5	4-13	3
Şəmkir		6	1	0	5	4-9	3
Göyəzən		6	0	1	5	2-8	1
Şəfa		5	0	0	5	3-17	0 

UEFA kuboku: "Gənclərbirliyi"nin dramatik sonluğu

UEFA kuboku uğrunda turnirin birinci mərhələsinin cavab qarşılaşmaları başa çatıb. Tbilisi "Dinamo"sunun növbəti mərhələyə çıxması istisna olmaqla, digər qarşılaşmalar ehtimal olunan sonluqla nəticələnib. İki matçın ümumi nəticəsinə görə, Tbilisi komandası Polşanın güclü "Visla" klubunu yarışlardan kənarlaşdırıb.

Yarışlarda iştirak edən üç Türkiyə komandasından ikisi - "Gənclərbirliyi" və "Trabzonspor" mübarizəni dayandırıb.
Ötən mövsüm analoji yarışlarda "Blekbörn", "Sportinq" və "Parma" kimi tanınmış klublara diz çökdürən "Gənclərbirliyi" tanınmıyan yunan komandasına uduzub. Bu uğursuzluqdan sonra komandanın baş məşqçisi Ərdoğan Arıca vəzifəsindən istefa verib. Əksinə, digər türk klubu "Beşiktaş"ın növbəti mərhələyə vəsiqə qazanması baş məşqçi Visente del Boskenin komandadan ayrılacağı haqda söz-söhbətləri bir qədər arxa plana keçirib.


"Oser" (Fransa) - "Olborq" (Danimarka) - 2:0 (ilk matç - 1:1)	
"Beveren" (Belçika) - "Levski" (Bolqarıstan) - 1:0 (1:1)	
AEK (Yunanıstan) - " Qoritsa" (Sloveniya) - 1:0 (1:1)	
"Bohum" (Almaniya) - "Standart" (Belçika) - 1:1 (0:0)	
"Şatoru" (Fransa) - "Brügge" (Belçika) - 1:2 (0:4)	
"Feyenoord" (Hollandiya) - "Odd Qrenland" (Norveç) - 4:1 (1:0)	
"Bney-Saxnin" (İsrail) - "Nyukasl" (İngiltərə) - 1:5 (0:2)	
"Rapid" (Avstriya) - "Sportinq" (Portuqaliya) - 0:0	(0:2)
"Ostrava" (Çexiya) - "Midlsbro" (İngiltərə) - 1:1 (0:3)	
"Legiya" (Polşa) - "Austriya" (Vyana, Avstriya) - 1:3 (0:1)	
"Benfika" (Portuqaliya) - "Dukla" (Çexiya) - 2:0 (3:0)	
"Ferensvaroş" (Macarıstan) - "Milluoll" (İngiltərə) - 3:1 (1:1)	
"Latsio" (İtaliya) - "Metallurq" (Donetsk, Ukrayna) - 3:0 (3:0)	
"Nasional" (Rumıniya) - "Sevilya" (İspaniya) - 1:2 (0:2)	
"Udineze" (İtaliya) - "Panionios" (Yunanıstan) - 1:0 (1:3)	
"Atletik" (İspaniya) - "Trabzonspor" (Türkiyə) - 2:0 (2:3)	
"Vilyarreal" (İspaniya) - "Hammarbyu" (İsveç) - 3:0 (2:1)	
"Qlazqo Reyncers" (Şotlandiya) - "Maritimu" (Portuqaliya) - 1:0, pen. 4:2 (0:1)
"Bazel" (İsveçrə) - "Terek" (Rusiya) - 2:0 (1:1)
"AZ 67" (Hollandiya) - PAOK (Yunanıstan) - 2:1 (3:2)	
"Yurqorden" (İsveç) - "Utrext" (Hollandiya) - 3:0 (0:4)	
"Alemanniya" (Almaniya) - "Xafnarfyordur" (Farer adaları) - 0:0 (5:1)	
"Elfsborq" (İsveç) - "Dinamo" (Xorvatiya) - 0:0 (0:2)
"Maribor" (Sloveniya) - "Parma" (İtaliya) - 0:0 (2:3)
"Srvena Zvezda" - "Zenit" (Rusiya) - 1:2 (0:4) 
"Amika" (Polşa) - "Ventspils" (Latviya) - 1:0 (1:1)	
"Siqma" (Çexiya) - "Saraqosa" (İspaniya) - 2:3 (0:1)	
"Dinamo" (Buxarest, Rumıniya) - "Partizan" (Serbiya və  Çernoqoriya) - 0:0 (1:3)	
"Liteks" (Bolqarıstan) - QAK (Avstriya) - 1:0 (0:5)	
"Stabek" (Norveç) - "Soşo" (Fransa) - 0:5 (0:4) 
"Braqa" (Portuqaliya) - "Xarts" (Şotlandiya) - 2:2 (1:3)	
"Lill" (Fransa) - "Şelburn" (İrlandiya) - 2:0 (2:2)	
"Beşiktaş" (Türkiyə) - "Bude/Qlimt" (Norveç) - 1:0 (1:1)	
"Amika" (Polşa) - "Ventspils" (Latviya) - 1:0 (1:1)	
"Herenven" (Hollandiya) - "Makkabi" (Petax-Tikva, İsrail) - 5:0 (ilk oyun keçirilməyib) 
"Ştutqart" (Almaniya) - "Uypeşt" (Macarıstan) - 4:0 (3:1)	
"Dnepr" (Ukrayna) - "Makkabi" (Hayfa, İsrail) - 2:0 (0:1)	
"Dinamo" (Tbilisi, Gürcüstan) - "Visla" (Polşa) - 2:1 (3:4)	
"Gənclərbirliyi" (Türkiyə) - "Ayqaleo" (Yunanıstan) - 1:1 (0:1) 
UEFA kuboku uğrunda yarışların ikinci dövrəsində mübarizə qruplarda davam etdiriləcək. 40 komanda hər birində beş klub olmaqla 8 qrupda 1/16 final mərhələsinə 24 vəsiqə uğrunda mübarizə aparacaq. Çempionlar Liqası turnirində qruplarda üçüncü yeri tutan 8 komanda da həmin 24 komandaya qoşulacaq.

Bu gün: Azərbaycan-Ermənistan

Futbol üzrə 19 yaşlılardan ibarət yığma komandamız Avropa çempionatının ilk təsnifat mərhələsində mübarizə aparır.

Nadir Qasımovun başçılıq etdiyi gənc futbolçularımız 4-cü qrupda Makedoniya, Fransa və Ermənistan komandaları ilə eyni qrupda yarışır. Qrup oyunları Avstriyada keçirilir.
Təəssüflər olsun ki, komandamızın start matçı uğurlu alınmayıb. Futbolçularımız ilk matçı meydan sahiblərinə qarşı keçiriblər. Rəqiblərin qapısı qarşısında yaratdıqları çoxsaylı təhlükəli vəziyyətlərə baxmayaraq, futbolçularımız fərqlənə bilməyiblər. Əvəzində Makedoniya futbolçularının vurduğu bir qol matçda həlledici olub. Yeganə qolu qapımızdan matçın 12-ci dəqiəsində Trikovski keçirib. Fransa və Ermənistan komandalarının görüşündə isə qələbəni birincilər bayram ediblər - 2:1.
Komandamız ikinci qarşılaşmanı Fransa komandasına qarşı keçirib. Futbolçularımız görüşə fəal başlasalar da, fransızlar tezliklə ərazi üstünlüyünə yiyələniblər. Hesab görüşün doqquzuncu dəqiqəsində açılıb. İlk yarı bu hesabla da başa çatıb. İkinci hissədə qapımızdan daha iki qol keçirən fransızlar 3:0 hesablı qələbəni rəsmiləşdiriblər.
Yığma komandamız iki ardıcıl məğlubiyyətdən sonra növbəti mərhələyə vəsiqə qazanmaq şansını itirib. İndi yarışları qrup sonuncusu kimi bitirməmək üçün futbolçularımız bu gün Ermənistan komandasına qarşı oyunda qalib gəlməlidirlər.
Ancaq ermənilər ikinci turda Makedoniya komandasına 2:1 hesabı ilə qalib gələrək, növbəti mərhələyə adlamaq şansı qazandıqlarından həmin matç onlar üçün daha prinsipial əhəmiyyət daşıyacaq. Amma təbii ki, bizim futbolçular da uduzmaq istəməyəcəklər.

2 qızıl, 1 gümüş və 1 bürünc
Bu, əlil idmançılarımızın Paralimpiya oyunlarında qazandıqları ən yüksək nəticədir

Yunanıstanın paytaxtı Afinada keçirilən XII Paralimpiya oyunlarına bu həftə yekun vurulub. Yunanıstan paytaxtında dünyanın 130 ölkəsindən 4000 əlil idmançı medallar uğrunda mübarizə aparıb.

Pauerliftinq yarışlarında çıxış etməli olan Gündüz İsmayılov və Sara Abbasova ilə bağlı yaranan dopinq qalmaqalını və bu idmançıların Afinadan dərhal çıxarılmasını nəzərə almasaq, bu dəfəki oyunları Azərbaycan yığma komandası üçün uğurlu saymaq olar. Afinada mükafatlar uğrunda mübarizə aparan 11 paralimpiyaçımızdan dördü Vətənə medalla dönüb. Azərbaycan idmançıları bu dəfəki oyunlarda 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar. Bu, əlil idmançılarımızın Paralimpiya oyunlarında qazandıqları ən yüksək nəticədir.
Komandamıza ən yüksək əyarlı medalları cüdoçu İlham Zəkiyev və yüngül atletika yarışlarında çıxış edən Oleq Panyutin qazandırıb. Gümüş medala üçtəkanla tullanma yarışlarında çıxış edən Zeyniddin Bilalov layiq görülüb. Bürünc medal isə güllə atıcılığı yarışlarında mübarizə aparan Yelena Taranovanın hesabındadır.
Əlil idmançılarımız üçüncü dəfə Paralimpiya oyanlarında qüvvələrini sınayırdılar. Həmvətənlərimizin iştirak etdiyi ilk mötəbər idman tədbiri 1996-cı ildə Atlantada keçirilən X yay Paralimpiya oyunları olub. O zaman marafonçu Aleksandr Antofiy beşinci, pauerliftinqçilərin yarışında iştirak edən Gündüz İsmayılov isə yeddinci yeri tutub.
Sidneydə keçirilən növbəti Paralimpiya oyunlarında Azərbaycan idmanın üç növündə - yüngül atletika, pauerliftinq və pnevmatik tapançadan atəşaçma yarışlarında 7 atletlə təmsil olunub. Həmin paralimpiadada Gündüz İsmayılov qızıl, Yelena Taranova isə gümüş medala sahib olublar.

Hazırladı: İ.RƏfiyev

Copyright©by Media Holding,2000-2004

©WEB Design Group Media Holding