#39(1016) ULDUZ FALI
Ana səhifə

Xəbər xətti

Son xəbər

Gündəm

Siyasət

Aktual

Dünya

Tarix

Araşdırma

İş həftəsi

Kriminal

Ədəbiyyat

Sərbəst

Maraq

İdman

Arena

Əyləncə

Ulduz falı

Arxiv

İNTERAKTİV
Internet-poçt

Redaktora məktub

Qəzet haqqında

2-8 oktyabr 2004-cü il
Qoç || Buğa || Əkizlər || Xərçəng || Şir || Qız || 
Tərəzi || Əqrəb || Oxatan || Oğlaq || Dolça || Balıqlar
 
Aries Qoç [21 mart - 20 aprel]

İstiqamətiniz doğru olduğu üçün aldığınız nəticələr də ürəkaçan olacaq. Həm vəzifə sahəsində, həm də şəxsi həyatınızda elə hadisələr baş verəcək ki, sevinəcəksiniz. Əgər ailə həyatında uyğunsuzluq, narahatlıq varsa, bu problemləri aradan qaldırmaq üçün fürsətdir.
Taurus Buğa [21 aprel - 20 may]

İşgüzarlığınız yüksək olacaq. Bağladığınız müqavilədən və vəzifədə çalışdığınız vaxt qazandığınız ünsiyyətlərdən çoxlu fayda əldə edə biləcəksiniz. Şəxsi həyatınıza da bu ünsiyyətlərin əsaslı təsiri olacaq.
 
Gemini Əkizlər [21 may - 21 iyun]

İstədiyiniz işin qulpundan yapışsanız, uğurlu nəticəyə gətirib çıxaracaq. Günün bioenerji axını sizə düşərlidir. İstədiyiniz və bildiyiniz fəaliyyət sahəsində nəzərdə tutduğunuz yüksəkliyi fəth etmək əlinizin içində olacaq.
 
Cancer Xərçəng [22 iyun - 22 iyul]

Gücünüzün çoxalması göz qabağındadır. Hansı işdən yapışsanız, tezliklə bitirib, uğurlu nəticəsini görəcəksiniz. Gücünüzü bir yerə toplayıb, vəzifə borclarınızın həllinə yönəldə bilərsiniz. Ailə daxilindəki vəziyyəti qaydasına qoymaq bir o qədər də çətin olmayacaq.
 
Leo Şir [23 iyul - 23 avqust]

"Hər yerdə, hamının yanında yüksək mənada seçilir" sözlərinin məsuliyyətindən qorxmayın. Daxili gücünüzü göstərməyi bacarın. Başqalarının problemlərini həll etmək üçün enerjinizi sərf etməyiniz ziyanınıza olacaq.
 
Virgo Qız [24 avqust - 23 sentyabr]

Güman var ki, borclarınızı qaytarsınlar. Ümidinizi üzdüyünüz adamlardan xeyirxahlıq görəcəksiniz. Maliyyə sahəsində çalışmalarınız xeyir verəcək. Maliyyə mənbələri müxtəlif ola bilər. Ailə və uşaqlarla bağlı məsələlər sizə rahatlıq gətirəcək.
 
Libra Tərəzi [24 sentyabr - 23 oktyabr]

Gözləmədiyiniz vəziyyətə düşəcəksiniz. Diqqətli olun. Ətrafınızda hansı proseslərin getdiyini nəzərdən qaçırmayın. Vacib məsələlərin həllini sonraya saxlayın. Müdiriyyətlə ünsiyyətlərdə, iş yoldaşları ilə münasibətlərdə sakitliyinizi qorumağı bacarın.
 
Scorpio Əqrəb [24 oktyabr - 22 noyabr]

Keçmişdəki uğurunuzu bir daha yada salsanız, diqqəti özünüzə doğru istiqamətləndirərsiniz. Kifayət qədər tanınan adamsınız, odur ki, hər hansı bir fəaliyyətinizdə heç bir məhdudiyyət ola bilməz.
 
Sagittarius Oxatan [23 noyabr - 21 dekabr]

Mütaliə edib bilmədiklərinizi öyrənməyə çalışın. Gələcək işlərinizdə bu, qaçılmazdır. Sizə vacib olan məlumatlarla mütaliələr zamanı tanış ola bilərsiniz. Təhsil alan tələbələr üçün uğurlu vaxtdır, sevinəcəklər.
 
Capricor Oğlaq [22 dekabr - 20 yanvar]

Problemlər sizə təcrübənizdən doğan işgüzarlığınızı göstərməkdə mane olacaq. Müdiriyyətlə münasibətlərinizi aydınlaşdırmalısınız. Gələcək işlərinizin istiqamətini düzgün müəyyənləşdirin. Mövqeyinizi qorumaq üçün mübahisələrdən çəkinməyin.
 
Aquarius Dolça [21 yanvar - 20 fevral]

Maliyyə itkilərilə üzləşə bilərsiniz. Vəzifə borclarını yerinə yetirərkən çətinliklərlə üzləşəcəksiniz. Yaxınlarla münasibətlərdə problemlər yaranacaq. Vaxt tapıb təkliyə çəkilin. Gələcək fəaliyyət planlarınızı tərtib edin.
 
Pisces Balıqlar [21 fevral - 20 mart]

Təşkilati işlər üçün uğurlu vaxtlardır. Əvvəllər həll edə bilmədiyiniz maliyyə problemlərinə yenidən qayıtmalı olacaqsınız. Borc alacaqsınız. Kreditlərin açılmasını, işinizin öz yoluna düşməsini, nəhayət ki, əldə edəcəksiniz. İşlə bağlı elə də çətinliyiniz olamayacaq.

Copyright©by Media Holding,2000-2004

©WEB Design Group Media Holding