#39(1016) ƏYLƏNCƏ
Ana səhifə

Xəbər xətti

Son xəbər

Gündəm

Siyasət

Aktual

Dünya

Tarix

Araşdırma

İş həftəsi

Kriminal

Ədəbiyyat

Sərbəst

Maraq

İdman

Arena

Əyləncə

Ulduz falı

Arxiv

İNTERAKTİV
Internet-poçt

Redaktora məktub

Qəzet haqqında

Xədicə Abbasova Vətənə gəlir

Son illərdə Türkiyədə işləməsi səbəbindən Azərbaycanın sənət dünyasından uzaq düşmüş müğənni Xədicə Abbasova bu yaxınlarda Bakıya gerçəkləşdirəcəyi səfərində musiqisevərləri sevindirməyə çalışacaq.

Xədicə xanım neçə illik fasilədən sonra paytaxtda solo konsert verməyi planlaşdırır. İlkin məlumatlara görə, o, Heydər Əliyev adına sarayda "17-dən 45-dək" adlı konsert verəcək. Yəqin ki, bu ad müğənninin üz tutduğu auditoriyanın yaş göstəricisidir.
Xədicə Abbasova paytaxtda verəcəyi konsertin repertuarını mərhum həyat yoldaşı, unudulmaz bəstəkarımız Emin Sabitoğlunun bəstələdiyi mahnılar əsasında quracaq. Ümumiyyətlə, hər dəfə olduğu kimi, Xədicə xanımın budəfəki səfəri də təkcə tamaşaçılar qarşısında sənət hesabatı deyil, həm də mərhum sənətkarın ruhuna, onun yaşadığı Bakı mühitinə ehtiram əlamətindən yaranıb.
O, Bakıdakı konsertdən sonra Şəkiyə getməyi planlaşdırır. Xədicə Abbasova tarixi şəhərdə Emin Sabitoğlunun ev-muzeyində ayrıca guşə yaradacaq. Söhbət sənətsevərlərin hələ görmədiyi orijinal əsərlərdən, Emin Sabitoğlunun musiqi dünyasına aid olan yadigar əşyalardan gedir. Bunların arasında məşhur bəstəkarın öz səsi ilə oxuduğu mahnıların audioyazısı da var.

Elza "Tənha"nı tamaşaçı ilə baş-başa qoyur

Bəstəkar-müğənni Elza Seyidcahan daha bir mahnısına klip çəkdirir. Bu yaxınlarda çəkilişlər başa çatacaq.

Söhbət "Tənha" adlı mahnının klipindən gedir. Bu mahnının musiqisi müğənninin özünə, sözləri isə Gülağa Tənhaya aiddir. Elza xanım ekranlara çıxarmağa hazırlaşdığı klipin özəlliklərini son dərəcə gizli saxlayır. Məlum olan budur ki, Elzanın əksər klipləri kimi "Tənha" da mücərrəd təsvir və transformasiyalarla zəngin olacaq. Klipin yaradıcıları bu yolla tamaşaçını adi müşahidəçilikdən xilas etməyə çalışıblar və "Hərə öz bildiyi kimi qavrasın" prinsipinə üstünlük veriblər. Onlar hesab edirlər ki, tənhalıq sırf fərdi hiss olduğuna görə, hər tamaşaçı onu öz anlamında olduğu kimi yaşayır.

Elmira Ələkbərzadə qürbətdə qürbət haqqında

Nyu-York şəhərində yaşayan həmvətənimiz Ruslan Ağababayevin dəvəti ilə ABŞ-da səfərdə olan Elmira Ələkbərzadə bu həftə Azərbaycana qayıdıb.
ABŞ-a səfər Elmira xanım üçün təkcə gözəl istirahətlə yadda qalmayıb. Müğənni Amerika mühitini fövtə verməyərək burada yaradıcılıq işləri ilə də məşğul olub. Beləliklə, Ruslan Ağababayevin Elmiranın sözlərinə bəstələdiyi mahnı artıq hazır hesab edilə bilər. Onun yalnız oranjmanı üzərində işləmək lazımdır. Bu mahnı xaricdə yaşayan həmvətənlərimizə həsr olunub.
Elmira Ələkbərzadə ABŞ-da olduğu bir ay ərzində Azərbaycan üçün çox darıxdığını, bu bir ayın bir ilə bərabər olduğunu deyib. Görünür, qürbət nisgilini anlamaq üçün bu acını yaşamaq lazımmış...

Sevda hələlik qastrol sevdasında deyil

Müğənni-rəqqasə Sevdanın başı yaman qarışıqdır. O, bu yaxınlarda iki albomu ilə musiqisevərlərin görüşünə gələcək. Bundan başqa, sənətçi "Hardasan?" mahnısına klip çəkdirmək fikrindədir. İsmayıl Əsədovun sözləri və musiqisi əsasında yaranmış bu mahnıya klip çəkmək işini müğənni, çox güman ki, rejissor Emin Mirabdullayevə tapşıracaq. Bu sövdələşmə baş tutsa, Sevda qastrol səfərinə çıxacaq. Əslində, onu kliplər gecikdirir: müğənni-rəqqasə xarici ölkələrdən, o cümlədən, Moskvada yaşayan soydaşlarımızdan xeyli təkliflər alıb.

Rəşad İlyasov: kanondan komediyaya

Müğənniliyə kanonçuluqdan gələn Rəşad İlyasov indi də musiqili tamaşada rol oynamaq eşqinə düşüb. Hələlik bəlli olan budur ki, tamaşa oktyabrın ortalarında Bakının məşhur restoranlarından birində, peşəkar bir kollektivin iştirakı ilə baş tutacaq. Hal-hazırda Rəşad İlyasov "Sən gəlmədin" mahnısını yekunlaşdırmağa çalışır. Yaxın vaxtlarda kliplə "canlandırılacaq" bu mahnının müəllifi Sevda Məmmədlidir. Rəşad İlyasov öz repertuarını xalq mahnıları və vətənpərvərlik mövzusunda mahnılar hesabına zənginləşdirmək niyyətindədir.

Copyright©by Media Holding,2000-2004

©WEB Design Group Media Holding