#39(1016) İDMAN
Ana səhifə

Xəbər xətti

Son xəbər

Gündəm

Siyasət

Aktual

Dünya

Tarix

Araşdırma

İş həftəsi

Kriminal

Ədəbiyyat

Sərbəst

Maraq

İdman

Arena

Əyləncə

Ulduz falı

Arxiv

İNTERAKTİV
Internet-poçt

Redaktora məktub

Qəzet haqqında

Ueyn Runinin möhtəşəm debütü "Fənər"liləri üzdü
İstanbul klubu "Dumanlı Albion"a 8 il əvvəl "Old Trafford"da qazandığı böyük uğuru təkrarlamaq istəyilə getmişdi

Avropanın ən nüfuzlu klub turnirinin 2004/2005-ci illər mövsümünün qrup təsnifat mərhələsində ikinci turun oyunları başa çatıb. Turun ilk günü azarkeşlər əsl "qol yağışı"nın şahidi olublar: 8 matçda qapılara 31 qol vurulub.
Kiyevin "Dinamo", İtaliyanın "Yuventus", "Milan", "İnter", eləcə də "Bayern", "Barselona" və "Çelsi" klubları hələlik yüzfaizli nəticə göstəriblər.

"A" qrupu
Start matçında "Liverpul"a məğlubiyyətdən nəticə çıxaran Didye Deşamın komandası bu dəfə daha inamlı oynayıb. Məhəmməd Kallon və Havyer Saviolanın qolları sayəsində fransızlar qələbə qazanıblar.
Yeroklis Stolisin birinci hissədə "Liverpul"un qapısından keçirdiyi qol matçın taleyini həll edib və "Olimpiakos" qrupda liderliyi ələ alıb.

"Monako" (Fransa) - "Deportivo" (İspaniya) - 2:0
"Olimpiakos" (Yunanıstan) - "Liverpul" (İngiltərə) - 1:0

Olimpiakos	2	1	1	0	1-0	4	
Liverpul		2	1	0	1	2-1	3	
Monako		2	1	0	1	2-2	3	
Deportivo		2	0	1	1	0-2	1	

19 oktyabr
"Liverpul" - "Deportivo"
"Monako" - "Olimpiakos"

"B" qrupu 
Doğma azarkeşləri önündə gözəl futbol nümayiş etdirən Kiyev "Dinamo"su adlı-sanlı Avropa klublarından geri qalmadığını və mübarizəni davam etdirməyə layiq olduğunu sübut edib. Maraqlıdır, düz beş il əvvəl də Kiyevdə bu komandaların görüşü eyni hesabla başa çatıb.
Qonaqların iki erkən qoluna dörd topla cavab verən "Real" ÇL-in yeni mövsümündə ilk qələbəsini qazanıb.
"Dinamo" (Kiyev, Ukrayna) - "Bayer" (Leverkuzen, Almaniya) - 4:2
"Real" (Madrid, İspaniya) - "Roma" (İtaliya) - 4:2 

Dinamo		2	2	0	0	7-2	6	
Bayer		2	1	0	1	5-4	3	
Real		2	1	0	1	4-5	3	
Roma		2	0	0	2	2-7	0	

19 oktyabr
"Real" - "Dinamo"
"Bayer" - "Roma"

"C" qrupu 
Münhendə "Ayaks"ın qapısından üç top keçirən Roy Makay matçın qəhrəmanına çevrilməklə yanaşı, ÇL-in builki mövsümündə "Bayern"in ikinci qələbəsini təmin edib.
Qrupun digər qarşılaşmasında İsrail komandasının müdafiəçilərinin gözündən yayınan Mauro Kamorenezi baş zərbəsi ilə "Yuventus"a qələbə qazandıran yeganə qola imza atıb.
"Bayern" (Almaniya) - "Ayaks" (Hollandiya) - 4:0 
"Yuventus" - "Makkabi" (Təl-Əviv, İsrail) - 1:0

Bayern		2	2	0	0	5-0	6	
Yuventus		2	2	0	0	2-0	6	
Makkabi		2	0	0	2	0-2	0	
Ayaks		2	0	0	2	0-5	0	

19 oktyabr
"Yuventus" - "Bayern"  
"Ayaks" - "Makkabi" 

"D" qrupu 
İstanbul klubu "Dumanlı Albion"a 8 il əvvəl "Old Trafford"da qazandığı böyük uğuru təkrarlamaq istəyilə getsə də, darmadağın edildi. "Qırmızı şeytanlar"ın heyətində ilk matçına çıxan və het-trik edən Runi matçın qəhrəmanına çevrildi.
"Sparta" - "Lion" matçında hesabı meydan sahibləri açsa da, təşəbbüsə yiyələnən qonaqlar Çexiya çempionuna qalib gəlib.
"Mançester Yunayted" (İngiltərə) - "Fənərbaxça" - 6:2
"Sparta" (Çexiya) - "Lion" (Fransa) - 1:2 
Mançester Yun.	2	1	1	0	8-4	4	
Lion		2	1	1	0	4-3	4	
Fənərbaxça	2	1	0	1	3-6	3	
Sparta		2	0	0	2	1-3	0

19 oktyabr
"Sparta" - "Mançester Yunayted"
"Fənərbaxça" - "Lion" 

"E" qrupu 
"Panatinaikos"un ciddi müqavimətinə baxmayaraq, matçın taleyini Yan Venneqoor of Hesselinkin görüşün başa çatmasına 10 dəqiqə qalmış vurduğu yeganə qol həll edib. Bu qələbədən sonra hollandlar növbəti mərhələyə çıxmaq imkanı qazanıblar.
"Rusenborq" İngiltərə çempionuna qarşı matçda bərabərliyə nail oldu və ÇL-də ilk xalını qazandı.
"PSV Eyndhoven" - "Panatinaikos" - 1:0
"Rusenborq" - "Arsenal" - 1:1

Arsenal		2	1	1	0	2-1	4 
Panatinaikos	2	1	0	1	2-2	3 
PSV		2	1	0	1	1-1	3 
Rusenborq	2	0	1	1	2-3	1

20 oktyabr
"Rusenborq" - "PSV Eyndhoven" 
"Panatinaikos" - "Arsenal"

"F" qrupu 
Deku, Ronaldinyo və Etonun vurduğu qollar "Barselona"nın "Şaxtyor" üzərində inamlı qələbəsini təmin edib.
"Milan" - "Seltik" matçında hesabı 8-ci dəqiqədə Andrey Şevçenko açıb. Bununla ukraynalı forvard 28-ci doğum günündə özünə gözəl hədiyyə edib. Növbəti iki qolu "Seltik"in qapısından Filippo İnzagi və Andrea Pirlo keçiriblər.
"Barselona" - "Şaxtyor" - 3:0
"Milan" - "Seltik" - 3:1

Barselona		2	2	0	0	6-1	6	
Milan		2	2	0	0	4-1	6	
Seltik		2	0	0	2	2-6	0	
Şaxtyor		2	0	0	2	0-4	0	

20 oktyabr
"Milan" - "Barselona" 
"Şaxtyor" - "Seltik"

"Q" qrupu 
Visente matçın 2-ci dəqiqəsində Almaniya çempionunun qapısından top keçirəndə, çoxları ispanların qələbə qazanacağını düşünürdü. Ancaq Karlos Marçenanın meydandan qovulmasından sonra Bremen futbolçuları təşəbbüsü ələ aldılar və Miroslav Kloze hesabı bərabərləşdirdi. "Verder"in qələbə topunu isə matçın başa çatmasına 6 dəqiqə qalmış yunan Angelas Haristeas vurdu. Səfərdə "Anderlext"ə qalib gələn "İnter" turnir cədvəlində liderliyi ələ keçirib.
"Verder" - "Valensiya" - 2:1
"Anderlext" - "İnter" - 1:3

İnter		2	2	0	0	5-1	6 
Valensiya		2	1	0	1	3-2	3 
Verder		2	1	0	1	2-3	3 
Anderlext		2	0	0	2	1-5	0

20 oktyabr
"Anderlext"- "Verder"
"Valensiya" - "İnter"

"H" qrupu 
Öz meydanında Fransanın PSJ klubunu məğlub edən OMİK tarixində Çempionlar Liqası turnirinin qrup mərhələsində ilk qələbəsini qazanıb. Xatırladaq ki, Moskva klubu 1992/93-cü illər mövsümündə ÇL-in qrup mərhələsində iki heç-heçə ilə kifayətlənmişdi.
Joze Maurinyo bu mövsümdən başçılıq etdiyi "Çelsi" futbolçuları ilə keçmiş komandası üzərində inamlı qələbə qazanıb.
"Çelsi" - "Portu" - 3:1
OMİK - PSJ - 2:0 

Çelsi		2	2	0	0	6-1	6 
OMİK		2	1	1	0	2-0	4 
Portu		2	0	1	1	1-3	1 
PSJ		2	0	0	2	0-5	0

20 oktyabr
"Çelsi" - OMİK
PSJ - Portu 

Milli komanda hazırlığa başladı
Altı aylıq fasilədən sonra Kamal Quliyev yenidən yığmanın düşərgəsindədir

Futbol üzrə milli yığma komandamız 2006-cı il dünya çempionatının qrup təsnifat mərhələsi çərçivəsində oktyabrın 9-da Şimali İrlandiya, dörd gün sonra isə İngiltərə komandası ilə qarşılaşacaq.

Komandamız həmin matçlara hazırlıq məqsədilə dünəndən etibarən təlim-məşq toplanışına başlayıb. Karlos Alberto Torresin başçılıq etdiyi məşqçilər korpusu və yığmanın heyəti əvvəlki dövrlərdən fərqli olaraq, bu dəfə Azərbaycan Taekvondo Federasiyasının inzibati binasında yerləşən "Musado" otelində məskunlaşıblar. Torresin köməkçisi Marsello Kampellonun tövsiyəsinə əsasən təlim-məşq toplanışına 23 futbolçu dəvət edilib:
qapıçılar: Dmitri Kramarenko ("Baltika", Rusiya), Rauf Mehdiyev ("Qarabağ"), Cahangir Həsənzadə ("Neftçi");
müdafiəçilər: Rəşad Sadıqov, Emin Quliyev (hər ikisi "Neftçi"), Rəfael Əmirbəyov ("Bakı"), Aslan Kərimov, Samir Abbasov, Elman Sultanov (hamısı "Qarabağ"), Kamal Quliyev ("Karvan"), Aftandil Hacıyev ("Turan"), Emin Ağayev ("Baltika", Rusiya);
yarımmüdafiəçilər: Mahir Şükürov ("Antalyaspor", Türkiyə), Zaur Tağızadə, Mahmud Qurbanov (hər ikisi "Neftçi"), İsmayıl Məmmədov ("Qarabağ"), Vüsal Hüseynov ("Şəmkir"), Rəşad Abdullayev ("Xəzər-Lənkəran"), Anatoli Ponomaryov (klubsuz),
hücumçular: Qurban Qurbanov ("Neftçi"), Nadir Nəbiyev ("Turan"), Samir Əliyev ("Xəzər-Lənkəran"), İlqar Qurbanov ("Fənərbaxça", Türkiyə).
Altı aylıq fasilədən sonra Kamal Quliyev yenidən millinin heyətinə dəvət edilib. Seçmənin əvvəlki oyunları zamanı ehtiyatda qalan Samir Abbasov və Elman Sultanov da yenidən yığmanın heyətinə çağırılıb.
Xatırladaq ki, yığma komandamız 2006-cı il dünya çempionatının təsnifat mərhələsi çərçivəsində iki matç keçirib. Əvvəlcə Bakıda Uels yığması ilə heç-heçə oynayan millimiz ikinci turda səfərdə Avstriya komandasına uduzub.

Klub olmasın, şahmatçı olsun!

Bu gün İzmir yaxınlığında yerləşən Çeşmə şəhərində klublar arasında şahmat üzrə Avropa çempionatı start götürəcək. Klub səviyyəsində təmsil olunmasaq da, yarışlarda Azərbaycan şahmatçıları da çıxış edəcəklər. Belə ki, üç şahmatçımız - Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov və onun bacısı Zeynəb müxtəlif klubların şərəfini qoruyacaqlar.

Xatırladaq ki, hələ iki il əvvəl Teymur Rəcəbov klublar arasında keçirilən Avropa çempionatında iştirak etmişdi. Həmin vaxt Bosniya və Hersoqovinanın "Bosna" klubunun şərəfini qoruyan Teymur çempionluq sevinci yaşamışdı. Bu dəfə 19 yaşlı qrossmeysterimiz yenicə müqavilə bağladığı Fransanın "NAO Chess Club" klubunun tərkibində mübarizə aparacaq. Yeri gəlmişkən, ötənilki Avropa birinciliyində çempion adına məhz bu klub layiq görülüb.
Reqlamentə görə, hər bir klub beş kişi və 1 qadın şahmatçı olmaq şərtilə altı nəfərdən ibarət olmalıdır. Şəhriyar və Zeynəb isə Türkiyənin "Əczaçıbaşı" klubunun uğurları üçün çalışacaqlar.

Dünya çempionatından üç medalla

Moldovanın paytaxtı Kişinyovda keçirilən sambo üzrə 28-ci dünya çempionatına yekun vurulub. Yarışlarda ölkəmizin idman şərəfini altı samboçu qoruyub: Elçin Mailov (52 kq), Hakim Nəzərəliyev (57 kq), Ramin Qasımov (62 kq), Səhliman Ağayev (67 kq), Elxan Məmmədov (82 kq) və Ruslan Rüstəmov (90 kq). Azərbaycan samboçuları birincilikdə uğurla çıxış edərək üç medala layiq görülüblər. Yalnız finalda məğlub olan Elçin Mailov çempionatın gümüş mükafatını qazanıb. Ramin Qasımov və Ruslan Rüstəmov isə bürünc medalla kifayətləniblər.
Xatırladaq ki, Sankt-Peterburqda keçirilən bundan əvvəlki dünya çempionatında Hakim Nəzərəliyev qızıl, Ruslan Rüstəmov isə bürünc medal qazanmışdı.

Rəsul Səlimov tatamiyə qayıdır

Ölkəmizin adlı-sanlı cüdoçularından sayılan, çiynindən aldığı ağır zədə ucbatından bir çox yarışlardan, o cümlədən Afina olimpiadasından kənarda qalan Rəsul Səlimovun (90 kq) gələn ildən tatami üzərinə çıxacağı gözlənilir. Aldığımız məlumata görə atlet hazırda fiziki hazırlıqla və çiyin əzələlərini məhkəmləndirməklə məşğuldur.

Xatırladaq ki, Rəsul çiynini Yaponiyanın Osaka şəhərində keçirilən dünya çempionatı zamanı zədələyib. Ağır zədənin nəticələrini aradan qaldırmaq üçün Almaniyada cərrahiyyə əməliyyatı keçirən cüdoçumuz bir sıra mötəbər yarışları buraxmalı olub.
İdmançının tezliklə sağalıb əvvəlki səviyyədə çıxış edəcəyinə yığma komandamızın baş məşqçisi Ağayar Axunzadədə də inanır.

Hazırladı: İ.KƏRİMLİ

Copyright©by Media Holding,2000-2004

©WEB Design Group Media Holding