#48(1025) İDMAN
Ana səhifə

Xəbər xətti

Son xəbər

Gündəm

Siyasət

Aktual

Region

Dünya

Sərbəst

Araşdırma

İş həftəsi

Kriminal

Mədəniyyət

Cəmiyyət

Ədəbiyyat

İdman

Arena

Əyləncə

Ulduz falı

Arxiv

İNTERAKTİV
Internet-poçt

Redaktora məktub

Qəzet haqqında

ARXİV
    DEKABR 2004    
B.e Ç.a Ç. C.a C. Ş. B.
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
Sabah: "Neftçi"- "Qarabağ"
Azərbaycan derbisi lideri "taxt"dan salacaqmı?

Futbol üzrə ölkə çempionatının güclülər dəsətəsində 12-ci turun oyunları keçirilib. Tur daha çox çempionatın mükafatları uğrunda mübarizə aparan komandalar üçün uğurlu olub. Çempionatda növbəti qələbəsini qazanan "Qarabağ" turnir cədvəlindəki liderliyini əldən verməyib.
Tur OMİK-in Tovuzda böyük hesabla uduzması ilə yadda qalıb. "Bakı" legionerləri Fernando Peres və Kristiano dos Santosun hesabına növbəti qələbəni qazanıb. Liderlər qrupunda qərarlaşan "Xəzərl-Lənkəran" sürpriz komanda kimi tanınan "Karat" üzərində inamlı qələbə qazanıb. Bu gün və sabah 13-cü turun görüşləri keçiriləcək. Dekabrın 4-də "Göyəzən" - "Karvan", "MKT-Araz" - "Bakı", "İnter" - "Turan", "Ədliyyə" - "Xəzər-Lənkəran", ertəsi gün isə "Bakılı" - "Şəmkir", MOİK - "Şəfa", "Karat" - "Kəpəz", "Neftçi" - "Qarabağ", "Gənclərbirliyi" - "Şahdağ-Samur" komandaları qarşılaşacaq.
Heç şübhəsiz, sabah Tofiq Bəhramov adına respublika stadionunda baş tutacaq "Neftçi" - "Qarabağ" turun mərkəzi qarşılaşması hesab olunur. Hər iki komanda matça böyük önəm verir. "Neftçi"nin hücumçu sarıdan korluq çəkəcəyi gözlənilir. Çünki Qurban Qurbanov zədəli, Stenli Udenkvor isə cəzalı olduğuna görə "Qarabağ"a qarşı oynaya bilməyəcək. Əvəzində, zədəsini sağaldan Rəşad Sadıqovun, eləcə də təcrübəli Mahmud Qurbanov, Zaur Tağızadə və Emin Quliyevin meydançaya çıxacağı gözlənilir. İqor Ponomaryovun komandasında isə ciddi itki yoxdur. "MKT-Araz" - "Bakı" və "İnter" - "Turan" görüşlərinin də ciddi maraq doğuracağı şəksizdir.

1/4 finalçılar bəlli oldu
Ölkə çempionatının lideri kubok uğrunda yarışlardan kənarda qaldı

Futbol üzrə Azərbaycan kuboku uğrunda yarışların 1/8 final mərhələsinin cavab matçları keçirilib və mübarizəni növbəti turda davam etdirəcək 8 komandanın adları məlum olub. İki oyunun nəticəsinə görə "Neftçi", "İnter", MOİK, "Xəzər-Lənkəran", "Gənclərbirliyi", "MKT-Araz", "Karat" və "Bakı" komandaları 1/4 final mərhələsinə vəsiqə qazanıblar.
Beləliklə, bu cavab matçları ilə kubok uğrunda yarışların 2004/2005-ci illər mövsümünün cari il üçün nəzərdə tutulan oyunlarına yekun vurulub. 1/8 final mərhələsi oyunları yalnız elita təmsilçilərinin iştirakı ilə keçirildiyindən görüşlərə maraq böyük idi. Digər tərəfdən ilk matçlarda qalib komandaların qazandığı üstünlük nisbi xarakter daşıdığından cavab oyunlarının gərgin və maraqlı keçəcəyi gözlənilirdi. İlk matçda gözlənilmədən qapısından iki qol buraxan "Neftçi" çətinliklə qələbə qazansa da, təkrar görüşdə rəqibinə zərrə qədər də olsun şans verməyib. Ölkə çempionatının lideri "Qarabağ" təkrar matçda "İnter"ə məğlub olaraq mübarizədən kənarda qalıb. "İnter" isə növbəti sınaqdan da uğurla çıxaraq iddialı komanda olduğunu bir daha ortaya qoyub.
"Xəzər-Lənkəran" - "Karvan" qarşılaşmasına maraq xüsusilə böyük idi. Yevlaxda əldə edilən qollu heç-heçə Rasim Karanın komandasına daha rahat oynamağa imkan verirdi. Üstəlik, Lənkəran klubunun yeni oyunçusu, türkiyəli forvard Oqtay Dərəlioğlunun bu matçda debut edəcəyi barədə xəbərlər matça olan marağı birə-beş artırmışdı. Düzdür, türkiyəli hücumçunun debütü baş tutmadı, amma matç doğrudan da gərgin keçdi və azarkeşlər 90 deyil, 120 dəqiqəlik mübarizənin, nəhayət, penaltilər seriyasının şahidi oldular. Təkrar görüş ilk matçda qeydə alınan hesabla başa çatdı - 1:1. Komandalar əlavə vaxtda da güclünü müəyyənləşdirə bilmədilər. Odur ki, penalti zərbələrinə müraciət edildi. "Xəzər-Lənkəran" klubundan Vyaçeslav Lıçkin, Miroslav Saviç, Alim Qurbanov, İqor Kovaleviç penalti zərbələrini qola çevirə bildilər. Amma Samir Əliyevin vurduğu top dirəyə tuş gəldi, Elmir Xankişiyevin zərbəsini isə Elxan Həsənov tutdu. "Karvan"dan isə Nazar Bayramov, Tərlan Əhmədov, Fərrux İsmayılov və Məkan Nəsirovun zərbələri dəqiq oldu. Zaur Ramazanov və Qoça Trapaidzenin zərbələrini isə Aleksandr Martyoşkin dəf etdi. Növbə 7-ci zərbələrə çatdı.
Lənkəran komandasının üzvü Paşa Əliyev zərbəni dəqiq yerinə yetirsə də, Mətləb Məmmədov penaltidən faydalana bilmədi. Beləliklə, 5:4 hesabıyla qələbəni bayram edən "Xəzər-Lənkəran" kubok uğrunda mübarizəni davam etdirmək hüququ qazandı.
1/8 final mərhələsinin cavab
matçlarının nəticələri ilə tanış olun:
"Bakılı" - "Neftçi" - 0:3 (ilk oyun 2:3)
"İnter" - "Qarabağ" - 2:0 (0:1)
"Göyəzən" - MOİK - 1:1 (əlavə vaxtda) - 0:0 (0:0)
"Xəzər-Lənkəran" - "Karvan" - 1:1, pen - 5:4 (1:1)
"Gənclərbirliyi" - "Şəfa" - 4:0 (1:1)
"Turan" - "MKT-Araz" - 2:1 (0:1)
"Karat" - "Kəpəz" - 1:2 (3:2)
"Bakı" - "Şəmkir" - 3:1 (0:0)
1/4 final mərhələsinin oyunları 2005-ci ilin yazında keçiriləcək. Həmin mərhələdə aşağıdakı komandalar qarşılaşacaq:
"Neftçi" - "İnter", MOİK - "Xəzər-Lənkəran", "Gənclərbirliyi" - "MKT-Araz", "Karat" - "Bakı".

Gənclər növbəti sınaq qarşısında

İsveçrənin Nion şəhərində 17 və 19 yaşlı futbolçulardan ibarət yığma komandalar arasında 2007-ci ildə keçiriləcək dünya çempionatının birinci seçmə mərhələsinin püşkü atılıb.
Püşkün nəticələrinə görə 4-cü qrupda yer alan 17 yaşlı futbolçularımız qitə birinciliyinin ilkin seçmə mərhələsində İsrail, Rusiya və Ermənistan komandaları ilə mübarizə aparacaq.
Xatırladaq ki, Şakir Qəribovun başçılıq etdiyi yeniyetmə futbolçularımız 2005-ci il Avropa çempionatının seçmə mərhələsində uğurlu çıxışları ilə yadda qalıblar. Belə ki, turnirin ilk təsnifat yarışlarında uğurla çıxış edən "U-17" növbəti mərhələyə vəsiqəni təmin edib. Şakir Qəribovun komandası 2005-ci ilin yazında keçiriləcək ikinci seçmə mərhələdə uğur qazanacağı təqdirdə tarixində ilk dəfə qitə çempionatında iştirak etmək hüququ əldə edəcək. 19 yaşlılardan ibarət komandamız da 4-cü qrupa düşüb. Rəqiblərimizdən biri Rusiya kollektividir. Şimal qonşumuzla bərabər qrupda Lüksemburq və Portuqaliya da yer alıb.

Futzalçılar kubok yarışlarına hazırlaşırlar

Dekabrın 15-də futzal üzrə Azərbaycan kuboku uğrunda növbəti yarışlara start veriləcək. Güclülər dəstəsini təmsil edən 8 komanda ("Turan Eyr" və OMİK yarışlardan imtina ediblər) əvvəlcə iki qrupda mübarizəyə başlayacaq.
"Refarma", "Azfen", "Ədliyyə" və "Qrand" klubları "A", "Araz", "Asfarma", "Şəmkir" və "Spartak" komandaları isə "B" qrupunda yarışacaqlar. Reqlamentə görə qruplarda birinci və ikinci yeri tutan komandalar mübarizəni yarımfinal mərhələsində davam etdirmək hüququ qazanacaqlar. Qrup mərhələsinin oyunlarının yanvar ayının 15-nə kimi başa çatacağı planlaşdırılıb.
Kubok uğrunda yarışlar gələn ilin mart ayınadək davam edəcək. Yarımfinal və final matçları Novruz bayramı günlərinə təsadüf edəcək.

"Neftçi" Moskvaya gedəcək

MDB və Baltikyanı ölkələrin çempionlarının iştirakı ilə keçirilən ənənəvi "Birlik kuboku" uğrunda növbəti beynəlxalq futbol turniri 2005-ci ilin yanvar ayının 15-dən 23-dək Moskva şəhərində keçiriləcək.
Turnirdə ölkəmizi Bakının "Neftçi" klubu təmsil edəcək. Yarışların Rusiya paytaxtının üstüörtülü "Spartak" və OMİK idman manejlərində keçiriləcəyi gözlənilir. Turnirdə Rusiya çempionu "Lokomotiv"lə yanaşı, həmin ölkənin yeniyetmələrdən ibarət yığma komandası da müsabiqədənkənar mübarizə aparacaq. Vaxtın azlığından "Neftçi" "Birlik kuboku" yarışlarına Azərbaycanda hazırlaşmalı olacaq. "Flaqman" bu məqsədlə öz bazasındakı və "Şəfa" stadionundakı süni örtüklü meydançalardan istifadə edəcək.
Xatırladaq ki, ötən il həmin yarışlarda ölkəmizin şərəfini "Qarabağ" klubu qoruyub.

Copyright©by Media Holding,2000-2004

©WEB Design Group Media Holding