#48(1025) ULDUZ FALI
Ana səhifə

Xəbər xətti

Son xəbər

Gündəm

Siyasət

Aktual

Region

Dünya

Sərbəst

Araşdırma

İş həftəsi

Kriminal

Mədəniyyət

Cəmiyyət

Ədəbiyyat

İdman

Arena

Əyləncə

Ulduz falı

Arxiv

İNTERAKTİV
Internet-poçt

Redaktora məktub

Qəzet haqqında

ARXİV
    DEKABR 2004    
B.e Ç.a Ç. C.a C. Ş. B.
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
4-10 dekabr 2004-cü il
Qoç || Buğa || Əkizlər || Xərçəng || Şir || Qız || 
Tərəzi || Əqrəb || Oxatan || Oğlaq || Dolça || Balıqlar
 
Aries Qoç [21 mart - 20 aprel]

Bütün işlərdə ölçü həddini gözləyin. Həddindən artıq heç nəyi israf etməyin, nə vaxtınızı, nə gücünüzü, nə də pulunuzu. İşlərinizin yaxşı getməməsinin səbəbini düşünsəniz, özünüz taparsınız. İşləyəndə də, dincələndə də rejimi gözləyin.
Taurus Buğa [21 aprel - 20 may]

Fiziki və əqli imkanlarınızdan eyni zamanda istifadə etməyiniz çox gözəl nəticə verəcək. Üzünüz güləcək, sevinəcəksiniz. Yamanlıqları bir müddət unudacaqsınız. Şəxsi həyatınız və uşaqlar sizin üçün bəzi problemlər yarada bilər, vaxt həsr edib onu həll etməyə gücünüz çatacaq.
 
Gemini Əkizlər [21 may - 21 iyun]

Həyatdan nə istədiyinizi konkret bilin. Mücərrəd istək arxasınca gedib gücü tükətmək olmaz. Hər hansı bir nəticəni əldə etmək üçün ruhdan düşmədən qətiyyətli olmaq, axıracan eyni istəyə can atmaq lazımdır. Mənəmlik duyğularınız təmin ediləcək.
 
Cancer Xərçəng [22 iyun - 22 iyul]

Ağlınıza çox maraqlı fikirlər gələcək. Bu ideyaların heç birini unutmamaq şərtilə onları həyata keçirə bilcək adamları əhatənizə toplayın. Gündəlik qeydlər etməyiniz məsləhətdir, bəzən zəruri məsələləri belə unudursunuz.
 
Leo Şir [23 iyul - 23 avqust]

Məxaricinizin çoxaldığı, işlərin qismən ləng getdiyi vaxtda qətiyyən ruhdan düşmək olmaz. Kimə nə qədər verilibsə, bir o qədər də hesab soruşulur. Görünüşünüz əzəmətlidir, bunu işlərinizlə də doğrultmağınız məsləhətdir.
 
Virgo Qız [24 avqust - 23 sentyabr]

Ailə, iş, maddi durum sizi həmişə narahat edən üçbaşlı əjdahadır, hər başı sakitləşdirmək üçün vaxt və mənfəətinizi israf edirsiniz. Qayğı ilə insanlara yanaşmağınız bəhrəsini verəcək. Gələcək fəaliyyətiniz üçün geniş imkanlar açılacaq, fürsətdən istifadə etməyi bacarın.
 
Libra Tərəzi [24 sentyabr - 23 oktyabr]

İmkanlarınıza qiymət verib müxtəlif işgüzar əməliyyatlarda iştirak edin. Böyük ürəkli olduğunuzu göstərin. Ətrafınızdakı adamlara münasibətinizdən çox məsələlər aydınlaşa bilər, sözlərinizə fikir verin. Xeyrinizə olmayan əsəbiliyə can atmayın.
 
Scorpio Əqrəb [24 oktyabr - 22 noyabr]

Ailə işlərində, məişətdə uğurlar qazanacaqsınız. Hərəkətlərinizin doğruluğuna inanacaqsınız. Maliyyə işlərini həll etmək çətinləşəcək. Öz yolunuzdan dönməyin. Həyata keçməsi mümkün olmayan əvvəlki planlarınızı cəsarətlə yerinə yetirəcəksiniz.
 
Sagittarius Oxatan [23 noyabr - 21 dekabr]

Əmlak məsələlərinin həllini xeyrinizə həll edəcəksiniz. Çalışın ki, hadisələrin gedişini öz məntiqinizlə qiymətləndirəsiniz. Hətta ən yaxın adamın da məsləhəti çox vaxt ziyanınıza ola bilər. Hisslərinizi ağlınıza tabe edin.
 
Capricor Oğlaq [22 dekabr - 20 yanvar]

Maliyyə əməliyyatlarında uğur qazanmanıza heç nə mane olmayacaq. Vaxtınızı səmərəsiz keçirməyin. Başladığınız işi sona çatdırmağı vacib sayın, işi yarımçıq saxlamaq olmaz. Səmimiyyətlə sözünüzü deməyi bacarın. Mehribançılıq yaradın.
 
Aquarius Dolça [21 yanvar - 20 fevral]

Tənbəlliyi bir tərəfə atın, xaltura etməyin. Sizi başa düşmürlərsə də, öz bacarığınızı göstərməyə çalışın. Dolaşıq məsələlərə baş qoşmayın, özünüzü çox ağıllı göstərməyə də cəhd etməyin. Bu, müdiriyyətin xoşuna gəlmir.
 
Pisces Balıqlar [21 fevral - 20 mart]

Sözü qırmızı üzə deməyiniz şəxsiyyətinizi diqqət mərkəzində edəcək. Maliyyə gəlirləri, demək olar ki, yoxdur. Yəqin yenə də borc götürməli olacaqsınız. Ürəyinizi çox sıxmayın, tezliklə, maliyyə uğurları da olacaq. Nəfsinizlə bacarın.ÿÿ Nə qədər səxavətli olsanız, bir o qədər çox qazanacaqsınız.

Copyright©by Media Holding,2000-2004

©WEB Design Group Media Holding